Buradakı ağart sözü, əslində, alartmaqdır. Al –“qırmızı” deməkdir. Gözü ağardanda (hirslənəndə) gözə qan gəlir və o qızarır
“Подметить” mənasında işlədilən bu sabit birləşmədəki qoymaq sözü qaramaq (baxmaq) feilinin dəyişmiş formasıdır, yaxın mənalı sözlərin birləşməsindən
Bu ifadə həm də gözdə-qulaqda olmaq formasında işlədilir, hərfi mənası “gözü və qulağı işə salmaq (gör və eşit)” deməkdir
Çuvalın ağzını kəndirlə bağlamaq üçün gözəklər (петля) tikirlər. Sözün kökü göz ismi ilə bağlıdır (“stolun gözü” deyirik), -ə şəkilçisi feil düzəldir
Göz özü ilə bağlıdır. Göyçək, görkəm, görük sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Buradakı düşmək sözü, əslində, tuş (olmaq) sözü ilə bağlıdır, “rastlaşmaq” mənasını əks etdirir. Yola düşmək də “yola tuş olmaq” deməkdir
ing. GRP, Gross Rating Point – ümumi reytinq göstəricisi
Farsca “işıqlı yer”, “acıqlıq” deməkdir. Bərguşad sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farscadır, guşə “bucaq” (künc), nişin isə “oturan” deməkdir (bir küncə çəkilib oturan). (Bəşir Əhmədov
Alınma sözdür. Bizdə onun yerinə puş/püş (навоз) kəlməsi işlədilib (dialektlərdə indi də var). Puş təbii gübrədir, kimyəvi yolla alınmır
Kökü gücdür, -ə şəkilçisi onu feilə çevirib, -n şəkilçisi isə qayıdış növü əmələ gətirib. İndi gücə feili müstəqil işlədilmir
Bəziləri fars mənşəli hesab edirlər, amma xalis türk sözüdür. Güdmək feili zəminində əmələ gəlib. İndi güdaza vermək birləşməsi mənfi mənada (güdə bil
Üçgül, beşgül kimi sözlər işlədirik, burada gül “bucaq”, “künc” anlamında işlədilir. Sözün əsli üçkünc, beşkünc olub, sonra təhrif nəticəsində gül ş
Fars mənşəlidir, hərfi mənası “gül suyu” deməkdir. İndi “qızılgül yarpaqlarından hazırlanmış ətirli maye” anlamında işlədilir
Hərfi mənası farsca “gül qoparan” deməkdir. çin “çidən” məsdərinin qrammatik əsasıdır. (Bəşir Əhmədov
Alınma sözdür, “qızıl və gümüş qarışığı olan sap” deməkdir. Belə sapdan toxunmuş parça da güləbətin adlanır
Əndam “ bədən” deməkdir. Güləndam “bədəni gül kimi olan”, “zərif bədən” mənasını əks etdirir. Fars dilindən keçib
Dilimizin qədim dövründə “qoçaq”, “alp” mənalarını verən kür sözü olub (indi mənasını bir qədər dəyişib, “nadinc” anlamını əks etdirir)
Fars sözüdür, “gülüzlü” deməkdir (gülgəz sözü ilə sinonimdir). Qəmgin, zəngin sözləri də alınmadır və gərgin, əzgin sözlərindəki –gin şəkilçisi ilə qə
Bir neçə yozumu var: 1. Gül ol, amma tikansız olma (tikanlı gül), xar farsca “tikan” deməkdir. 2. İpək parçanın növlərindən biri gülxara adlanır
Qadın adı kimi işlədilir, farscadır, “açılmış (parlaq) gül” deməkdir (qönçə sözü ilə müqayisə et). (Bəşir Əhmədov
“Hələ tam açılmamış gül” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farscadır, əsli qoluledir, “kürəcik” deməkdir. Bizdə ox sözü işlədilib, Tuvalılar indi də ox işlədirlər
Farscadır, “güllə yağışı” (baran “yağış”dır) deməkdir, baridən feili “yağmaq” mənasını əks etdirir. (Bəşir Əhmədov
“Snayper” məqamında işlədilib, Aşıq Ələsgər oğlunu gülləçi hesab edirdi. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farscadır və əsli gülbəşəkər kimidir. Mənası “şəkərlə qarışdırılmış qızıl gül”, yəni “gül mürəbbəsi” deməkdir
Farscadır, “papağı gül yarpağı kimi (yastı) olan mıx” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Gül (farsca) və nisə (ərəbcə) sözlərinin birləşməsindən əmələ gəlib, hərfi mənası “gül qadın” (gül tək) deməkdir
“Gül kimi (gül tək)” olan deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Gül və varı (bənzəyən) sözlərindən əmələ gəlib, “gülə bənzəyən” deməkdir. Qadın adıdır. (Bəşir Əhmədov
Gül farscadır, zar (əsli: əzar) isə ərəb sözüdür (mənası “yanaq” deməkdir). Gülzar “gülyanaqlı” mənasını verir
El sözünün sinonimidir, “xalq” deməkdir. El-gün (el-güz, el-cir, el-car kimi də olub) sinonimlər birləşməsi “aləm” mənasını verir
Gün sözünün təkrarından və bə bağlama vasitəsindən törəyib. Gün bizim sözdür, bə isə farscadır. Necə gəlib girib araya? Niyə dəlmədeşik, az-maz, qar
Ərdəm qəlibi üzrə əmələ gəlib. Yeldəm kəlməsi də mövcud olub (bərk qaçan), yelbə variantında da işlədilib -dəm şəkilçisi təqribən “olan” mənalı söz y
Qədim mənbələrdə bu kəlmənin gündün variantı da qeydə alınıb. Aydın qəlibi üzrə (ay və dan, yəni “ay işığı”), gündün (gün və dan, yəni “gün işığı”) s
Türk dillərində ey sözünün əsas mənası “tərəf” demək olub. Qabaq tərəf yerinə, iləy (müqayisə et: iləri, yəni irəli) işlədilib
Mozd farsca “haqqın pulla ödənilməsi” deməkdir. Günəmuzd “haqqın gündəlik ödənilməsi”dir. (Bəşir Əhmədov
Ən qədim forması güyəş kimi olub. Kuy (küy, köy) sözü “işıq” (qaqauzlarda günəş sözünü ruscaya “свет” kimi tərcümə ediblər), “od”, “yanmaq” mənalarını
Mənası “paxıl” kimi açıqlanıb. Məncə, gün (od, yandırmaq) sözü ilə bağlıdır: günülər, adətən, bir-birini yandırmaqla, hirsləndirməklə (od qoymaqla) in
Farscadır, ərəblər ona əfi deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Yunu yeyən bu varlığın adı gövşəmək (çeynəmək, doğramaq, yemək) sözü zəminində əmələ gəlmişdir (rus dilində də моль размельчать sözü ilə kökdaşdır)
Bax. küz (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farscadır, güzar (əsli: qozər) sözünün cəmidir. Farsca qozaştən məsdəri ilə bağlıdır, mənası “keçib-gedən”, “daimi olmayan” deməkdir
Farsca qozəştən, yəni keçmək (əsası: qozər) feili ilə bağlıdır. Başqa bir qozəştən isə (əsası: qozar) “qoymaq” deməkdir (müq
Görmək feili zəminində yaranıb. Əvvəlcə görgü, sonra gözgü, nəhayət, güzgü şəklində olub. Maraqlıdır ki, rus dilində olan зеркало kəlməsi зрачок sözü
ing. hub – mərkəz
Ərəbcədir, ehtiyac sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Anadolu türkləri buna “Hacı-baba” deyirlər, farslarda hacıleylək kimi işlədilir. Bizdə bəzən, sadəcə, “ley” deyirlər
Əsli yunanca olan və rus dilində işlədilən мандрагора adlı bitkiyə bizdə hacıotu deyiblər (“sığınotu”, “maralotu” da deyiblər)
Tovuz rayonunun ən dilbər guşələrindən birində müqəddəs ziyarətgahdır. Rəvayətə görə, İmam Əli qılıncını yoxlamaq üçün qayaya vurmuş və qaya iki yer