Yerusəlim gülləbaranı (2021)
Yerusəlim gülləbaranı — 21 noyabr 2021-ci ildə Yerusəlimdə baş verən gülləbaran. Şərqi Yerusəlimdən olan 42 yaşlı fələstinli Fadi Əbu Şıxaydəm 2019-cu ildə Cənubi Afrikadan köçən 26 yaşlı israillini qətlə yetirmişdir. O, daha dörd nəfəri (bir ravvin də daxil olmaqla) yaralamış, sonradan polis tərəfindən öldürülmüşdür.Zərərçəkənlər dua etmək üçün hərəkət edərkən hücumu törədən şəxs gülləbarana başlamışdır. İsrail rəsmiləri Əbu Şıxaydəmin tur bələdçisinə dəfələrlə atəş açdığını və daha sonra Eyn-Keremdəki Hadassa Tibb Mərkəzində öldüyünü bildirmişdir. Silahlı şəxs bir ravvini və yeşiva tələbəsini yaralmışdır. Polislər dərhal atəş açan şəxsə atəş açaraq cavab verdilər. Polislərdən ikisi yüngül xəsarətlər almışdır.
== Cinayətkar ==
Silahlı şəxs Fadi Əbu Şəxaydəm Yerusəlimin Şuafət məhəlləsində olan Rəşidiyyə orta məktəbində müəllim idi. O, Həmas üzvü kimi tanınırdı və bu ərazidə İsrail turizminə qarşı aksiyalard iştirak etməklə yanaşı, müntəzəm olaraq Məbəd dağında moizələr söyləyirdi.Həyat yoldaşı hadisədən üç gün əvvəl xəstə anasını ziyarət etmək üçün İordaniyaya getmiş, hadisənin ertəsi günü Allenbi körpüsündə həbs edilmişdir. Polis hesabatında qeyd edilmişdir ki, Şıxaydəm, çox güman ki, "milliyətçi səbəblər"ə əsaslanan siyasi motivli olmuşdur.