Фразеологический словарь азербайджанского языка

  • ƏLİNİ TUTMAQ

    mane olmaq, təşəbbüsünün qarşısını almaq; ~ yolunu kəsmək.

    Полностью »
  • ƏLİNİ ÜSTÜNDƏN ÇƏKMƏK

    himayə etməyi, kömək göstərməyi dayandırmaq; ~ taleyin ixtiyarına (ümidinə) buraxmaq.

    Полностью »
  • ƏLİNİ ÜSTÜNDƏN GÖTÜRMƏK

    bax: əlini üstündən çəkmək.

    Полностью »
  • ƏLİNİ ÜZMƏK

    daha ümid etməmək, bir işin müsbət nəticə verəcəyinə inanmamaq; ~ ümidini itirmək, ümidini kəsmək (üzmək), gözünü çəkmək

    Полностью »
  • ƏLİNİN ALTINDA

    1. Hakimiyyətində, idarəsində.  2. Yaxınında, əlinin çatdığı yerdə.

    Полностью »
  • ƏLİNİN ALTINDA BÖYÜMƏK

    nəzarəti, himayəsi altında olmaq, tabe olmaq.

    Полностью »
  • ƏLİNİN ALTINDA DOLANMAQ

    xidmət etmək, himayəsində olmaq.

    Полностью »
  • ƏLİNİN ALTINDAN ÇIXMAQ

    usta yanında öyrənərək təcrübə qazanmaq.

    Полностью »
  • ƏLİNİN ARXASINI (DALINI) YERƏ QOYMAQ

    tabe olmaq, təslim olmaq, məğlub olduğunu etiraf etmək; ~ ağ bayraq qaldırmaq, yelkəni suya salmaq.

    Полностью »
  • ƏLİNİN BARINI YEMƏK

    öz qazancını yemək, başqasının varına göz dikməmək.

    Полностью »
  • ƏLİNİN DADINI GÖRMƏK

    bax: əlinin duzunu dadmaq.

    Полностью »
  • ƏLİNİN DUZU OLMAQ

    dadlı, gözəl yeməklər bişirməyi bacaran adamlar haqqında işlədilən ifadə.

    Полностью »
  • ƏLİNİN DUZU OLMAMAQ

    1. Edilən yaxşılığın əvəzində pislik görmək.  2. Bişirdiyi yeməklər dadlı olmayan adam haqqında deyilən ifadə

    Полностью »
  • ƏLİNİN DUZUNU DADMAQ

    nəyə qadir olduğunu görmək, anlamaq; necə cəza verdiyini bilmək; ~ əlinin dadını görmək.

    Полностью »
  • ƏLİNİN İÇİNDƏN GƏLMƏK

    etdiyi hərəkətə, yol verdiyi qəbahətə haqq qazandırmaq, özünü haqlı saymaq.

    Полностью »
  • ƏLİNİN QABAĞINA ƏL QOYMAQ

    önə keçmək, üstün olmaq.

    Полностью »
  • ƏLİNİN PAPAĞINI VƏLİNİN BAŞINA QOYMAQ

    çətin vəziyyətdən birtəhər çıxmaq; məsələn, birindən borc alıb başqasına olan borcunu ödəmək.

    Полностью »
  • ƏLİNİN SAĞ-SOLUNU BİLMƏMƏK

    bacarıqsız olmaq, əbləh olmaq.

    Полностью »
  • ƏLİNİN SUYUNU DADMAQ

    bax: əlinin duzunu dadmaq.

    Полностью »
  • ƏLİNİN ÜSTÜNDƏ ƏL YOXDUR

    hər şeyə təkbaşına qərar verən nüfuzlu, vəzifəli, səlahiyyətli birisi haqqında işlədilən ifadə.

    Полностью »
  • ƏLİSİ DƏLİ, VƏLİSİ DƏLİ, QIRILMIŞIN HAMISI DƏLİ

    “burda ağıllı biri yoxdur” mənasında işlədilən ifadə.

    Полностью »
  • ƏLİYALIN QOYMAQ

    var-yoxunu əlindən almaq; ~ ayaqyalın qoymaq.

    Полностью »
  • ƏLLƏRDƏ GƏZMƏK

    bax: əldən-ələ düşmək.

    Полностью »
  • ƏLLƏRİ QABAR BAĞLAMAQ

    çox işləmək, davamlı və ağır fiziki işlə məşğul olmaq.

    Полностью »
  • ƏLLƏRİ YANINA DÜŞMƏK

    məyus olmaq, ümidsiz olmaq, mübarizəni dayandırmaq; ~ ruhdan düşmək.

    Полностью »
  • ƏLLƏRİNİ GÖRMƏK OLMUR

    əli, barmaqları ilə çox sürətlə işləyən adam haqqında işlədilən ifadə. 

    Полностью »
  • ƏLLƏRİNİ İŞƏ SALMAQ

    fiziki qüvvəyə əl atmaq, vurmağa, döyməyə başlamaq.

    Полностью »
  • ƏLLƏRİNİ QALDIRMAQ

    tabe olmaq, təslim olmaq, razılaşmaq.

    Полностью »
  • ƏLLƏRİNİ ÖLÇMƏK

    bax: əl-qolunu ölçmək.

    Полностью »
  • ƏLLƏRİNİN RƏNGİ GETMƏK

    hədsiz çox işləmək, ağır zəhmətə qatlaşmaq.

    Полностью »
  • ƏLLİ ARXIN SUYUNU BİR ARXA CALAMAQ

    bax: yeddi arxın suyunu bir arxa calamaq.

    Полностью »
  • ƏLLİ-AYAQLI GETMƏK

    1. Birdəfəlik tərk etmək, yox olmaq, bir daha geri qayıtmamaq.  2. Həbs olunmaq.

    Полностью »
  • ƏLLİ-AYAQLI TƏRPƏNMƏK

    zirək olmaq; vaxtında tədbir görmək.

    Полностью »
  • ƏMƏK SƏRF ETMƏK

    zəhmət çəkmək, gücünü, qüvvəsini sərf etmək.

    Полностью »
  • ƏMƏLƏ GƏLMƏK

    1. Baş vermək, doğulmaq, törəmək, bitmək, yetişmək; ~ hasilə gəlmək, meydana gəlmək.  2. Kökəlmək, yaxşılaşmaq, qıvraqlaşmaq, düzəlmək

    Полностью »
  • ƏMƏLƏ GƏTİRMƏK

    yerinə yetirmək, icra etmək, düzəltmək, vücuda gətirmək, təşkil etmək; ~ həyata keçirmək.

    Полностью »
  • ƏMƏLİ AYAĞINA ÇİDAR OLMAQ

    gördüyü hansısa xoşagəlməz işin cəzasını çəkmək, pis nəticəsini görmək.

    Полностью »
  • ƏMƏLİ AZMAQ

    həddini bilməmək; ~ yolunu azmaq, pis yola düşmək.

    Полностью »
  • ƏMƏLİ BAŞINI YEMƏK

    etdiyi səhvə və ya hansısa hərəkətinə görə həyatını itirmək, pis əməlinin qurbanı olmaq.

    Полностью »
  • ƏMƏYİ İTİK, DİZİ SIYRIQ OLMAQ

    bax: zəhməti hədər getmək.

    Полностью »
  • ƏMƏYİ İTMƏK

    bax: zəhməti hədər getmək.

    Полностью »
  • ƏMƏYİNİ İTİRMƏK

    bax: zəhmətini yerə vurmaq.

    Полностью »
  • ƏMƏYİNİ YERƏ VURMAQ

    bax: yerə vurmaq.

    Полностью »
  • ƏMMASI ÇIXMAQ

    nöqsanı üzə çıxmaq, əyər-əskiyi məlum olmaq.

    Полностью »
  • ƏMRDƏN ÇIXMAQ

    əmrə tabe olmamaq, göstərişə əməl etməmək.

    Полностью »
  • ƏMRİ AŞMAMAQ

    əhəmiyyət verilməmək; ~ sözü keçməmək, sözü yerə düşmək.

    Полностью »
  • ƏNCAM ÇƏKMƏK (QILMAQ)

    çətinlikdən qurtarmağın yollarını müəyyən etmək, sona çatdırmaq; birdəfəlik həll etmək, nizamlamaq, yerbəyer etmək; ~ yoluna qoymaq

    Полностью »
  • ƏNCİR YARPAĞI

    adətən, hansısa eyibi, əsl niyyəti gizlədən vasitə.

    Полностью »
  • ƏNDAZƏDƏN ÇIXMAQ

    norma və qaydalara riayət etməmək, onları pozmaq; ~ həddini aşmaq, ifrata varmaq, cızığını aşmaq.

    Полностью »
  • ƏNDAZƏYƏ DÜŞMƏK

    lazımi şəkil, forma almaq, qaydaya düşmək.

    Полностью »