Фразеологический словарь азербайджанского языка

  • BİR ÇİMDİK TOZA DÖNMƏK

    bir anda gözdən itmək.

    Полностью »
  • BİR DAŞ ALTDA, BİR DAŞ ÜSTDƏ

    gizli saxlamaq, heç kimə deməmək; ~ bir Allah bilsin, bir də sən.

    Полностью »
  • BİR DAŞLA İKİ QUŞ (DOVŞAN) VURMAQ

    bir dəfə zəhmət çəkməklə iki iş görmək, bir cəhdlə iki işi gerçəkləşdirmək.

    Полностью »
  • BİR DEDİYİNİ İKİ ELƏMƏMƏK

    kiminsə dediyi sözə əməl etmək, sözünü yerə salmamaq.

    Полностью »
  • BİR DEYƏNDƏ BİRİ DƏ AĞZINDAN DÜŞÜR

    hədsiz əzizləməyə, ifrat tərifləməyə münasibət bildirən ifadə.

    Полностью »
  • BİR DEYİB BEŞ GÜLMƏK

    əhvalı yerində olmaq, şən olmaq, ovqatı xoş olmaq.

    Полностью »
  • BİR DƏLİ ŞEYTAN DEYİR

    bax: dəli şeytan deyir.

    Полностью »
  • BİR DƏRƏDƏ YEDDİ YETİMLƏ QALMAQ

    köməksiz, kimsəsiz olmaq.

    Полностью »
  • BİR DƏRİ, BİR SÜMÜK QALMAQ

    çox arıqlamaq; ~ ayaq üstə üzülmək, boğazı armud saplağına dönmək, ortası ortasından keçmək, sümükləri çıxmaq, ayaq üstə qırxı çıxmaq, gözləri çuxura

    Полностью »
  • BİR DIRNAĞINA BELƏ DƏYMƏZ

    bax: dırnağına belə dəyməz.

    Полностью »
  • BİR DİKİLİ AĞACI DA YOXDUR

    heç bir şeyi olmamaq, hədsiz kasıblıq.

    Полностью »
  • BİR DİLDƏ DANIŞMAQ

    eyni şeyi düşünmək, düşüncələri eyni olmaq.

    Полностью »
  • BİR DİLİ VAR, QIRX AÇARI

    ikiüzlü, riyakar adam haqqında deyilən ifadə.

    Полностью »
  • BİR DÜNYA

    çoxlu, hədsiz; ~ bir aləm.

    Полностью »
  • BİR EŞŞƏYƏ MİNİB ƏLLİSİNİ DÖYƏCLƏMƏK

    hər işə qarışmaq, acgözlük, görməmişlik etmək; ~ bir ağacda oturub min budağı silkələmək.

    Полностью »
  • BİR EVİN DİRƏYİ

    qoçaq, bacarıqlı, işgüzar; ~ yıxılı evin dirəyidir, uçulu evin dirəyidir.

    Полностью »
  • BİR ƏLDƏ İKİ (BEŞ) QARPIZ TUTMAQ

    eyni vaxtda bir neçə iş görməyə çalışmaq; ~ işi işə qatmaq.

    Полностью »
  • BİR ƏLDƏ OLMAQ

    birləşdirmək, mərkəzləşdirmək; monopoliya yaratmaq.

    Полностью »
  • BİR ƏLİ AĞZINDA OLMAQ

    ara vermədən nəsə yemək; ~ çənəsi işləmək, çənəsi boş dayanmamaq (durmamaq).

    Полностью »
  • BİR ƏLİ, BİR BAŞI OLMAQ (QALMAQ)

    tək yaşamaq, külfəti olmamaq, əl-ayağına dolaşanı olmamaq.

    Полностью »
  • BİR ƏLİ ÜSTÜNDƏ OLMAQ

    davamlı qayğı göstərmək, himayə etmək.

    Полностью »
  • BİR ƏLİ YAĞDA, BİR ƏLİ BALDA OLMAQ

    maddi vəziyyəti yaxşı olmaq, bolluq içində olmaq.

    Полностью »
  • BİR ƏTƏK

    çoxlu, xeyli (pul, qızıl və s.).

    Полностью »
  • BİR GÖZ QIRPIMINDA

    bir anda; ~ göz açıb-yumunca, qaşla göz arasında, göz qırpımındа.

    Полностью »
  • BİR GÖZDƏ GÖRMƏK

    ayrı-seçkilik etməmək, fərq qoymamaq, ədalətli yanaşmaq.

    Полностью »
  • BİR GÖZÜ ALMA DƏRİR, BİR GÖZÜ SƏBƏTƏ QOYUR

    bax: bir gözü çaya (ala dağa) baxır, bir gözü aya (qara dağa).

    Полностью »
  • BİR GÖZÜ ÇAYA (ALA DAĞA) BAXIR, BİR GÖZÜ AYA (QARA DAĞA)

    çəpgöz adam haqqında işlədilən ifadə; ~ bir gözü alma dərir, bir gözü səbətə qoyur.

    Полностью »
  • BİR GÜLLƏ İLƏ İKİ DOVŞAN VURMAQ

    bir hərəkətlə iki problemi həll etmək.

    Полностью »
  • BİR GÜN GÖRMƏMƏK

    bax: gün görməmək.

    Полностью »
  • BİR HƏSİRDİR, BİR MƏMMƏDNƏSİR

    çox kasıb, yoxsul adam haqqında deyilən ifadə; ~ bir lələdir, bir şələ, barmağını sormaq.

    Полностью »
  • BİR HİMƏ BƏNDDİR

    hər hansı səbəbdən gərginləşmiş və hər an istənilən addımı atmağa hazır olan şəxs haqqında işlədilən ifadə

    Полностью »
  • BİR XƏMİRDƏN YOĞRULMAQ

    oxşar xasiyyətlərə malik olmaq; ~ bir bezin qırağı olmaq.

    Полностью »
  • BİR-İKİ AĞIZ DEMƏK

    oxumaq, zümzümə etmək.

    Полностью »
  • BİR İŞDƏ BARMAĞI (ƏLİ) OLMAQ

    bax: barmağı olmaq (işləmək).

    Полностью »
  • BİR İŞİN QULPUNDAN YAPIŞMAQ

    bir işə girişmək, işləmək, bir işlə məşğul olmaq; ~ bir baltaya sap olmaq.

    Полностью »
  • BİR KƏFƏNƏ QOYMAQ (BÜKMƏK)

    bax: eyni gözdə görmək.

    Полностью »
  • BİR KÖYNƏK ƏT TÖKMƏK

    bax: köynək-köynək ət tökmək.

    Полностью »
  • BİR KÖYNƏK YAXIN OLMAQ

    başqalarına nisbətən kiməsə daha yaxın olmaq.

    Полностью »
  • BİR KÖYNƏKDƏ QALMAQ

    kasıblaşmaq, kasıb olmaq, hər şeyi əlindən alınmaq.

    Полностью »
  • BİR QARA QƏPİKLİK OLMAQ

    hörmətsiz olmaq; ~ nüfuzdan düşmək.

    Полностью »
  • BİR QARA PULA DƏYMƏZ

    heç bir qiyməti, dəyəri, əhəmiyyəti olmayan insan və ya əşya haqqında işlədilən ifadə; ~ çöpə dəyməz, beş qəpiyə dəyməz

    Полностью »
  • BİR QARNI AC, BİR QARNI TOX

    yarıac, yarıtox, yoxsul adam haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR QƏPİYƏ DƏYMƏZ

    bax: bir qara pula dəyməz.

    Полностью »
  • BİR QƏPİYƏ (ŞAHIYA) GÜLLƏ ATMAQ

    bax: qəpiyə güllə atmaq.

    Полностью »
  • BİR QƏPİYİ (ŞAHISI) ÇIXINCA CANI ÇIXIR

    xəsis adamlar haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR QULAĞINDAN ALIB O BİRİ QULAĞINDAN VERMƏK (ÖTÜRMƏK)

    deyilənə əhəmiyyət verməmək, saymazlıq göstərmək; ~ vecinə almamaq, söz batmamaq, sağ qulağından alıb sol qulağından vermək (ötürmək)

    Полностью »
  • BİR QURAN SÖZ DANIŞMAQ

    məsələni təfsilatı ilə izah etmək, bir şey barədə geniş danışmaq.

    Полностью »
  • BİR QURTUM SU İÇMƏK KİMİ

    çox asan, çox sadə.

    Полностью »
  • BİR LƏLƏDİR, BİR ŞƏLƏ

    bax: bir həsirdir, bir Məmmədnəsir.

    Полностью »
  • BİR MEDALIN İKİ ÜZÜ

    bax: bir almanın iki üzü.

    Полностью »