Фразеологический словарь азербайджанского языка

  • DAŞ DƏYMİŞ AYIYA DÖNMƏK

    narazı, əsəbi, gərgin və kobud olmaq.

    Полностью »
  • DAŞ DIĞIRLATMAQ

    mane olmaq, qarşısını kəsməyə çalışmaq.

    Полностью »
  • ... DAŞ DÜŞƏYDİ (YAĞAYDI)

    hər hansı xoşagəlməz, arzuolunmaz hadisə və ya məqamla bağlı “kaş olmayaydı” mənasında işlədilən qınayıcı ifadə

    Полностью »
  • DAŞ HASAR ARXASINDA

    etibarlı müdafiə olunmaq, güvənli yerdə olmaq mənasında işlədilən ifadə.

    Полностью »
  • DAŞ KİMİ DÜŞMƏK

    çox işləyib yorulmaq, taqətsiz olmaq; ~ ölü düşmək, tirtap düşmək.

    Полностью »
  • DAŞ QAYAYA RAST GƏLİB

    özündən də tərs, inadkar, güclüyə tuş gəlmək.

    Полностью »
  • DAŞ QOYAN YERƏ BAŞ QOYMAQ

    yolunda ölümə getməyə razı olmaq; ~ ayağını qoyduğu yerə başını qoymaq.

    Полностью »
  • DAŞ OLUB QUYUYA DÜŞMƏK

    səs-sorağı kəsilmək, itib getmək.

    Полностью »
  • DAŞ OLUB ÜRƏKDƏN ASILMAQ

    yadından çıxmamaq, unutmağı bacarmamaq.

    Полностью »
  • DAŞBAŞ ELƏMƏK

    pul qazanmaq, xırda alverlə məşğul olmaq.

    Полностью »
  • DAŞDAN CAVAB İSTƏMƏK

    çox bərk utanmaq, utandığından deməyə heç bir sözü olmamaq.

    Полностью »
  • DAŞDAN ÇÖRƏK (PUL) ÇIXARMAQ

    çətinliklə, əzab-əziyyətlə qazanc əldə etmək,  çalışqan olmaq, hər şeydən pul qazanmağı bacarmaq.

    Полностью »
  • DAŞDAN KEÇMƏK

    çox təsirli olmaq, hər yerdə qəbul olunmaq.

    Полностью »
  • DAŞDAN SƏS ÇIXDI, ONDAN YOX

    mühüm bir şey barədə sualları cavabsız qoyan, heç nə danışmayan adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DAŞDAN YUMŞAQ

    keyfiyyətindən asılı olmayaraq yeyilə bilən hər şey.

    Полностью »
  • DAŞI AĞIR OLMAQ

    bəzi adamlar tərəfindən sevilməmək, paxıllığı çəkilmək.

    Полностью »
  • DAŞI DALINDA GİZLƏTMƏK

    1. Fürsət axtarmaq.  2. Kinli olmaq, unutmamaq.

    Полностью »
  • DAŞI DAŞ ÜSTƏ QALMAMAQ

    hər şeyi dağılmaq, yerləyeksan edilmək ~  xaraba qalmaq, viran qalmaq.

    Полностью »
  • DAŞI DAŞ ÜSTƏ QOYMAMAQ

    tamamilə dağıtmaq, alt-üst etmək, məhv etmək; ~ tozunu göyə sovurmaq, xaraba qoymaq, viran qoymaq.

    Полностью »
  • DAŞI ƏTƏYİNDƏN TÖKMƏK

    fikrindən daşınmaq, rəyini dəyişmək, inadından dönmək, tərsliyindən əl çəkmək; ~ yola gəlmək.

    Полностью »
  • DAŞI SIXSA, SUYUNU ÇIXARAR

    çox güclü, qüvvətli adam haqqında deyilən ifadə.

    Полностью »
  • DAŞIN BÖYÜYÜNDƏN YAPIŞMAQ

    öhdəsindən gələ bilmədiyi, bacara bilmədiyi bir işdən yapışmaq.

    Полностью »
  • DAŞIN HARADAN ATILDIĞINI BİLMƏK

    vurulan zərbənin haradan gəldiyini anlamaq.

    Полностью »
  • DAŞINI ATMAQ

    vərdiş etdiyi bir şeydən, əvvəlki hərəkətindən imtina etmək, tərgitmək; ~ əl çəkmək, əl götürmək.

    Полностью »
  • DAŞLAR DİLƏ GƏLDİ

    hadisənin çox ağır, dözülməz, faciəli olduğunu bildirən ifadə.

    Полностью »
  • DAVA AXTARMAQ

    bir səbəb olmadan dava etməyə çalışmaq, dava etmək üçün bəhanə gəzmək; ~ əli gicişmək.

    Полностью »
  • DAVA DAĞARCIĞI

    davakar, öcəşkən adam.

    Полностью »
  • DAVA-DAVA DEMƏK

    dava etməyə, vuruşmağa bəhanə axtarmaq; ~ dava döymək.

    Полностью »
  • DAVA DÖYMƏK

    təkidlə tələb etmək, dalaşmağa bəhanə axtarmaq; ~ dava-dava demək.

    Полностью »
  • DAVA QALXMAQ (DÜŞMƏK)

    dava-dalaş, həngamə baş vermək; ~ mərəkə qopmaq.

    Полностью »
  • DAVA SALMAQ

    dava-dalaş, fitnə-fəsad törətmək, vuruşdurmaq; ~ qan salmaq, qovğa salmaq, qalmaqal salmaq.

    Полностью »
  • DAVAM GƏTİRMƏK

    dözə bilmək; ~ duruş gətirmək, tab gətirmək.

    Полностью »
  • DAYAQ DURMAQ

    kömək etmək, qayğı göstərmək; ~ dalında durmaq, ürək-dirək vermək, kömək əli uzatmaq.

    Полностью »
  • DAYAQ VERMƏK

    bax: dəstək vermək.

    Полностью »
  • DEDİ-QODU SALMAQ

    kimisə müzakirə etmək, söz-söhbət yaratmaq; ~ nifaq salmaq.

    Полностью »
  • DEDİYİ İLƏ OTURUB-DURMAQ

    başqasının sözü ilə hərəkət etmək, öz müstəqil fikri olmamaq; ~ cilovu başqasının əlində olmaq.

    Полностью »
  • DEDİYİ SÖZÜN ÜSTÜNDƏ DURMAQ

    bax: sözünün üstündə durmaq (dayanmaq).

    Полностью »
  • DEDİYİNDƏ BƏRK DURMAQ

    sözündən dönməmək, inadkar olmaq.

    Полностью »
  • DEMƏYƏ DİLİ GƏLMƏMƏK

    kimisə xəbərdar etməkdən çəkinmək, xəbəri, fikri çatdırmağa ehtiyat etmək.

    Полностью »
  • DEPRESSİYAYA DÜŞMƏK

    psixoloji sarsıntı keçirmək.

    Полностью »
  • DESƏM ÖLDÜRƏRLƏR, DEMƏSƏM ÖLLƏM

    həqiqəti açıb söyləmək istəyən, lakin bu halda təhlükə ilə üzləşəcəyini bilən şəxsin işlətdiyi ifadə

    Полностью »
  • DESƏN, BAZARIN İTLƏRİ DƏ NİŞAN VERƏR

    müəyyən dairədə tanınmış, məşhur olan biri üçün deyilən ifadə.

    Полностью »
  • DEYİB GƏLMƏK

    kiməsə güvənmək, arxayın olmaq, adını tutub gəlmək.

    Полностью »
  • DEYİRƏM XƏDİMƏM, DEYİR NEÇƏ UŞAĞIN VAR

    hər hansı bir mövzuda söz başa düşməyənlər haqqında işlədilən ifadə.

    Полностью »
  • DƏB SALMAQ

    yad bir şeyi yaymaq, bir şeyi adətə çevirmək.

    Полностью »
  • DƏBBƏ ÇIXARMAQ

    razı olduğu bir şeydən vaz keçmək, dəbbələmək; ~ sözündən dönmək (qaçmaq).

    Полностью »
  • DƏDƏSİ DƏ GƏLSƏ ...

    “qətiyyən, kim gəlir-gəlsin, heç cür, əsla” mənasında işlədilən ifadə.

    Полностью »
  • DƏDƏSİ QƏBİRDƏN DURUB GƏLSƏ DƏ

    birisi ilə heç vaxt razılaşmayacağını, kompromisin mümkün olmayacağını bildirən ifadə.

    Полностью »
  • DƏDƏSİNƏ OD VURMAQ (QOYMAQ)

    bax: dədəsini yandırmaq.

    Полностью »
  • DƏDƏSİNİ DALINA ŞƏLLƏMƏK (SARIMAQ)

    bax: dədəsini yandırmaq.

    Полностью »