Фразеологический словарь азербайджанского языка

  • ÖZ YAĞINI ÖZ BAŞINA ÇƏKMƏK

    hər hansı işi əlavə xərc çəkmədən həmin işdən gələn qazanc hesabına həll etmək.

    Полностью »
  • ÖZ YOLU İLƏ GETMƏK

    heç kəslə işi olmamaq, heç kəsə mane olmamaq, başqasına bənzəməmək; yaradıcılıqda öz üslubu olmaq.

    Полностью »
  • ÖZ YOLUNA DÜŞMƏK

    işləri qaydası ilə getmək, çətinlikləri arxada qoymaq.

    Полностью »
  • ÖZ ZURNASI İLƏ OYNATMAQ

    istədiyini etdirmək; ~ təsiri altına salmaq.

    Полностью »
  • ÖZBAŞINA QOYMAQ

    çox sərbəstlik vermək, nəzarət etməmək.

    Полностью »
  • ÖZGƏ ÇIRAĞINA YAĞ OLMAQ

    öz sərvətinin xeyrini görməmək, varidatı başqalarına çatmaq, istismar edilmək.

    Полностью »
  • ÖZGƏ DƏYİRMANINA SU TÖKMƏK

    bax: düşmən dəyirmanına su tökmək.

    Полностью »
  • ÖZGƏ DONA GİRMƏK

    bax: dona girmək.

    Полностью »
  • ÖZGƏ XƏYALA DÜŞMƏK

    sabitqədəm olmamaq, vədindən, fikrindən dönmək.

    Полностью »
  • ÖZGƏ QOLTUĞUNDA YAŞAMAQ

    başqasına sığınmaq, onun himayəsində olmaq.

    Полностью »
  • ÖZGƏ MALINA GÖZ DİKMƏK

    başqasının malında gözü olmaq, tamahkar olmaq.

    Полностью »
  • ÖZGƏ OCAĞINA İSİNMƏK

    başqalarından asılı olmaq, himayədə olmaq.

    Полностью »
  • ÖZGƏ YUMURTASI İLƏ QAQQILDAMAQ

    başqasına aid şeylərlə öyünmək.

    Полностью »
  • ÖZGƏSİNƏ QUYU QAZMAQ

    bax: quyu qazmaq.

    Полностью »
  • ÖZGƏSİNİN TOYUĞUNA “KİŞ” DEMƏMƏK

    bax: heç kimin toyuğuna “kiş” deməmək.

    Полностью »
  • ÖZÜ DEYİB ÖZÜ EŞİTMƏK

    1. Səsi heç yerə çatmamaq, dediklərinin təsiri və faydası olmamaq.  2. Başqalarının dediyinə qulaq asmamaq, heç kimi eşitməmək

    Полностью »
  • ÖZÜ ÖZÜNƏ, KÜLÜ GÖZÜNƏ

    özü öz başına iş açmaq, özünə pislik etmək mənasında işlədilən ifadə.

    Полностью »
  • ÖZÜDÜR Kİ VAR

    müsahibinin fikrini təsdiq etmək məqsədilə işlədilən ifadə.

    Полностью »
  • ÖZÜL ATMAQ

    təsis etmək, qurmaq, bünövrəsini qoymaq; ~ bina qoymaq.

    Полностью »
  • ÖZÜMƏ NƏ GƏLİB?

    “heç kim lazım deyil, özüm öhdəsindən gələrəm, tək bacararam” mənasında işlədilən ifadə.

    Полностью »
  • ÖZÜMƏ YER ELƏRƏM, GÖR SƏNƏ NEYLƏRƏM

    müəyyən mövqeyə sahib olduqdan sonra başqalarını sıxışdıran, onlara təzyiq göstərən, incidən adam haqqında işlədilən ifadə

    Полностью »
  • ÖZÜNDƏ OLMAMAQ

    halı, əhvalı pis olmaq; fikirli olmaq; ~ özündə-sözündə olmamaq.

    Полностью »
  • ÖZÜNDƏ-SÖZÜNDƏ OLMAMAQ

    dalğın, fikirli və pərişan olmaq, fikri başqa yerdə olmaq; ~ özündə olmamaq, özünü itirmək.

    Полностью »
  • ÖZÜNDƏN ÇIXARMAQ

    1. Hirsləndirmək, əsəbiləşdirmək.  2. Yalan danışmaq, uydurmaq; ~ havadan götürmək, özündən toxumaq.

    Полностью »
  • ÖZÜNDƏN ÇIXMAQ

    hirslənmək, əsəbiləşmək, coşmaq; ~ haldan çıxmaq, cin atına minmək, od götürmək, qan beyninə vurmaq (sıçramaq), üzü dönmək, beyninin qapağı atmaq, bey

    Полностью »
  • ÖZÜNDƏN DEMƏK

    lovğalanmaq, özünü öymək, tərifləmək.

    Полностью »
  • ÖZÜNDƏN DƏM VURMAQ

    özünü öymək, yerli-yersiz özünü tərifləmək.

    Полностью »
  • ÖZÜNDƏN GETMƏK

    halı pisləşmək; ~ huşunu itirmək, huşu  başından getmək, hal aparmaq, huşa getmək, huşu getmək.

    Полностью »
  • ÖZÜNDƏN KÜS(SÜN)

    xoş niyyətlə verilən təklif, nəsihət və ya tövsiyəyə məhəl qoymayan adamla bağlı işlədilən ifadə.

    Полностью »
  • ÖZÜNDƏN TOXUMAQ

    uydurmaq; ~ havadan götürmək, özündən çıxarmaq.

    Полностью »
  • ÖZÜNƏ ÇIXMAQ

    bax: öz adına çıxmaq.

    Полностью »
  • ÖZÜNƏ ƏL GƏZDİRMƏK

    zahiri görünüşünü yaxşılaşdırmaq, gözəlləşmək, diqqəti cəlb etmək; ~ adam cildinə düşmək.

    Полностью »
  • ÖZÜNƏ ƏL QATMAQ

    təşvişə düşərək qeyri-iradi hərəkətlər etmək; ~ şivən qoparmaq (salmaq), özünü yeyib-tökmək (dağıtmaq)

    Полностью »
  • ÖZÜNƏ GƏLMƏK

    1. Ayılmaq; ~ gözünü açmaq, hala gəlmək, huşa gəlmək.  2. Rahatlaşmaq, gərginlikdən çıxmaq; ~ nəfəs almaq, nəfəsini dərmək

    Полностью »
  • ÖZÜNƏ GƏTİRMƏK

    ayıltmaq; ~ huşa gətirmək.

    Полностью »
  • ÖZÜNƏ GÖRƏ DEYİL

    zahirən sakit görünən, lakin hər şeydən agah olmağa çalışan, çox şeyə müdaxilə edən hiyləgər adam haqqında işlədilən ifadə; ~ az aşın duzu deyil

    Полностью »
  • ÖZÜNƏ GÖTÜRMƏK

    başqası haqqında deyilən sözü özünə aid etmək.

    Полностью »
  • ÖZÜNƏ GÜN AĞLAMAQ

    bax: gün ağlamaq.

    Полностью »
  • ÖZÜNƏ HƏKK GƏLMƏK

    cidd-cəhdlə çalışmaq, çox məşğul olmaq; ~ özünü həlak etmək, özünü oda-közə vurmaq (atmaq).

    Полностью »
  • ÖZÜNƏ İŞ AÇMAQ

    bax: özünü işə salmaq.

    Полностью »
  • ÖZÜNƏ QAYITMAQ

    əvvəl necə idisə, elə də olmaq; soykökünün, nəslinin qayda-qanunlarına riayət etməyə başlamaq.

    Полностью »
  • ÖZÜNƏ QUYU QAZMAQ

    özünə zərər verəcək addımlar atmaq. 

    Полностью »
  • ÖZÜNƏ SIĞIŞDIRMAMAQ

    qəbul edə bilməmək, dözə bilməmək, ar bilmək, əskiklik hesab etmək; ~ ar gəlmək, ayıbına gəlmək.

    Полностью »
  • ÖZÜNƏ YER ELƏMƏK

    müəyyən yeri, mövqeyi tutmaq, istədiyinə nail olmaq; ~ barmağını ilişdirmək.

    Полностью »
  • ÖZÜNƏ YER TAPA BİLMƏMƏK

    hər hansı təsirdən bir yerdə qərar tapa bilməmək, utanmaq, narahat olmaq; ~ xəcalət çəkmək.

    Полностью »
  • ÖZÜNƏ YÜK ELƏMƏK

    bir şeyin qayğısını öz üzərinə götürmək.

    Полностью »
  • ÖZÜNÜ APARA BİLMƏMƏK

    rəftarına, davranışına, danışığına nəzarət etməmək, sözünün, hərəkətinin yerini bilməmək, yüngülxasiyyət olmaq

    Полностью »
  • ÖZÜNÜ ... APARMAQ

    müəyyən (ağır, yüngül, pis, yaxşı, tərbiyəli, kobud və s.) davranış nümayiş etdirmək.

    Полностью »
  • ÖZÜNÜ BEŞEŞŞƏKLİ XOCA KİMİ ÇƏKMƏK

    dan. çox lovğalanmaq, təkəbbürlü olmaq; ~ özünü çəkmək (dartmaq).

    Полностью »
  • ÖZÜNÜ BƏRKİTMƏK

    1. Güc, qüvvə yığmaq, mövqeyini möhkəmləndirmək.  2. Müəyyən bir addım atmaq, söz demək üçün cəsarət toplamaq, səfərbər olmaq; ~ özünü toplamaq (topar

    Полностью »