Толковый словарь азербайджанского языка

  • ƏRƏVÜŞ

    is. dan. Budama, ağacların budağını kəsmə, yan-yörəsini təmizləmə. □ Ərəvüş etmək – budamaq, budağını kəsmək, yan-yörəsini təmizləmək

    Полностью »
  • ƏRƏZƏN

    sif. dan. Gecyetişən, gec əmələ gələn; gec əkilən. Ərəzən taxıl. – Əkin ki ərəzənə düşdü, məhsul az olacaq

    Полностью »
  • ƏRGƏN

    sif. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş və ya ərə getməmiş. Onun iki ərgən oğlu var. – Ziba hələ bir qədər də subay gəzə bilməzdimi? Yaxud Zib

    Полностью »
  • ƏRGƏNLİK

    is. 1. Həddi-büluğa çataraq, hələ evlənməmiş oğlanın və ya ərə getməmiş qızın hal və keyfiyyəti. 2. Yeniyetmə qız və oğlanların üzündə çıxan sızanaqla

    Полностью »
  • ƏRGİN

    sif. Əriyib maye halına gəlmiş, ərinmiş, əridilmiş. Ərgin qurğuşun

    Полностью »
  • ƏRGİNLİK

    is. Əriyib maye halına gəlmiş şeyin halı

    Полностью »
  • ƏRĞƏNUN

    is. [əsli yun.] İçərisində olan borulara körüklər vasitəsilə hava verilərək çalınan klavişli böyük musiqi aləti; orqan

    Полностью »
  • ƏRİDİCİ

    is. xüs. 1. Başqa maddələri öz daxilində əridə bilən maddə, məhlul. Aptek təcrübəsində əridici kimi ən çox su, spirt, efir və yağlar işlənir

    Полностью »
  • ƏRİDİLMƏ

    “Əridilmək”dən f.is. Poladın əridilməsi yeni üsulla – sürətli əritmə üsulu ilə başa çatacaqdır. (Qəzetlərdən)

    Полностью »
  • ƏRİDİLMƏK

    “Əritmək”dən məch

    Полностью »
  • ƏRİK

    is. 1. Sarı, ətli, şirin, birçəyirdəkli meyvə və bu meyvənin ağacı. Ərik ağacı. Ərik qurusu (qurudulmuş ərik)

    Полностью »
  • ƏRİKGÜLÜ

    is. bot. Sarı, çəhrayı və tündqırmızıya çalan çiçəkləri olan bitki və onun çiçəyi. Ərikgülü … Azərbaycanda bir bəzək bitkisi kimi becərilir

    Полностью »
  • ƏRİKLİ

    sif. 1. Ərik ağacları olan. Ərikli dərə. – Nəbi bu dəfə özünü ərikli dağına verir. “Qaçaq Nəbi”. 2. Tərkibində, içində ərik olan

    Полностью »
  • ƏRİKLİK

    is. Ərik ağacları olan bağ, ərik bağı

    Полностью »
  • ƏRİMƏ

    “Ərimək”dən f.is

    Полностью »
  • ƏRİMƏK

    f. 1. Hərarətin təsiri ilə bərk, yaxud donmuş haldan maye halına keçmək; ərgin hala gəlmək. Qar əriyir

    Полностью »
  • ƏRİMƏZLİK

    is. Əriməyən şeyin hal və keyfiyyəti

    Полностью »
  • ƏRİNCƏK

    sif. Tənbəl, kahal, başısoyuq, canını işə verməyən. Şişman məmur uzun bir sükutdan sonra ərincək (z.) halda ağırağır sözə başladı

    Полностью »
  • ƏRİNCƏKLİK

    is. Tənbəllik, kahallıq, canını işə verməməzlik

    Полностью »
  • ƏRİNGƏN

    bax ərincək

    Полностью »
  • ƏRİNİK

    1. bax ərincək. 2. Ərimiş, ərgin

    Полностью »
  • ƏRİNMƏ

    “Ərinmək”dən. f.is

    Полностью »
  • ƏRİNMƏK

    1. f. Tənbəllik etmək. Durmağa ərinmək. Hətta danışmağa ərinir. – [Rüstəm kişi] …samovara su tökməyə, kömür salmağa ərindi

    Полностью »
  • ƏRİNMƏZ

    sif. Ərinməyən, tənbəllik etməyən

    Полностью »
  • ƏRİNMƏZ-ƏRİNMƏZ

    zərf Utanmadan, həyasızcasına, sırtıq-sırtıq. O məni görüb söyər, bəzən də ərinməz-ərinməz yüyürüb məni tutar

    Полностью »
  • ƏRİNMİŞ

    f.sif. 1. Əridilərək saflaşdırılmış; ərgin. Ərinmiş yağ (sarı yağ). 2. Əridilmiş. Ərinmiş qurğuşun

    Полностью »
  • ƏRİNTİ

    is. tex. İki və ya bir neçə metal (yaxud başqa cisimlər) əridildiyi zaman onların qarışması nəticəsində alınan xəlitə

    Полностью »
  • ƏRİŞ

    is. toxuc. Xalçada və başqa toxunma mallarda uzununa müvazi gedən əsas iplər. Xananın ərişi. – Toxunmalar üçün işlənən saplar, başlıca olaraq, iki qru

    Полностью »
  • ƏRİŞ-ARĞAC

    is. toxuc. Əriş və arğac, ərişlə arğac birlikdə

    Полностью »
  • ƏRİŞLƏMƏ

    “Ərişləmək”dən f.is

    Полностью »
  • ƏRİŞLƏMƏK

    f. toxuc. Xananın əsas iplərini çəkmək

    Полностью »
  • ƏRİŞLİK

    sif. toxuc. Ərişə yarayan, əriş üçün olan. Ərişlik ip

    Полностью »
  • ƏRİŞMƏK

    f. dan. Sataşmaq. Gahdan qalxır, uşaqlara ərişir; Abırından, saqqalından utanmır. Aşıq Hüseyn

    Полностью »
  • ƏRİŞTƏ

    is. [fars.] 1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı

    Полностью »
  • ƏRİŞTƏÇİ

    is. köhn. Əriştə bişirib satan adam

    Полностью »
  • ƏRİŞTƏÇİLOV

    is. aşp. Əriştə xəmirləri qovrulduqdan sonra, düyü ilə qarışdırılıb bişirilən xörək

    Полностью »
  • ƏRİŞTƏLİ

    sif. Tərkibində əriştə olan, əriştə qarışığı olan. Əriştəli plov

    Полностью »
  • ƏRİŞTƏLİK

    sif. Əriştə kəsmək üçün hazırlanan, əriştəyə yarar. Əriştəlik xəmir. Əriştəlik un

    Полностью »
  • ƏRİŞTƏPLOV

    is. aşp. Əriştə ilə düyüdən bişirilən plov

    Полностью »
  • ƏRİTDİRMƏ

    “Əritdirmək”dən f.is

    Полностью »
  • ƏRİTDİRMƏK

    “Əritmək”dən icb. Yağı əritdirmək

    Полностью »
  • ƏRİTMƏ

    “Əritmək”dən f.is. Əritmə sexi

    Полностью »
  • ƏRİTMƏK

    f. 1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. Yağ əritmək. Qır əritmək

    Полностью »
  • ƏRİYİCİ

    sif. 1. Maye və s. içində əriyə bilən, həll ola bilən. Əriyici maddə. 2. Asanlıqla əriyən, tezəriyən

    Полностью »
  • ƏRİZƏ

    is. [ər.] rəs. Bir arzu və ya xahiş ifadə edən məktub, yazılı müraciət. Ərizə vermək. Müdirin adına ərizə yazmaq

    Полностью »
  • ƏRİZƏBAZ

    is. [ər. ərizə və fars. …baz] Müxtəlif idarələrə, təşkilatlara və s.-yə daha çox yalandan, çox vaxt böhtan məqsədi ilə ərizə yazmağı özünə peşə etmiş

    Полностью »
  • ƏRİZƏBAZLIQ

    is. Ərizəbazın işi, peşəsi. Ərizəbazlıqla məşğul olmaq. Ərizəbazlıq işimizə mane olur. – Ərizəbazlıqla hərbi xidmətdən qurtara bilməyən İmanzadəyə, nə

    Полностью »
  • ƏRİZƏÇİ

    is. 1. Ərizə verən, ərizə ilə müraciət edən adam; şikayətçi. Ərizəçi öz ərizəsinə imza etdi. Ərizəçilərin qəbulu

    Полностью »
  • ƏRİZƏÇİLİK

    is. 1. bax ərizəbazlıq. Ərizəçiliklə məşğul olmaq. 2. köhn. Keçmişdə savadsız adamlara pulla ərizə yazma peşəsi

    Полностью »
  • ƏRİZƏYAZAN

    is. köhn. Keçmişdə savadsız adamlar üçün pulla ərizə yazan adam

    Полностью »