AZƏRM

сущ. устар. честь, совесть
AZƏRKƏŞB
AZƏRPƏRƏST
OBASTAN VİKİ
Azərmarka
Azərmarka — Azərbaycan Respublikasının bütün poçt markalarının istehsalı və paylanması üçün məsul Azərbaycan dövlət şirkəti. "Azərmarka" şirkəti 1992-ci ildə Azərbaycan Respublikası Rabitə Nazirliyinin 14 iyul 1992-ci il tarixli 104 saylı əmri ilə yaradılmışdır. "Azərmarka" şirkətinin nizamnaməsi 13 sentyabr 1995-ci il tarixində D-707 saylı şəhadətnamə ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Rabitə Nazirliyi yenidən təşkil edilib. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin yaranması ilə əlaqədar 15 avqust 2005-ci il tarixində nizamnaməyə müvafiq dəyişiklik edilmişdir. 27 aprel 2021-ci il tarixindən "Azərpoçt"a birləşmişdir. Poçt markaların çap olunması üçün ilin əvvəlində tematik plan tərtib olunur. Plan əsasında poçt markanın dizaynı "Azərmarka" şirkətində hazırlanır və təsdiq olunması üçün nazirliyə göndərilir. Tematik plan nazirlikdə müvafiq sərəncamla təsdiq olunduqdan sonra müxtəlif mövzuları əks etdirən poçt markalar əlamətdar günlər qabağı çap olunur. 1992-ci ildən bu günə kimi (2012-ci il) "Azərmarka" tərəfindən 100 mövzuda 563 orijinal süjetli poçt markası hazırlanaraq çap olunmuşdur.
Azərmaş
Azərmaş Açıq Səhmdar Cəmiyyəti — 6 avqust 2016-cı il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində qurulmuşdur. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satış (həm də ehtiyat hissələrinin) nöqtələrinin artırılması, utilizasiya proqramı, ixtisaslaşdırılmış kadr hazırlığı, hazır məhsul və ehtiyat hissələrinin ixrac imkanlarının reallaşdırılması da nəzərdə tutulmuşdur. == Tərəfdaşlar == Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "AzKron" MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə — 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur. Müəssisədə 300 nəfər işlə təmin edilmişdir. 2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. Müasir texnologiyalar əsasında qurulan "AzKron" MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunacaq. Eyni zamanda Ravon və QAZ şirkətləri ilə tərəfdaşlıq mövcuddur.
Azərmaş ASC

Azərməsçid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.

Digər lüğətlərdə