AĞACAN

сущ. куьгьн. бубадив ва я жувалай чӀехи касдив рахадамаз гьуьрмет патал лугьудай тӀвар.
AĞAC-UĞAC
AĞACATMA
OBASTAN VİKİ
Ağacan (Bostanabad)
Ağacan (fars. اقاجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 165 nəfər yaşayır (38 ailə).
Ağacan Abiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsini icra edib. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Ağacan Abıyev

Ağacan Cəbrayılov
Ağacan Rəsulov
Ağacan Əbiyev

Şair Ağacan
Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi. Ağacan Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü nahiyəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada almışdır. Sonralar ruhani təhsili almasına baxmayaraq, Ağacan ömürlük yaradıcılıqla məşğul olmuşdur. Gülxanım adlı bir qız ilə ailə qurmuşdur. Sonralar Ağacan arvadını və oğlunu itirmiş, əmisi qızı Zəhra ilə evlənmişdir. Onun Zəhra xanımdan iki oğlu — Ənvər və Şəmistan, iki qızı — Pərlan və Göyçək dünyaya gəlirlər. Onlar 1911-ci ildə Borçalının Quşçu kəndində yerləşirlər. O, ərəb, fars dillərini bildiyi üçün yerli mollaları tənqid etmişdi. Buna dözməyən kənt mollaları bir gecə Ağacanın yaşadığı qazma-dama su bağlayırlar.
Ağacan bulağı (Əsədabad)
Ağacan bulağı (fars. آقاجان بلاغی‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Mədəniyyət == Ağacan bulağı yaxınlığında səfəvilər dönəminə aid eyni adlı bir daş kitabə yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 208 nəfər yaşayır (62 ailə).
Aqil Ağacanov
Aqil Ağacanov — aktyor, "Bizim Cəbiş müəllim" filmindəki Makedon rolu ilə daha çox tanınır. == Həyatı == Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində dünyaya göz açmışdır. Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmiş, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşmüşdür. Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərir və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi vardır. == Makedon rolu == Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkirlər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.
Artsrun Ağacanyan
Artsruni Knyazeviç Ağacanyan (erm. Արծրուն Ադաջանյան; 21 noyabr 1955, Ərtik) — Ermənistan siyasətçisi və dövlət xadimi. == Həyatı == Artsruni Knyazeviç Ağacanyan 21 noyabr 1955-ci ildə Ermənistanın Artik şəhərində anadan olmuşdur. O, 1979-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İxtisasca iqtisadçıdır. Ağacanyan 1979–1981-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçirmişdir. O, 1981–1986 -cı illərdə Ermənistanın Şirak mərzində Ərtik rayon icraiyyə komitəsinin təlimatçısı olmuşdur. Ağacanyan 1986–1988-ci illərdə trikotaj fabrikinin direktoru olmuşdur. O, 1994-cü ilin aprelindən Qarabağ müharibəsində iştirak etmişdir. Ağacanyan 1988–1999-cu illərdə Ərtik rayon corab fabrikinin direktor müavini kimi işləmişdir.
Ağacankəndi (Həştrud)
Ağacankəndi (fars. اقاجانكندي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər (5 ailə) yaşayır. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 21,5 km. şimal-qərbdədir.
Ağacanlı
Ağacanlı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Qarasu rayonuna aid edilirdi. Bu rayon ləğv edildikdən sonra Azərbaycan SSR-in Əli-Bayramlı rayonu tərkibinə daxil olmuş, 1939-cu ildə isə Qazıməmməd rayonu tərkibinə verilmişdir. 4 dekabr 1959-cu ildə Qazi-Məhəmməd rayonu ləğv edilmiş, kənd Əli-Bayramlı rayonunun tərkibinə verilmişdir. 1961-ci ilin İnzibati bölgüsünə əsasən, Ağacanlı kəndi Azərbaycan SSR Ali-Bayramlı rayonunun Kalinovski kənd sovetinə daxil idi. 1963-cü ildə əli Bayramlı rayonu ləğv edilmiş, Kalinovski kənd şurası isə Sabirabad rayonunun tərkibinə verilmişdir. 24 aprel 1990-cı ildə kənd yeni formalaşan Hacıqabul rayonunun tərkibinə verilmişdir. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və Meyniman inzibati ərazi dairəsi daxilində Hacıqabul Rayon Ağacanlı bələdiyyəsi yaradılmışdır. 2009-cu ildə Ağacanlı bələdiyyəsi ləğv edilmiş, kənd isə Ələtli bələdiyyəsi tərkibinə daxil olmuşdur. == Toponimikası == Ağacanlı oyk., düz.
Ağbulaq-Ağacanxan (Ərdəbil)
Ağbulaq-Ağacanxan (fars. اقبلاغ اقاجان خان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 7 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 3 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,802 nəfər yaşayır (384 ailə).
Cavid Ağacanov
Haykaz Ağacanyan
Haykaz Sarkisoviç Ağacanyan (erm. այկազ Աղաջանյան; 1906, Barsum, Yelizavetpol qəzası – 1990, Kislovodsk, Stavropol diyarı) — Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyatı == Haykaz Sarkisoviç Ağacanyan 1906-cı ildə Rusiya imperiyasına bağlı Yelizavetpol quberniyasındakı Çaykənd kəndində anadan olmuşdur. 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. 1936-cı ildən əmək fəaliyyətinə başlamışdır. Şamxor rayonunun "Pravda" küçəsində manqabaşçısı işləmişdir. 1949-cu ildə üzümçülük sah əsində yüksək əmək göstəricilərinə nail olmuşdur. "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir. 1990-cı ildə Rusiyanın Stavropol diyarındakı Kislovodsk şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР" от 8 августа 1950 г.
Stepan Ağacanyan
Stepan (Stepanos) Meliksetoviç Ağacanyan (erm. Ստեփան Աղաջանյան; 16 (28) dekabr 1863, Şuşa[…] – 13 dekabr 1940[…], İrəvan[…]) — erməni əsilli rəssam, müəllim və Ermənistan SSR xalq rəssamı (1938).. Stepan Ağacanyan 1863-cü ilin 16 dekabr tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasında Şuşa qəzasına daxil olan Şuşa şəhərində, dərzi Melikset Ağacanyanın ailəsində anadan olmuşdur. 1872–1881-ci illərdə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasına tabe olan Qazançetsots kafedralında ruhani təhsil almışdır. 1881–1884-cü illərdə Şuşada yerləşən rus məktəbində oxumuşdur. 1884-cü ildə Bakıya gələn rəssam iki il bu şəhərdə yaşadıqdan sonra 1886-cı ildə Fransaya yollanmışdır. Ağacanyanın peşəkar formada rəssamlıqla məşğul olması Fransanın cənub hissəsində yerləşən liman şəhəri Marseldə məskunlaşmasından sonra baş vermişdir. Belə ki, Stepan 1886–1890-cı illərdə Marseldə yerləşən Marsel Rəsm Studiyasında daha sonra isə Parisdəki Julian Akademiyasında təhsil almışdır. Parisdə oxuduğu 1897–1900-cı illər rəssamın ən məhsuldar yaradıcılıq dövrlərindən biri hesab olunmaqdadır. 1900-cu ildə rəssam Şuşa şəhərinə qayıtmış, 1902-1904-cü illərdə Bakıda rəssam kimi çalışmışdır.
Karlen Ağacanyan
Karlen Levoni Ağacanyan (erm. Կառլեն Լեւոնի Աղաջանյան; 1938, Aşağı Ağcakənd) — Ermənistan polis işçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. == Həyatı == Karlen Levoni Ağacanyan 1938-ci ildə Azərbaycan SSR-nin Şaumyan rayonunda anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi əlili, anası səhhətində ciddi problemlər olan tütünçü idi. O, yerli orta məktəbi bitirmişdir. Daha sonra SSRİ Daxili İşlər Nazirliyinin Rostov Ali Polis Akademiyasında təhsil almışdır. 1961–1977-ci illərdə Şaumyan rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1977–1998-ci illərdə DQMV və DQR polis sistemində işləmişdir. Balaca qardaşı Volodya Levoni Ağacanyan Şaumyan rayon komitəsinin birinci katibi vəzifəsində çalışırdı. Ağacanyan Qarabağ hərəkatı başlayandan sonra Şaumyan rayonu ərazisində partizan müharibə aparmaq üçün fəaliyyət göstərmişdir.
Kamo Ağacanyan
Kamo Ağacanyan (13 dekabr 1971, Edilli, Hadrut rayonu) — dövlət və hərbi xadim, general-leytenant, Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş polis rəisi (25 mart 2013 – 6 iyun 2018), MTN-in direktoru (29 may 2020–22 dekabr 2020). == Həyatı == 1971-ci il dekabrın 13-də Edilli kəndində anadan olub. 1989–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1997-ci ildə Abovyan şəhərinin "Qriqor Narekatsi" Universitetinə daxil olmuş və 2001-ci ildə bitirmişdir. 1991-ci ildən könüllü olaraq Artsaxın azadlığı uğrunda mübarizəyə qoşulmuş, Edilli, Hadrut rayonu, Mardakert rayonu, Kəlbəcər rayonunun işğal edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1992-ci il fevralın 1-də Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələrinin Uxtadzor dəstəsinin komandiri, 1993-cü il fevralın 1-dən isə müdafiə bölgəsi komandirinin müavini, sonra isə komandir təyin edilib. 1994-cü il yanvarın 4-də döyüş əməliyyatları zamanı yaralanmış, sağaldıqdan sonra sıralarına qayıtmışdır. 2016-cı ilin 4 günlük, 2020-ci ilin 44 günlük müharibəsində fəal iştirak edib.

Значение слова в других словарях