böyük knyaz

Grand Duke * великий князь
böyük knyaginya
Böyük qapının böyük də halqası olar.
OBASTAN VİKİ
Böyük knyaz
Böyük knyaz — Orta əsrlərdə Rusiyada ən yüksək dövlət titulu Yalnız çarlara verilirdi.
Knyaz
Knyaz (rus. князь) — qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq, qraf, fürst kimi titullarla eyni məna daşıyır. Qədim germanların dilində knyaz — kuningaz (kral) anlamını verir. Bəzi mənbələrdə knyaz IX əsrdə slavyanlaşdırılmış qədim germanların, anqlo-saksonların və skandinavların könig sözü sayılır. Qadınlar isə "knyagina" titulu daşıyıblar. Knyaz titulu müxtəif dövrlərdə müxtəif mənalar kəsb etmişdir. Erkən olaraq slavyanlarda zadəgan, əsli-nəcabətli insanlara verilən bu titul get-gedə dərəcəsini artıraraq hökmdar rütbəsini əvəz etmişdir. Daha sonralar Böyük knyaz — orta əsrlərdə Rusiyada ən yüksək titul sayılırdı və yalnız çarlara verilirdi.
Knyaz-Yepiskop
Knyaz-yepiskop (ing. Prince-bishop, alm. Fürstbischof‎, fr. Prince-évêque), eyni zamanda bir knyazlığın suvereni olan bir yepiskopdur. Qərbdə IV əsrdən etibarən barbar istilaları qarşısında Roma imperiyasının gücünün azalması ilə bəzən Roma sərkərdələrinin yerini şəhərlərin xristian yepiskopları tutur, şəhər üçün dünyəvi qərarlar verir və lazım gəldikdə öz qoşunlarına başçılıq edirdi. Lakin knyaz-yepiskopla burjuaziya arasında münasibətlər həmişə səmimi deyildi. Şəhərlər imperatorlardan, krallardan və ya onların knyaz-yepiskoplarından qayda-qanunlar tələb etdikcə və özlərini feodallardan müstəqil elan etdikcə, burjuaziya yepiskoplar arasında sürtüşmə gücləndi. Knyaz-yepiskop tərəfindən siyasi olaraq idarə olunan knyazlıq və ya knyaz-yepiskopluq (alm. Hochstift‎) onun yeparxiya yurisdiksiyası ilə tamamilə və ya böyük ölçüdə üst-üstə düşə bilərdi, lakin onun yeparxiyasının bəzi hissələri, hətta yaşadığı şəhər Azad İmperiya şəhəri statususu alarsa onun mülki idarəçiliyindən azad ola bilərdi. Əgər yepiskop arxiyepiskop idisə, düzgün termin knyaz-arxiyepiskop idi; nizami (monastır) ruhanilərdə ekvivalenti knyaz-abbat idi.
Knyaz (dəqiqləşdirmə)
Knyaz — qədimdə slavyanlarda monarx titulu. Knyaz (pyes) — Hüseyn Cavidin 1929-cu ildə yazdığı beş pərdəli faciə.
Knyaz (pyes)
Knyaz yə yaxud Dəli Knyaz — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1929-cu ildə yazdığı beş pərdəli faciə. Əsər nəzmdə melodram kimi yazılıb. Əsər Gürcüstanda baş verən inqilabdan və mühacirətin süqutundan bəhs edir. Tamaşa 1929/30 mövsümündə rejissor Aleksandr Tuqanov, 1930/31 mövsümündə isə rejissor Yusif Yulduz tərəfindən Türk (Azərbaycan) bədii teatrının səhnəsində tamaşaya qoyulub. Hər iki tamaşada "Knyaz" baş rolunu Abbas Mirzə Şərifzadə, Rza Darablı ("Knyaz" rolunun ilk ifaçısı), Rza Təhmasib, Ülvi Rəcəb, Mərziyyə Davudova, Eva Olenskaya, İsmayıl Hidayətzadə, Pamfiliya Tanailidi və s. kimi sənətkarlar ifa ediblər. "Knyaz" dramı ilk dəfə 1963-cü ildə Bakıda "Azərnəşr" nəşriyyatında çap olunub. "Knyaz" pyesi həmçinin 1930-cu ildə Gürcüstanda Tiflis Dövlət Qırmızı Ordu Teatrında və Türkiyədə Türk Bədaye Teatrında tamaşaya qoyulub. Əsər elmi ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında "Dəli knyaz" adı ilə də verilib. "Knyaz" pyesi ilk dəfə ədibin qızı Turan Cavidin tərtibi ilə 1968–1971-ci illərdə "Azərbaycan Dövlət Nəşriyyatı"nda nəşr olunan üç cildliyə daxil edilib.
Knyaz Aslan
Aslan Knyaz İlyas oğlu (25 dekabr 1960, Hamamlı, Dmanisi rayonu) — Azərbaycan şairi, publisisti, alimi. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid rayonunun Hamamlı kəndində anadan olub. 1968–1979-cu illərdə Hamamlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi Qızıl medalla bitirib. 1979–1981-ci illərdə Hamamlı kənd orta məktəbində katib-kargüzar vəzifəsində işləyib. 1981–1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində), 1983–1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985–1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsində, 1987–1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunda, 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və bu təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alib. 1992–1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyib. Ermənistan-Azərbaycan müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə ön cəbhə xəttinə göndərilib, operativ hərbi informasiyalar hazırlayıb.
Knyaz Hacıyev
Hacıyev Knyaz Mehdi oğlu (10 oktyabr 1953, Yeni Daşkənd, Bərdə rayonu – 25 aprel 2021, Türkiyə) — "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar mühəndisi Hacıyev Knyaz Mehdi oğlu 10 oktyabr 1953-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olmuşdur (Yeni-Daşkənd kəndi 1953-cü ilin may ayının 18-də Ermənsitanın Basarkeçər rayonunun Daşkənd kəndinin əhalisinin erməni daşnakların təsiri ilə dövlət səviyyəsində məcburi köçürülməsi nəticəsində yaranmışdır). Kəndin yeni yaranmasına baxmayaraq Yeni Daşkənd kənd orta məktəbi kənd ziyalılarının köməyi ilə qısa müddətdə bölgədə aparıcı məktəblərin birinə çevrilmişdir. Knyaz Hacıyev 1960–1969-cu illərdə kənd orta məktəbində oxuduğu dövrdə Tanrıverdi Hacıyevdən fizika və riyaziyyatı, atası Mehdi müəllimdən dil, ədəbiyyat və tarix fənlərindən mükəmməl dərs alaraq ali məktəbə müvəffəqiyyətlə daxil olmuşdur. O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir. 1972–1975-ci illərdə hər il 3 ay müddətində Kuybışev adına Moskva Dövlət İnşaat Mühəndisləri İnstitutunda ixtisası üzrə təcrübə kursları keçən Knyaz Hacıyev 1976-cı ildən başlayaraq Azərbaycanın energetika tikintisi sahəsində fəaliyyətə başlamışdır. Artıq 40 ildir ki, o, tikintinin çox çətin və spesifik sahəsində çalışmaqdadır. Sərsəng Su Elektrik stansiyasının tikintisi üzrə iş icraçısı kimi fəaliyyətə başlayan Knyaz müəllim "Şəmkir" SES-də sahə rəisi, "Yenikənd" SES-də baş mühəndis, "Bakıenerjitikinti" TQI-də baş mühəndis, Yeni Bakı istilik elektrik mərkəzinin tikintisində baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. O, 1982–1985-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında tikilən "Ədən" istilik elektrik stansiyasının tikintisində mexanikləşdirmə və hidrotexniki qurğuların tikintisinə rəhbərlik etmişdir; 1985–1992-ci illərdə "Bakıenerjitikinti" Tikinti Trestinin Baş mühəndisi, 1992–1996-cı illərdə "Azərenerjitikintimexanizasiya" trestinin, sonradan isə "Bakıenerjitikinti" TQİ-nin rəisi işləmişdir. 1997-ci ildən "Azərenerjitikintiquraşdırma" Dövlət Şirkətinin vitse-prezidenti işləmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1998-ci il tarixli 191 saylı qərarı ilə Hacıyev Knyaz Mehdi oğlu "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü təyin edilmişdir; 1998–2008-ci illərdə isə "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədr müavini, l-ci müavin, sədr əvəzi vəzifələrində çalışmışdır. 2003–2007-ci illər arasında "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədrinin xəstəliyi ilə əlaqədar K. M. Hacıyev fasilələrlə uzun müddət sədr vəzifəsini icra etmişdir.
Knyaz Həsənov
Knyaz Həsənov (17 yanvar 1945, Kotayk mərzi) — Ermənistan parlamentinin kürd əsilli deputatı. 2019-cu ilin yanvar ayında keçirilən Ermənistanın parlamentinin yeni tərkibdə ilk iclasına ənənəyə görə ən yaşlı deputat olduğu üçün kürd icmasını təmsil edən 74 yaşlı Knyaz Həsənov rəhbərlik etmişdir.
Knyaz Məmmədov
Knyaz Şiraslan oğlu Məmmədov (16 fevral 1950, Laçın rayonu, Alxaslı) — Fizika-riyaziyyat elmləri doktoru, professor. Knyaz Şiraslan oğlu Məmmədov 1950-ci ildə Laçın rayonunun Alxaslı kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub,1972-ci ildə oranı bitirmişdir. Daha sonra Azərbaycan texniki universitetinə göndərilmiş,daha sonra böyük uğurlara addım atmışdır.Bundan sonra təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmiş, -cı illərdə orada əyani aspiranturada oxumuşdur. 1981-ci ildə Belarus Respublikasının Minsk şəhərində dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1976-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 2007-ci ildən fizika-riyaziyyat elmləri doktorudur.1994-cü ildən etibarən indiyədək Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində professor vəzifəsində işləyir. O, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda da "Diskret Optimallaşdırma Modelləri və Üsulları" şöbəsinin müdiridir və həmin institutda riyaziyyat, texnika və iqtisadiyyat üzrə doktorluq müdafiə şurasının elmi katibidir. 2004-cü ildən ABŞ riyaziyyatçılar cəmiyyətinin "Əməliyyatlar tədqiqi" bölməsinin üzvüdür. Bununla yanaşı, professor K.Ş.Məmmədov ABŞ-də nəşr olunan bir neçə nüfuzlu elmi jurnalın ekspertidir.
Knyaz Çobanoğlu
Hüseynov Knyaz Çoban oğlu — azərbaycanlı şair, Qızıl qələm mükafatı, "Xalqın nüfuzlu ziyaslısı" fəxri diplomu ilə təltif edilib. 1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir. 1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. "Vardenis" rayon və "Sovet Ermənistanı" respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. "Vardenis" rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Rayon Komsomol Komitəsinin "Fəxri Fərman"ları ilə mükafatlandırılmışdır. 1988-ci ildən Şəmkir rayonunda yaşayır.
Knyaz Əliyev
Knyaz Ələsgər oğlu Əliyev (21 mart 1940, Güllübulaq, Amasiya rayonu – 8 dekabr 2016, Bakı) — Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzəri mexanika kafedrasının müdiri, texnika elmləri doktoru, professor. Knyaz Ələsgər oğlu Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. Hələ uşaqlıq illərindən öz savadı, səriştəsi ilə digərlərindən fərqlənib, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mexanika fakültəsinə daxil olub. 1962-ci ildə AzPİ-ni Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, mühəndis-mexanik sənətinə yiyələnib. Savadı və yüksək mədəniyyəti ilə müəllimlərinin rəğbətini qazanan K.Əliyev ali təhsilini başa vurduqdan sonra Nəzəri mexanika kafedrasında müəllim-assistent vəzifəsində saxlanılıb. İllər sonra o, dəfələrlə bu etimadı doğruldub, çoxsaylı gənclərin elm sahəsində inkişafına təkan verib. 1969-cu ildə professor İ.Bəxtiyarovun rəhbərliyi altında namizədlik, 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda "Çoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən K.Əliyevin elmi işi keçmiş SSRİ-nin görkəmli alimləri, professorlar D.İ.Şerman, G.R.Çerepanov, V.A.Palmov və digərləri tərəfindən yüksək qiymətləndirilib. XX əsrin 70-80-ci illərində mexanika elminə verdiyi əsaslı töhfələr Knyaz müəllimin adını elmin bu sahədə qabaqcıl nümayəndələri siyahısına daxil edib. O, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədri olduğu dövrdə də həmişə öz nümunəvi fəaliyyəti ilə fərqlənib. Professor Knyaz Əliyev ölkəmizin hüdudlarından kənarda, beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə elmimizi yüksək səviyyədə təmsil edib.
Nərmin Knyaz
Aleksandr Baryatinski (knyaz)
Aleksandr Petroviç Baryatinski (rus. Александр Петрович Барятинский; 1799–1844) — rus əsilli dekabrist, knyaz. Aleksandr Baryatinski 18 yanvar 1799-cu ildə doğulmuşdu. Qusar alayında xidmət etmişdi. Dekabristlərə qoşulmuşdu. Aleksandr Baryatinski 31 avqust 1844-cü ildə Tobolskda vəfat etmişdi.
Xaçın knyaz sarayı
Xaçın knyaz sarayı — Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən XIII əsrə aid tarix-memarlıq abidəsi. Saray, Xanabert qalasından şimalda, Gəncəsər monastırı yaxınlığında yerləşir. Saray, Həsən-Cəlalyanlar sülaləsindən olan Aşağı Xaçın knyazlarının iqamətgahı olmuşdur. XIII əsrdə inşa edilmiş Xaçın knyaz sarayı dövrümüzə yarıdağınıq vəziyyətdə çatmışdır. Vaxtilə yaxşı müdafiə olunmuş qəsr tipli saraydan qalan hissələr dörd ədəd yarımdairəvi künc qüllələri, giriş qapısı, divarların binə hissəsinin qalıqları, iki zalın divarları və saray otaqlarının əsas divarlarıdır. Xalq memarlığı ənənələrindən istifadə ilə yaradılmış Xaçın sarayı, sonrakı dövrlərdə yaxın ərazilərdə inşa edilən digər knyaz və məlik saraylarının memarlığına ciddi təsir etmişdir. Sarayın qismən yaxşı qorunmuş künc qüllələrinin inşasında qonulmamış kvars daşlarından istifadə olunmuşdur. Divarların qalınlığı 1.6-1.8 metrdir. Hazırda dağılıq vəziyyətinə görə qüllələrin neçə mərtbəli olduğunu demək çətin olsa da, daha kiçik ölçülü qüllənin daha qədim olduğu dəqiqdir. Sarayı qismən daha yaxşı vəziyyətdə görmüş M. Barxudaryants yazır ki, “...çoxlu sayda otaqlardan təşkil olunmuş sadə tikili, əhəng məhlulu ilə tikilmiş qala divarları ilə əhatə olunub.
Knyaz Dəmir Bulat
Knyaz Dəmir Bulat — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film mürəkkəb insani münasibətlər, məişət şərtilikləri, onun mövcud olan və illərdən bəri müqəddəs sayılan adi qaydaları haqqındadır. Bu qaydaların pozulması faciəli nəticələrə gətirib çıxarır. Kinoroman Xəzər dənizçilərinin həyatından bəhs edir. Film Abbas Mirzə Şərifzadənin kinoda ilk işidir. Ssenari müəllifi: Yevgeni Muromski Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Abbas Mirzə Şərifzadə Regina Lazareva V. Lenin A. Polonski Yevgeni Muromski A. Morozovski L. Zakom Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Knyaz Dəmir Bulat (1916)
Knyaz Dəmir Bulat (film, 1916)
Knyaz Dəmir Bulat — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film mürəkkəb insani münasibətlər, məişət şərtilikləri, onun mövcud olan və illərdən bəri müqəddəs sayılan adi qaydaları haqqındadır. Bu qaydaların pozulması faciəli nəticələrə gətirib çıxarır. Kinoroman Xəzər dənizçilərinin həyatından bəhs edir. Film Abbas Mirzə Şərifzadənin kinoda ilk işidir. Ssenari müəllifi: Yevgeni Muromski Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Abbas Mirzə Şərifzadə Regina Lazareva V. Lenin A. Polonski Yevgeni Muromski A. Morozovski L. Zakom Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Miltiad (böyük)
Miltiad (q.yun. Μιλτιάδης; e. ə. VI əsr, Afina – e. ə. VI əsr, Gelibolu yarımadası, Mərmərə regionu) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. Miltiad Afinada ən nüfuzlu sülalələrindən biri Filaidlər sülaləsindən idi. Onun atası Kipsel idi. E.ə. 559-cu ildə Afinada Pisistratın tiranlığı başlayanda, o, Frakiya Xersonesosun sakinlərinin çağırışına cavab verdi və şimaldan hücum edən düşmənə qarşı müharibədə müdafiə komandanlığını ələ aldı.
Əsgəre Böyük
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Böyük Livan
Böyük Livan dövləti (ərəb. دولة لبنان الكبير‎; fr. État du Grand Liban), sonrakı adı ilə Livan Respublikası (ərəb. الجمهورية اللبنانية‎ al-Jumhūrīyah al-Lubnānīyah; fr. République libanaise) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının keçmiş ərazilərində, Millətlər Liqasının qərarı ilə Fransaya bu ərazi üçün mandat verildikdən sonra Fransanın mandatının bir hissəsi. Bundan əvvəlki dövrdə Livan Beyrut vilayətinin mərkəzi hissəsində muxtar bir qurum kimi Böyük Suriya adlanan ərazinin bir hissəsi idi. General Quro Livan ilə cənub və qərb sərhədlərində bir neçə Suriya kəndini parçalayaraq Livana birləşdirmiş, paytaxtı Beyrut təyin edərək indiki sərhədləri ilə dövlətin qurulmasını elan etmişdir. Salibi, Kamal. A House of Many Mansions: The History of Lebanon Reconsidered. University of California Press.
Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır. Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.
Böyük Xan
Böyük Xan — Kiprin ən böyük karvansarası, bütün adada ən gözəl tikililərdən biri hesab olunur. Qismən tanınan Şimali Kipr Türk Respublikasının paytaxtı Şimali Nikosiyada yerləşir. Böyük Xan Osmanlı türkləri tərəfindən 1572-ci ildə Kipri ​​venesiyalılardan aldıqdan bir il sonra tikilmişdir. 1878-ci ildən Böyük-Xan şəhərin Britaniya hakimiyyəti altında olan ilk həbsxanası, 1893-cü ildən isə onların tabeliyində olan yoxsulların sığınacağına çevrilmişdir. 1990-cı illərdə Böyük Xan yenidən quruldu, bir neçə qalereya və emalatxanası olan və inkişaf edən bir sənət mərkəzinə çevrildi. Sütunlarının uzunluğu təqribən 50 metr olan dörd ikimərtəbəli bina həyətində sütunlu və yuxarıda yerləşən eyvanlarla kvadrat kompleks təşkil edir. Açıq həyətin mərkəzində namazdan əvvəl dəstəmaz almaq üçün fəvvarəli məscid var. Burada həmçinin kafe və suvenir mağazaları var.
Böyük ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır. Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Böyük dövlət
Böyük dövlət — ictimai siyasətin və ya özəl sektorun müəyyən sahələrində ifrat dərəcədə iştirak edən dövlət üçün alçaldıcı termin. Böyük dövlət ilk növbədə onun ölçüsü ilə müəyyən edilir, ya mütləq mənada, ya da ümumi milli iqtisadiyyata nisbətən büdcə və ya işçilərin sayı ilə ölçülür. Termin həmçinin özəl seksual davranış və ya fərdi qida seçimləri kimi şəxsi və ya şəxsi hesab edilən məsələləri tənzimləməyə cəhd edən dövlət siyasətləri ilə əlaqədar olaraq da istifadə edilir. Bu termin ABŞ kontekstində yerli qurumların səlahiyyətlərinə nəzarət etməyə çalışan dominant federal hökuməti təsvir etmək üçün istifadə edilmişdir.
Böyük pandalar
Ailuropoda - nəhəng pandanın beş növünü özündə birləşdirən ursid növüdür. Nəhəng Panda (Ailuropoda melanoleuca) hal-hazırda mövcuddur. Yırtıcı heyvanlar kimi onun taksonomik təsnifatına baxmayaraq, panda hər şeydən əvvəl otyeyən rasiona malikdir. Onun qidasının əsasını demək olar ki, bambuk bitkisi təşkil edir. Pandalar sonuncu Miocene ərzində yaşamış Ailurarctosdan törənir. †Ailuropoda microta Pei, 1962 †Ailuropoda wulingshanensis Wang et alii.