BƏZZAZLIQ
BIÇAQÇI
OBASTAN VİKİ
Bıçaq
Bıçaq — əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. == Tarixi == Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.
Bıçaq Qiymə
Bıçaq Qiymə — Ərdəbil bölgəsinə aid ənənəvi yemək. == Lazım olan ərzaqlar == 400 qram qıyılmış qoyun əti 4 baş soğan 4 ədəd yumurta Yarım stəkan badam dilimləri Yarım çay qaşığı zəfəran tozu 2 ədəd dəfnə yarpağı 1 litr su 100 qram kərə yağı 1 yemək qaşığı limon suyu və ya abqora Lazım olan miqdarda ədviyyələr (İstiot, sarıkök, darçın, hil, duz və ...) == Hazırlanma qaydası == Dilimlənmiş badamları təxminən 2 ilə 3 saat suda isladıb, süzməkdən sonra biraz kərə yağına qovurun. Dilimlənmiş soğanları kərə yağı ilə qızılı rəngə çevirikənə kimi qovurun. Sonra ət suyu şirəsi çəkilənə kimi soğan içərisində dəfnə yarpağı ilə əti qovurun, qovurarkən ətə ədviyyat əlavə edin və bir az qızardın. Əti qovurduqdan sonra ətini bişirmək üçün üstünə bir az su tökün. Ət bişdikdən sonra qızardılmış dilimləri zəfəranla əlavə edin. Pörtləmə suyu az və lazımlı miqdarda olduqda, yumurtaları bir-bir yeməyin üstünə verib və sarısının üzərinə bir az zəfəran səpin. Sonda yumurtalar bağlamaq üçün qabın qapağını bağlayın. Yumurta bişdikdən sonra qaranı istədiyiniz plov ilə süfrəyə verib və zəfəranlı düyünün yanında isti soğanla süfrəyə verin. Bu yemək zəfəran plovu ilə süfrəyə verilə bilər.
Qarmaqlı bıçaq
Qarmaqlı bıçaq — xalça istehsalında türkbaf (Simmetrik) toxunuşlu ilmələri toxumaq üçün istifadə edilən ucu əyri qarmaqlı bıçaqlara deyilir. Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur. İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.
Bıçaq Mekki haqqında ballada
Bıçaq Mekki haqqında ballada (alm. Die Moritat von Mackie Messer‎, ing. Mack the Knife) — sözləri Bertolt Brextə, bəstəsi isə Kurt Yulian Vayla məxsus populyar ballada. Ballada əsasən Bertolt Brextin “Üç qəpiklik opera” pyesi üçün nəzərdə tutulmuşdur. 31 avqust 1928 ci ildə pyesin ilk tamaşasından sonra ballada məşhurlaşmış və günümüzə qədər bir çox ifaçıların repertuarlarında yer tutur. == “Üç qəpiklik opera” == Bıçaq Mekki haqqında ballada ilk dəfə “Üç qəpiklik opera” tamaşasında ifa edilmişdir. Moritat — bu orta əsrlərə aid bir ballada növü olub, ozanlar tərəfindən oxunardı. Mori “öldürücü, ölümcül”, Tat isə “fəaliyyət, əməl” deməkdir. “Üç qəpiklik opera” tamaşasının əvvəlində küçə xanəndəsinin dili ilə baş qəhrəman — Bıçaq Mekki tamaşaçılara təqdim edilir. Bu personaj Con Qeyin “Dilənçi opera”sındakı quldur Makxita obrazının yenidən işlənmiş versiyasıdır.
Bıçaqçı
Bıçaqçı (Zərdab)
Bıçaqçı (Sayınqala)
Bıçaqçı (fars. پيچاقچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (55 ailə).
Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir. == Tarixi == Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur. == Mədəniyyəti == Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.
Bıçaqçı eli
Bıçaqçı eli — Kirmanda yaşayan türk eli. Tayfanın bir hissəsi Azərbaycanda da məskunlaşmışdır. Bu tayfanın adını daşıyan yer adları hələ də qalmaqdadır (məsələn: Bıçaqçı (Zərdab)). Azərbaycan türklərini təşkil edən qruplardan biri olan Bıçaqçı tayfası mənsublarının ana dili Azərbaycan türkcəsinin cənub dialektində danışırlar. Pierre Oberling Bıçaqçı xalçalarında Azərbaycan və Anadoluya xas xüsusiyyətlər olduğunu bildirərək, bunun onların nə zamansa bu bölgələrdən indi yaşadıqları yerlərə köç etdiklərini göstərdiyini bildirir. == Tarixi == Kermanın Sircan bölgəsində yaşamaqdadırlar. Tayfanın adı türk dilində bıçaq düzəldən mənasına gəlir, lakin Nemethin bildirdiyinə görə, həm də dalaşqan, qəzəbli mənasını da bildirməkdədir. Belə adda türk tayfa adları vaxtilə geniş yayılmışdı. Tayfanın erkən tarixi və haradan gəlməsi barədə çox az məlumat bilinməkdədir. İbn Bətutə Sivas bölgəsində yaşayan əsilzadələrdən biri olaraq Əhməd Bıçaqçı adında birini qeyd etməkdədir.
Uzun bıçaqlar gecəsi
"Uzun bıçaqlar gecəsi" (alm. Nacht der langen Messer‎), və ya Röm qiyamı (alm. Röhm-Putsch‎) — Adolf Hitlerin SA hücum qruplarının bəzi rəhbərlərinə qarşı 30 iyun 1934-cü ildə tutduğu divan. Əməliyyatın kod adı "Kolibri"dir (alm. Unternehmen Kolibri‎). Təzyiqin səbəbi Ernst Römün başçılıq etdiyi hücum dəstələrinin dövlət çevrilişinə hazırlıq etməsi şübhələrinin olması idi.
Bıçaqlar çəkildi
Bıçaqlar çəkildi (ing. Knives Out) — Rayan Consonun 2019-cu ildə ekranlara çıxan müəmma janrındakı ABŞ filmi. Filmin əsas rollarında Deniel Kreyqin də içində olduğu on bir nəfərdən ibarət aktyor heyəti çəkilib. == Məzmun == Deniel Kreyq filmdə məşhur yazıçı Harlan Trombinin ölümünü araşdırmaq üçün tutulmuş xəfiyyə Benya Blank rolunu oynayır. Polis yazıçının intihar etdiyinə inansa da, Blank hadisənin göründüyü qədər sadə olmadığından və arxasında əlavə motivlər ola biləcəyindən şübhələnir. Blank, işə qoyulur və həqiqəti üzə çıxarmaq üçün müxtəlif dəlilləri və yanıltıcı detalları incələməyə başlayır. == Rollarda == Deniel Kreyq — Benoit Blanc (xəfiyyə) Kris Evans — Hugh Ransom Drysdale (Linda və Riçardın oğlu) Ana de Armas — Marta Cabrera, Harlanın baxıcısı Ceymi Li Körtis — Linda Drysdale (Harlanın böyük qızı) Maykl Şennon — Walt Thrombey (Harlanın balaca oğlu) Don Conson — Richard Drysdale (Lindanın əri) Toni Kollett — Joni Thrombey (Harlanın mərhum oğlu Neilin dul arvadı) Lakit Stenfild — Detective Lieutenant Elliott Ketrin Lenqford — Meg Thrombey (Coninin qızı) Ceyden Martell — Jacob Thrombey (Voltun oğlu) Frenk Oz — Alan Stevens (Harlanın hüquqşünası) Riki Lindhoum — Donna Thrombey (Valtın arvadı) Edi Patterson — Fran (Harlanın bağbanı) Key Kellan — Wanetta "Great Nana" Thrombey (Harlanın anası) Noy Seqan — Trooper Wagner (polis) Kristoger Plammer — Harlan Thrombey (85 yaşlı yazıçı, ən çox satmış cinayət romanlarının müəllifi) M. Emmet Uolş — Mr. Proofroc (mühafizə işçisi) Marlen Forte — Mrs.
Bıçaqlar çəkildi: Sirli macəra
Bıçaqlar çəkildi: Sirli macəra (ing. Glass Onion: A Knives Out Mystery) — Rian Conson tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş və Conson və Ram Berqmanın prodüseri olduğu 2022-ci il istehsalı olan Amerika müəmma filmidir. 2019-cu ildə çəkilmiş olan "Bıçaqlar çəkildi" filminin davamı olan filmdə Daniel Kreyq texnoloji milyarderi olan Miles Bron (Edvard Norton tərəfindən canlandırılmışdır) və Bronun ən yaxın dostları ətrafında baş verən yeni bir işi həll etməyə çalışarkən usta detektiv Benoit Blank rolunu canlandırmışdır. Digər rolları isə Janelle Monae, Ketrin Hahn, Leslie Odom Jr., Cessika Henvik, Medelin Klayn, Keyt Hadson və Deyv Botista canlandırmışdırlar. Hələ Bıçaqlar çəkildi filmi yayımlanmamışdan əvvəl Conson davam filminin mümkünlüyündən danışmışdı. 2020-ci ildə isə onun yeni bir süjet xətti üzərində işlədiyi və Kreyqin rolunu yenidən canlandıracağı xəbəri təsdiqlənmişdir. 2021-ci ilin mart ayında isə keçirilmiş olan hərracda Netflix şirkəti, Bıçaqlar çəkildi filminə məxsus olan iki davam filminin hüquqlarını 469 milyon dollara satın almışdır. == Süjet xətti == 2020-ci ilin may ayında Karantində olan qubernatora, alimə, keçmiş modelə və yayımçıya, müştərək dostları, texnoloji milyarderi olan Maylz Brondan onun şəxsi Yunan adasındakı malikanəyə baş çəkmək və əyləncə gecəsinin sahibinin “qətl” sirli oyununda iştirak etmək üçün dəvətnamələri olan tapmaca qutuları gəlir. Oxşar bir paketi avaralıqdan əziyyət çəkən xüsusi detektiv olan Benua Blan da alır və dəvəti həvəslə qəbul edir. Yunanıstana gələn rəngarəng dəstə Maylzın keçmiş iş şəriki, məhkəmədə şirkəti mühakimə etdiyi Endi Bredin gəlişinə təəccüblənir və çox da sevinmir.

Digər lüğətlərdə