BƏRABƏRLİK

сущ. барабарвал (1. барабар тир (сад хьтин) гьал (везият); 2. терезвал).
BƏRABƏRLƏŞMƏK
BƏRABƏRSİZLİK
OBASTAN VİKİ
Bərabərlik
Bərabərlik — cəmiyyətdə insanların bütün cəmiyyətin istehsal vasitələrinə bir cür münasibətdə və bərabər siyasi və vətandaşlıq hüququna malik olmalarını təmin edən vəziyyəti. Bərabərlik, tənlik – aralarında bərabərlik işarəsi (=) yazılmış iki ifadənin bərabərliyini bildirən riyazi müddəa. Çox zaman bu termin qiymətlər və verilənlər strukturları haqqında işlədilir. Məsələn, "A=B+1" bərabərlikdir və burada iddia olunur ki, "A" ifadəsi "B+1" ifadəsinə bərabərdir. Bəzi yüksəksəviyyəli proqramlaşdırma dillərində (məsələn, C dilində) bərarbərlikdən dəyişən və simvollara qiymət mənimsədilməsi üçün istifadə edilir: məsələn, "i = 1". Belə mənimsətmə deyimlərinin bərabərlik formasında yazılmasına baxmayaraq, onlar həqiqi riyazi əməllər olmaya da bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı == Digər mənaları == Tənlik; Tarazlıq, müvazinət.
Sosial bərabərlik
Sosial bərabərlik, bərabərlik — cəmiyyətin bütün üzvlərinin müəyyən bir sahədə eyni statusa malik olduğu sosial nizam. Sosial bərabərliyin siyasi aspekti dövlət idarəçiliyinin qaydalarını nəzərdən keçirməkdən ibarətdir: seçkilərdə iştirak etmək hüququ, liderlərin müəyyən edilməsi qaydaları, liderlərin hüquq və vəzifələri, qanun qarşısında bərabərlik, iqtisadi yanaşma isə əhalinin bölüşdürülməsi prosesini nəzərdən keçirir. faydalar: işləmək hüququ, resursların bölüşdürülməsi, imkan bərabərliyi. “Sosial bərabərlik” anlayışının spesifik mənası cəmiyyətin inkişafı ilə dəyişmişdir. Antik dövrdə bərabərlik və əmlak imtiyazları arasında seçim problemi Platon və digər filosoflar tərəfindən mülklər daxilində bərabərlik və mülklər arasında bərabərsizlik mənasını verən “Hər kəsin özünə” düsturu ilə həll edilmişdir. Orta əsr xristian fəlsəfəsində bərabərlik anlayışı “Allah qarşısında hamı bərabərdir” dini normasında öz tətbiqini tapmış, fərdlərin və ya qrupların ictimai münasibətlərini deyil, insanla Tanrı arasındakı münasibəti müəyyən etmişdir. İntibah və Maarifçilik dövründə sosial bərabərlik anlayışı yenidən dünyəvi xarakter alır və fəlsəfə insanların təbii bərabərliyi məsələsini qoyur. Burjua cəmiyyətinin yaranması və inkişafı cəmiyyətə xidmətlərin qiymətləndirilməsinə və səmərələrin müvafiq bölgüsünə baxışın dəyişməsinə səbəb oldu. Sosial mövqe artıq bu və ya digər sinfə, kastaya və s. mənsubiyyətlə deyil, fərdin şəxsi keyfiyyətləri və məziyyətləri ilə izah olunurdu.
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cu əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. == Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi == Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales == 19-cu əsr == Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. === 1848 İnqilabı === === Paris Kommunası və Üçüncü Respublika === Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Ölüm qarşısında bərabərlik
Ölüm qarşısında bərabərlik (fr. Egalité devant la mort) — Fransa rəssamı Vilyam Buqro tərəfindən 1848-ci ildə yağlı boya ilə kətan üzərində işlənmiş rəsm əsəridir. 141x269 sm ölçüyə malik olan əsər Orse muzeyində nümayiş etdirilir. Milli Ali İncəsənət Məktəbində cəmi iki il təhsil aldıqdan sonra Buqro "Ölüm qarşısında bərabərlik" əsəri ilə ilk dəfə Paris Salonunda iştirak edir. Əsərin əsas mövzusu, necə həyat sürmələrindən asılı olmayaraq bütün insanların ölüm qarşısında bərabər olmasıdır. Təqdim edilməsindən sonra əsər, əsasən nü janrında kişi obrazları mövzusuna həsr edilmiş bir çox sərgilərdə nümayiş etdirilmişdir. Rəsm əsərində cəsədi tamamilə çılpaq uzadılmış gənc oğlanın üzərini kəfənlə örtmək üçün uçan ölüm mələyi təsvir edilmişdir. Sol tərəfdə aşağı küncdə rəssam öz imzasını qoymuşdur.
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası və ya əvvəlki adı ilə Talış Xalq Partiyası (tal. Tolyšə Xəlği Partijə) — Azərbaycanda talış siyasi partiyası. 1991-ci ildə təsis edilmiş və 1993-cü ildə ləğv edilmişdir. == Tarixi == Talış Xalq Partiyası (TXP) 1989-cu ildə yaradılmış Talış Milli Dirçəliş Partiyasının əsasında təsis edilmişdir. "Talış Milli Dirçəliş Partiyası"nın məqsədi talışların bir millət kimi hüquqlarını qorumaq və uzunmüddətli perspektivdə, konstitusiya ilə tanınacaq Talış-Muxtar Respublikasının yaradılması uğrunda mübarizə aparmaq idi. Belə bir tələbin tarixi əsası Qacar dövləti ilə müharibədən sonra Rusiya imperiyasına birləşdirilənə qədər paytaxtı Lənkəran olan Talış xanlığının mövcudluğu idi. 1991-ci ilin payızında Talış Milli Dirçəliş Partiyası yenidən Talış Xalq Partiyasına çevrilmişdir, 1992-ci ilin iyulunda onun təsis qurultayı keçirilmişdir. Qurultayda çıxış edən Azərbaycan Elmlər Akademiyasında fizika-riyaziyyat elmləri namizədi Hilal Məmmədov partiyanın sədri seçilmişdir. Partiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və talış xalqının gələcək inkişafını yalnız Azərbaycan dövləti kontekstində nəzərdən keçirdiklərini vurğulamışdılar. Azərbaycan hakimiyyəti partiyanı Talış Xalq Partiyası adı altında qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün onun adı dəyişdirilərək Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası adlandırılmışdır.
Haqq və Bərabərlik Partiyası
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Xalqların Bərabərlik və Demokratiya Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.

Digər lüğətlərdə