bəyaz gecələr

white nights / midnight sun белые ночи
Bəy verən atın dişinə baxmazlar.
bəzək-düzək (oyun-oyuncaq)
OBASTAN VİKİ
Bəyaz gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. == Məzmun == "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.
Bəyaz gecələr (dəqiqləşdirmə)
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Bəyaz gecələr (povest) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman.
Bəyaz
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Ağ gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz ordu
Ağ ordu (Ağ qvardiya, Ağ hərəkat) — Rusiyada 1917-1922-ci illər vətəndaş müharibəsi dövründə müxtəlif siyasi qüvvələrdən formalaşmış hərbi-siyasi hərəkat. == Tarixi == 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 −1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli — hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. == Quruluşu və ideologiyası == 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. === İdeologiyası === Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.
Ərsin Bəyaz
Ersin Beyaz (1977, Şiran, Gümüşhane ili) — memar və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ersin Beyaz 1977-ci ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb. Haliç Universiteti Mühəndislər Bölməsindən məzun olub. İnşaat sahəsində fəaliyyət göstərən ailə müəssisəsində İdarə Heyətinin üzvü olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) Daxili Memarlar Palatasının üzvü, Gümüşhane Mühəndislər və Memarlar Platformasının üzvü, Gümüşhane Sənayeçi və İş Adamları Dərnəyinin üzvü, Beyazlar Təhsilə Yardım və Tərəqqi Vəqfi İdarə Heyətinin üzvü olub. 2017-ci ildə İYİ Partiyanın İstanbul il şöbəsinin qurucu sədri olub. 2018-ci ildə İYİ Partiya sədrinin baş müşaviri, 2019-2020-ci illərdə isə İYİ Partiya İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Gecələr keçir (mahnı)
Gecələr sənsiz (mahnı)
Səssiz Gecələr Festivalı
Səssiz gecələr (ukr. Німі ночі) və ya Səssiz Film və Müasir Musiqi Festivalı – hər il iyun ayının üçüncü həftəsonunda Ukraynanın Odessa şəhərində keçirilən film festivalı. İvan və Yuri Lipa Xeyriyyə Fondu və Ukrayna Dövlət Film Agentliyi tərəfindən təşkil olunur. İlk festival 18 iyun 2010-cu ildə Korobçinski adına İncəsənət Mərkəzində baş tutmuşdur. Festival avropalı sənətçilər və ukraynalı musiqiçilər tərəfindən ifa olunan müasir musiqi parçaları vasitəsilə beynəlxalq səssiz kino klassiklərini populyarlaşdırmaq və Aleksandr Dovjenko, Dziqa Vertov, İvan Kavaleridze, Heorhiy Stabovyi və s. kimi ukraynalı şəxslərin avanqard filmlərinin müasir incəsənət kontekstini bərpa etmək məqsədilə keçirilir. Festival açıq hava altında keçirilir və iki gün boyunca Odessa yaxta-klubunun limanında keçirilir. Festivalın məkanı kimi Odessa şəhərinin seçilmə səbəbi ilk Ukrayna filmlərinin bu şəhərdə çəkilməsidir.
"Ağ-qara" gecələr
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
Bəyaz diş (roman)
Ağ diş və ya Bəyaz diş — ilk dəfə Cek London tərəfindən 1906-cı ilin may ayından oktyabr ayına qədər The Outing Magazine-də seriyalı şəkildə nəşr edilmiş roman. == Haqqında == "Ağ diş" roman kitabı bir çox dillərə tərcümə edilmişdir. Və bir çox nəşriyyatlar tərəfindən kəşf edilmişdir. Kitabdakı yerlər Rusiya, Kanada və Amerikada yerləşir. Digər qardaşlarından fərqli olaraq boz doğulan canavar balasının hekayəsi danışılır. Bu canavarın adı Ağ dişdir. Ağ diş yarım it ana və canavar atasının övladlarıdır.
Bəyaz zanbaqlar ölkəsində
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir. Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
Salonikin Bəyaz qalası
Salonikin Bəyaz qalası (yun. Λευκός Πύργος; Turkish: Beyaz Kule; Ladino: Kuli Blanka) Yunanıstanın şimal hissəsi sayılan və Yunanıstan Makedoniyası adlanan regionunun paytaxtı olan Saloniki şəhərində sahilə yaxın ərazidə mövcud olan abidə və muzeydir. Hazırkı qala 12-ci əsrdə Bizans memarlığına aid istehkam sayılır və Osmanlı İmperiyasının padşahı II Murad tərəfindən 1430-cu ildə şəhər ələ keçirildikdən sonra regionun limanını gücləndirmək üçün yenidən inşa edildi. Qala Osmanlı dönəmində kütləvi edamlar və həbsxana məkanı kimi ad çıxarmışdır. 1912-ci ildə şəhər Yunanıstanın nəzarəti altına keçdikdən sonra bəyaz qalanın forması böyük ölçüdə dəyişikliyə uğradı və xarici görünüşü ağardıldı. Sonradan isə abidə şəhərin simvolu olaraq qəbul edildi. Bəyaz qala 34 metr diametrə malik, yer səviyyəsindən 23 metr hündürlüyündə silindr formalı tikilidir və üzərindəki kiçik qüllənin hündürlüyü 12 metr, diametrin ölçüsü isə isə 6 metrdir. Qalanın xarici divarında atış üçün nəzərdə tutulan pəncərələrin bəzilərinə spiral formalı yol ilə çatmaq mümkündür, digər pəncərələrə isə altı mərtəbənin hər birində mövcud olan mərkəzi otaqdan çatmaq mümkündür. Kiçik qüllədə olan evlərin diametri 10 m və qalanın ən üst mərtəbədə yerləşən platforma isə 5 metr genişlikdə ərazini əhatə edir. Şəhərin şərq hissəsini qoruyan qala Bizansların 1423-cü ildə Salonikini tərk edənə qədər uzun illər boyu Venesiya Respublikasının simvolu hesab olunurdu.
Salonikinin Bəyaz qalası

Səlanikin Bəyaz qalası

Xızıri Dəşt Bəyaz
Xızıri Dəşt Bəyaz — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Nimbeluk bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,930 nəfər və 1,385ailədən ibarət idi.
Bəyaz qala (roman)
Bəyaz qala (roman) — Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk tərəfindən 1985-ci ildə nəşr olunmuş tarixi roman. Əsər Orxan Pamukun üçüncü romanıdır. Əsər venesiyalı köləylə Osmanlı alimi arasındakı münasibətdən bəhs edir. Bu roman yazıçının beynəlxalq miqyasda tanınmasında mühüm rol oynamışdır. Ağlı və fərasəti sayəsində özünü ölümdən xilas edən venesiyalı əsir öncə həkimliyi sayəsində tanınır,daha sonra isə bacarığı sayəsində Türk alimi Xoca ilə birlikdə gecə-gündüz kəşflər etməyə başlayır. Sultanın diqqətini çəkir və onlara silah hazırlamağı tapşırır. Xoca kölənin məsləhətinə qulaq asmayaraq silah hazırlayır, Sultana təqdim edəndə uğursuzluqla nəticələnir. Belə ki, ilk sınaq zamanı yüzlərlə insanın ölümünə səbəbiyyət verir. Sonda Xoca başqa ölkəyə qaçaraq canını edamdan qurtara bilir. Orxan Pamuk bu əsəri ilə iki dünyanı təmsil edən Şərq-Qərb sivilizasiyalarının qovuşmasını önə çəkmişdir.
Bəyaz həyat (film, 2003)
== Məzmun == Filmdə dövlət katibinin oğlu Riyadla (Kamal Dəniz) sadə qadın Nigar (Vəfa Rzayeva) arasında olan məhəbbət macərasından və bunun müqabilində rastlaşdıqları bir sıra çətinlikləri mətinliklə dəf etmələrindən danışılır. == Film haqqında == Film Vüqar Ercanın "Məhəbbət təcrübəsi" romanının motivləri əsasında çəkilmişdir. Filmin musiqisi Ramko Prodüksiyon A. Ş. (İstanbul, Türkiyə) və "Virus Production" studiyasında aranjman edilmişdir.
"Ağ-qara" gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
Ağ-qara gecələr (film, 2013)