BAŞINA ŞAMIN MÜSİBƏTİNİ GƏTİRMƏK

əzab vermək, ağır sıxıntı və əziyyətə salmaq; ~ başına oyun açmaq (gətirmək), başına tənbəki oyunu açmaq, başına tərs dəyirman çevirmək, başına iş açmaq, başında dəyirmandaşı fırlatmaq, başında turp əkmək, başında tərs dəyirman işlətmək.

BAŞINA SOYUQ DƏYMƏK
BAŞINA TƏNBƏKİ OYUNU AÇMAQ
OBASTAN VİKİ
Şamın işğalı
Şamın işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə baş vermiş olan Mərcidabık döyüşündə Qansu Qavrinin komandanlığı altında olan Məmlüklər ordusunu ağır məğlubiyyətə uğradan Yavuz Sultan Səlimin komandanlığı altında olan Osmanlı ordusu kampaniyanı davam etdirərək 27 sentyabr 1516-cı ildə Şam ətrafına, 3 oktyabrda isə şəhərin mərkəzinə daxil olmuşdur. Yavuz Sultan Səlimin komandanlığı altındakı Osmanlı ordusu 15 sentyabr 1516-cı ildə Hələbi tərk edərək Şam istiqamətində irəliləməyə başlamışdır. Sentyabrın 19-da Həmanı, 21-də isə Hümsü ələ keçirən Osmanlı ordusu, Mərcidabık döyüşündə həlak olan Qansu Qavrinin yerinə yeni sultan təyin etmək üçün Məmlük bəylərinin Şamdakı iclaslarının nəticəsiz başa çatmasını və bəylərin də 22 sentyabrda Qahirəyə getmələrini gözləmişdir. Osmanlı ordusu daha sonra kampaniyanın növbəti mərhələsini davam etdirərək sentyabrın axırlarına doğru Şamın kənar məhəllələrindən biri olan Məstabaya daxil olmuşdur. Şamdakı Məmlük əmiri Nəsirəddin Osmanlı tərəfinə keçən Xeyir bəyin təklifi ilə təslim olmuşdur. 3 oktyabr 1516-cı ildə isə Osmanlı ordusu Şamın mərkəzinə daxil olur. Qəsri Ablakda Suriyadakı müxtəlif Məmlük qalalarının komandirləri, ərəb əmirləri və Livandakı druzlar Yavuz Sultan Səlimə təslimiyyətlərini təqdim etmişdirlər. Səlim; İsgəndərpaşazadə Mustafa bəyi Tərabülüs əş-Şama, Evrenosoğlunu Qüdsə, Müstənsiroğlunu isə Safedə sancaqbəyi təyin etmişdir. O, İbn əl-Hənəşi isə druzların başçısı təyin edir.
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şamın tili nekropolu
Şаmın tili nеkrоpоlu — yаşаyış yеrinin cənub-şərqində təpənin yаmаcındа yеrləşir. Nеkrоpоlun bir qismi yоl çəkilərkən dаğıdılmışdır. Qəbirlər qərb-şərq istiqаmətindədir. Qəbirlər yаnlаrdа yаstı sаl dаşlаrlа qurulmuşdur. Bаşdаşılаrı аdi qаyа pаrçаlаrındаndır. Nеkrоpоlu təqribən XVIII-XIX əsrlərə аid еtmək оlаr.
Şamın tili yaşayış yeri
Şаmın tili yаşаyış yеri — Aşağı Buzqov kəndinin cənubundа yеrləşir. Yаşаyış yеri dаğ silsiləsinin Cəhriçаyа yеnən şərq yаmаcındа sаlınmışdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı qаlmаqdаdır. Еvlər yаrımqаzmа tipli оlmuşdur. Divаrlаr kiçik həcmli yаstı dаşlаrdаn tikilmiş, giriş divаrın bir tərəfində qоyulmuşdur. Аşkаr оlunаn şirsiz sахsı məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеrini XVIII-XIX əsrlərə аid еtmək оlаr.
Gecə yarısı küçədə tək başına bir qız (film, 2014)
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.