baharlı

baharlı
bahariyyə
baharlıq
OBASTAN VİKİ
Baharlı
Baharlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Baharlı — nasir, publisist. Bayramxan bəy Baharlı — ictimai xadim, Əbdürrəhim xan Baharlı — Böyük Moğolların dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Bayram xan Baharlı — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri Mirzə Vəli bəy Baharlı — Qarabağ xanlığının vəziri, şair Kəndlər Baharlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Gül Baharlı — Azərbaycanın Ağdam rayonunda kənd. Birinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. İkinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. Baharlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Baharlı (Qafan) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonunda kənd. Baharlı (Qafan, 2) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. == Mədəniyyəti == Kəndin on bir illik orta məktəbi var.
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Baharlı (Qürvə)
Baharlı (fars. بهارلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,128 nəfər yaşayır (269 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Baharlı (Sisyan)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir. Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş və əsasən Zəngəzurda yaşamışlar. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 9 nəfər, 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914-cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Baharlı (Türkmənistan)
Bäherden (türkm. Baharly) — Türkmənistanın Ahal vilayətində sənaye şəhəri. Bəzi mənbələrdə Baharden kimi yazılır. == Tarixi == Şəhər öz adını Qərbi Türkmənlərin Qaraqoyunlu tayfa ittifaqına daxil olan Baharlı tayfasından götürüb. == Coğrafiyası == Şəhər Aşqabaddan 101 km-də, Kopetdağın şimal ətəyində yerləşir. == Əhalisi == Şəhərin əhalisi 24 139 nəfərdən ibarətdir (2008).
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qondarma qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Baharlı (Zəngilan)
Baharlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə təsadüf edilir. Bu soyadı ilk dəfə XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Zəngilan rayonunun Baharlı kəndinin yerli əhalisi Əlişəkər bəy Baharlının, onun nəslindən olan Mirzə Vəli bəy Baharlının ovladlarıdır. == Mədəniyyəti == Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalına qədər kəndin geniş, yaraşıqlı orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. vardı.
Gül Baharlı
Gül Baharlı (əvvəlki: II Baharlı) — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) rayon mərkəzindən 20 km şm.-ş.-də, Qarabağ düzündədir. Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. Kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəy Baharlının nəslinə mənsubdur. == Mədəniyyət == Kəndin ümumi orta məktəbi vardır. II Baharlı kənd məktəbi 30-cu illərdə dördillik ibtidai məktəb kimi yaranmışdır. Ağalar Əliyev II Baharlı kənd məktəbinin ilk müdiri olmuşdur. Vəli Əliyev (1936–1937), Xosrov Əliyev (1937–1941) II Baharlı kənd məktəbinin müdiri vəzifələrində işləmişlər. II Dünya Müharibəsi illərində II Baharlı kənd məktəbi fəaliyyətini dayandırmalı olmuşdur. II Baharlı kənd məktəbi 1946-cı ildə bərpa edilmiş, Ağdamın Qiyaslı kənd sakini Fərrux müəllim həmin məktəbin müdiri olaraq 1959-cu ilə kimi bu vəzifədə çalışmışdır.
Məhəmməd Baharlı
Əhmədov Məhəmməd Əhməd oğlu (12 mart 1948, Zəngilan rayonu – 14 iyun 2019, Bakı) — nasir, publisist. Məhəmməd Baharlı 1948-ci il 12 martda Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1965–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. 1970–1971-ci illərdə ordu sıralarında xidmət etmişdir. "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971–1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986–1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988–1989), "Gənclik" və "Molodost" jurnalları redaksiyasında məsul katib (1989–1992), "Təhsil" qəzetinin baş redaktoru (1992–1993) işləmişdir. 1993-cü ildən Azərbaycan müəllimi qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində işləmişdir. Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunub.
İkinci Baharlı
İkinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Baharlı (Qafan, 2)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Basut çayının sağ sahilində yerləşmişdir. Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz. Hər biri ayrı-ayrı kənddir. Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovularaq kənd ləğv edilmişdir.
I Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. == Mədəniyyəti == Kəndin on bir illik orta məktəbi var.
Məhəmməd bəy Baharlı
Pirəli bəy Baharlı
Seyfəli bəy Baharlı
Sultanqulu bəy Baharlı
Sultanqulu bəy Baranlı (1518–1543) — Qütbşahlar dövlətinin yaradıcısı. Qaraqoyunlu şahzadəsi idi. 1470-ci ildə, Həmədanın Sədabad kəndində doğulmuşdur. Atası Üveysqulu bəy Baranlı, anası isə Məryəm xanım olmuşdur. Babası Pirqulu bəy Baranlı Qara İsgəndərin, nənəsi Xədicə bəyim isə Cahanşahın nəvəsi idi. Babası öləndə hələ 12 yaşı vardı. Ovlanmaq və hərb ilə məşğul olmaqdan xüsusi zövq alırdı. 31 dekabr 1477-ci ildə Uzun Həsənin ölümü və Sultan Yaqubun taxta çıxmasından sonra ailəsi qorxuya düşdü. Atası Üveysqulu buna görə də qardaşı Allahqulu oğlu ilə birlikdə dini yaymaq bəhanəsilə Kafiristana göndərdi. Nemətulla Vəlinin nəticəsi II Nemətullah da onlara kömək edirdi.
İbrahim bəy Baharlı
Əbdürrəhim xan Baharlı
Əbdürrəhim xan Baharlı (Devanagari: अब्दुल रहीम खान-ए-खाना; 1556–1627) — Böyük Moğol dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Şair və tərcüməçi. Əbdürrəhim xan Bayram xan oğlu Baharlı 1557-ci ildə Lahor şəhərində anadan olmuşdu. Qaraqoyunlu oymaqlarından Baharlı türkmənlərinə mənsubdur. Sultan Əkbərin ilk vəkili Bayram xan Baharlının oğludur. Anası Camal xan Meratinin qızıdır. Dörd yaşında atası vəfat etmişdi. Atası öldürülərkən 4 yaşının içində idi. Əkbər şah onu anası ilə bərabər saraya gətirdi. Balaca Əbdürrəhimi sarayda şahanə tərbiyə etdirdi.
Əbülhəsən bəy Baharlı
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlar – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.
Əlişəkər bəy Baharlı
Baharlı mağarası
Baharlı (Baharden) — Türkmənistan ərazisində karst mağarası. Mağara Axal vilayətinin Baharlı şəhərindən 19 km cənub-şərqdə, Aşqabad şəhərinin 120 km-də, Kopetdağ dağlarının şimal ətəklərində yerləşir. == Kəşf olunma tarixi == Mağara artıq XVIII əsrdən məlumdur. Mağara və daxilində olan göl haqqında ilk elmi məlumat 1886-cı ilə təsadüf edir. 1896-cı ildə yerli qəzetlərin birində mağara və göl haqqında geniş məlumat çap edilmiş və o vaxtdan bu ərazi aşqabadlıların sevimli məkanına çevrildi. 1976-cı ildə mağara geoloqlar tərəfindən araşdırılmış, sonralar isə Aşqabad speleoloqları mağaranı tədqiq etmiş. V.H. Dublyanski mağaranı geniş təsvir etmiş == Ümumi məlumat == Mağara Koy silsiləsində, Duqun dağı ətəyində yerləşir. Mağara girişindən 800 metr aralı, dərin dərə ilə Koy çayı axır. Bu çay mağara daxilindəki göl suyunun yer səthinə çıxışıdır. Beş girişi olan mağara əsas böyük əhəngdaşlı zaldan ibarətdir.
Baharlı oymağı
Baharlı oymağı — Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət Cənubi və Şimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir və Azərbaycan türkcəsində danışmaqdadırlar. J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər. A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır. Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, Pierre Oberling bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur.
Baharlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Birinci Baharlı
Birinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Mirzə Haşım bəy Baharlı
Mirzə Vəli bəy Baharlı
Mirzə Vəli bəy Baharlı (1725 – 1795, Tehran) — Qarabağ xanlığının vəziri, şair, Əlişəkər bəy Baharlının nəslindəndir. Mirzə Vəli bəy Baharlı təxminən 1725-ci ildə anadan olmuşdur. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair xanlar xanı Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar. Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə Mirzə Vəli bəyin atası Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın zamanında xanlığın hörmətli insanlarından idi. Mirzə Vəli bəy Baharlı mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin gözəl bilicisi olan Mirzə Vəli bəy Baharlı eyni zamanda incə ruhlu şair kimi də tanınmışdır. Rəvayətə görə Molla Pənah Vaqif saraya Mirzə Vəli bəy Baharlının təklifi ilə dəvət edilmişdir. Orxan Zakiroğlu (Baharlı) yazır ki, gənclik illərində Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayında xidmət etmişdir. O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray əyanlarından biri idi.
Məhəmmədhəsən bəy Vəlili-Baharlı
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı (tam adı: Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev; 1896, Şuşa – 24 iyun 1937, Bakı) — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı. Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyev universitetinin iqtisadi-coğrafiya fakültəsində davam etdirmiş və 1915-ci ildə oranı bitirmişdir. Baharlı Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis edilmiş Bakı Dövlət Universitetində dərs demiş, həmin dövrdə, 1919-cu ilin sentyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovet dövründə isə əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsində davam etdirmişdir. O, 1923–1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü olmuş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M. Baharlı 1926-cı ildə Solovki əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs edilmişdi. M. Vəliyev (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir. Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran 17 məqalə dərc etdirmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 25 may 1998-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda yubiley tədbiri keçirilmişdir.
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı (tam adı: Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev; 1896, Şuşa – 24 iyun 1937, Bakı) — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı. Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyev universitetinin iqtisadi-coğrafiya fakültəsində davam etdirmiş və 1915-ci ildə oranı bitirmişdir. Baharlı Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis edilmiş Bakı Dövlət Universitetində dərs demiş, həmin dövrdə, 1919-cu ilin sentyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovet dövründə isə əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsində davam etdirmişdir. O, 1923–1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü olmuş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M. Baharlı 1926-cı ildə Solovki əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs edilmişdi. M. Vəliyev (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir. Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran 17 məqalə dərc etdirmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 25 may 1998-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda yubiley tədbiri keçirilmişdir.

Значение слова в других словарях