Baharlı (Qafan, 2)

Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.[1]

Kənd
Baharlı-2
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4

Tarixi[redaktə | mənbəni redaktə et]

Basut çayının sağ sahilində yerləşmişdir.

Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz. Hər biri ayrı-ayrı kənddir[2].

Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi[3] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır[2].

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovularaq kənd ləğv edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. 1 2 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.567
  3. 329, s.24