bald

adv. 1. (in Kürze) tezliklə, bu yaxında; 2. (beinahe) az qala, ənqərib; 3. recht ~ tezliklə; 4. ~ darauf bir az sonra; so ~ wie möglich mümkün qədər tez; F bis ~! hələlik!, görüşmək ümidilə!
balancieren
Baldachin
OBASTAN VİKİ
Bald and Bankrupt
Bald and Bankrupt (azərb. Keçəl və müflis olmuş‎) — Benjamin Riç (ing. Benjamin Rich) və ya Mister Bold (ing. Mr. Bald) kimi tanınan britaniyalı videoblogerin apardığı ingilis və rusdilli yutub kanalı. 2018-ci ilin iyun ayında açılmış kanalda əsasən postsovet məkanı və Hindistan yarımqitəsi ölkələrindən bəhs olunur. 2022-ci ilin mart ayına olan göstəriciyə əsasən 3,48 milyon abunəçiyə və 489 milyon baxışa malikdir. 2019-cu ilin iyul ayında podkast zamanı yutub-bloger PewDiePie bildirib ki, Bald and Bankrupt onun sevimli yutub kanalıdır.
Adi baldırğan
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Albov baldırğanı
Albov baldırğanı (lat. Heracleum albovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Yarpaqları yumurtavaidir, ikər-lələklidir, hər iki üzü bozumtul tükcüklüdür, kənarları sərt dişciklidir. Çətir şüaları 20-25 ədəddir, tükcüklüdür, müxtəlifdir. Çiçəkləri sarımtıl-ağ rəngdədir, az böyümüşdür. Meyvəsi ellipsvari, çılpaqdır, uzunluğu 6–7 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir.
Artemisia baldshuanica
Artemisia baldshuanica (lat. Artemisia baldshuanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Emilia baldwinii
Emilia baldwinii (lat. Emilia baldwinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Jurinea baldschuanica
Jurinea baldschuanica (lat. Jurinea baldschuanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Lorenso Baldauff
Lorenso Baldauff (19 noyabr 1974) — Avstriyalı oxatan. Lorenso Baldauff Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lorenso Baldauff birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistanın nümayəndəsi Bombayla Devi Laişram ilə üz-üzə gəldi. Həmin görüşdə Lorenso Baldauff rəqibinə 2:6 hesabı ilə uduzdu.
Marta Baldo
Marta Baldo (8 aprel 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Marta Baldo İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Monte Baldo
Monte Baldo— İtaliya Alplarında dağ silsiləsi, Trento və Verona əyalətlərində yerləşir. Monte Baldo dağları cənubdan Kaprino Veroneseda qurtaran hündür ərazilər, qərbdən Qarda gölü, şimaldan Roveretonun Naqo-Torbole qovuşduğu və şərqdən Val Adige ilə sərhədlənir. Dağın adı Alman Wald ("meşə") adından götürülmüşdür. Bu 1163-cü ildə Alman xəritəsində ilk dəfə görünür. Sülh Yolu (Peace Trail, italyan dilində Sentiero della Pace ) şimali İtaliyadakı ən əhəmiyyətli yollardan biridir və silsilə üzərindən keçir. Dağdan Malcesine şəhərinin yaxınlığında yerləşən Qarda gölü sahilinə kanat vasitəsilə çatmaq olur. Baldo dağları qərbdən göl və şərqə Val d'Adige arasındakı 40 km məsafədə, Qarda gölünə paralel coğrafi baxımdan oxşar silsilələrlə xarakterizə olunur və cənubda Kaprino düzənliyi və Şimali Loppio vadisi ilə sərhədlənir. Baldo dağlarının maksimal hündürlüyü Cima Valdrittada 2218 metr yüksəklində və Qarda gölü sahilində isə minimal hündürlüyü 65 metr yüksəklikdədir. Dağın digər görkəmli zirvələrini Monte Altissimo di Nago (2079 m), Cima del Longino (2180 m), Cima delle Pozzette (2132 m) və Punta Telegrafo (2,200 m) təşkil edir.
Müqəddəs Pyotr baldaxini
Müqəddəs Pyotr baldaxini (it. Baldacchino di San Pietro) - Vatikandakı Müqəddəs Pyotr bazilikasının yüksək altarı üzərində yerləşən, baldaxin və ya kivori adlandırılan barokko stilində hazırlanmış böyük bürünc talvardır. Baldaxin, kafedralın keçid mərkəzi və qübbəsinin altında yerləşir. İtalyan sənətkarı Covanni Lorenso Bernini tərəfindən hazırlanmış baldaxin, kafedralın altında Müqəddəs Pyotrun məzarının yerini göstərmək məqsədi ilə sifariş edilmişdir. Talvarın altında bazilikanın yüksək altarı yerləşir. Papa VIII Urbanın sifarişi ilə hazırlanmış baldaxin üzərində işə 1623-cü ildə başlanılmış və 1634-cü ildə tamamlanmışdır. Baldaxin bazilikada vizual fokus funksiyasını yerinə yetirir; özlüyündə çox böyük bir struktur olan baldaxin bazilikanın nəhəng ölçüləri ilə insan ölçüsü arasında keçid təşkil edir. Baldaxin, ənənəvi olaraq mühüm kilsələrdə olan kivori və ya memarlıq pavilyonu funksiyasını yerinə yetirməklə barokko stilində hazırlanmışdır. Romadakı əksər böyük bazilikalar kimi, Köhnə Müqəddəs Pyotr bazilikası da kivoriyə malik idi və Berninin sələfi kimi Yeni Müqəddəs Pyotr bazilikasında çalşmış Karlo Maderno Berninidən on il əvvəl qıvrılan Süleyman sütunlarına malik baldaxin dizaynı hazırlamışdı.. Baldaxin dəfn katafalkının dizaynına istinad etməklə Müqəddəs Pyotra aidliyi göstərir, Müqəddəs günlərdə papaların başı üzərində ucaldılan və baldaxin adlandırılan ənənəvi parça kivori isə Roma papalarının Müqəddəs Pyotrun xələfi olmasına işarə edir.
Qədəhvari baldırıqara
Saqqalcıqlı baldırğan
Saqqalcıqlı baldırğan (lat. Heracleum barbatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sibir baldırğanı
Sibir baldırğanı (lat. Heracleum sibiricum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sosnovski baldırğanı
Hündürlüyü 1-1,5 m-ə qədər, gövdəsi dərin şırımlı, pərdəyəoxşar tükcüklərlə örtülmüş olan ikiillik və ya çoxillik hündür iri ot bitkisidir. Aşağı yarpaqları iridir, saplaq üzərində üçər bölünmüş seqmentlərlədir, nadir hallarda lələkvari bölünmüş 2 cüt seqmentlərin; yan seqmentləri yumurtaşəkillidir, kənarları qeyri-bərabərdir, 3-5 bölümlü yumurtavari iti dişli paylara kəsilmişdir, son seqmentləri dəyirmidir, 3 müstəqil yumurtavari bölümlü kəsilmiş dişli payları vardır; yuxarı yarpaqları qını genişləndiyinə görə kiçilmişdir. Yarpaqlar üst tərəfdən çılpaq, alt tərəfdən az yumşaq tükcüklərlə örtülmüşdür. Çətiri çoxşüalıdır, iridir. Sarğı yarpaqları və qın xətvari-sapşəkillidir, çətircikdən qısadır. Çiçəkləri ağ rənglidir, çətirdəki kənar çiçəklər böyümüşdür. Əksinəyumurtaşəkilli və yaxud ellipsvari olub, uzunluğu (7) 10–13 mm, eni 6–9 mm, arxa hissədə seyrək uzun tüklü, kənarları adətən qısa tikanabənzər tüklərlə örtülmüşdür. İyul-Avqust Avqust-Sentyabr BQ (Quba), BQ şərq. BQ qərb. Orta və yuxarı meşə zolaqlarında.
İriçiçək baldırğan
İriçiçək baldırğan (lat. Heracleum grandiflorum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sorbus baldaccii
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib. Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir. Torpağa az tələbkar, şaxtaya davamlıdır. Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
II Baldvin (Qüds kralı)
II Baldvin (fr. Baudouin II) və ya Burklu Baldvin (fr. Baudouin de Bourcq) (1060 və ya 1075 – 21 avqust 1131, Qüds, Qüds krallığı) — Edessa qrafı və Qüds kralı. Yaxın qohumları olan Bulonlu Qodfrey və qardaşı Bulonlu Baldvinlə birlikdə Birinci Səlib yürüşünə qatıldı. Səlibçilərin Qüdsdəki ilk kralı olan Bulonlu Qodfreyin ölümündən sonra 1100-cü ildə Qds kralı olan Bulonlu Baldvinin yerinə Edessa qrafı elan olundu. Burklu Baldvinin dönəmində qraflıq artıq bölgənin siyasi həyatında aktiv rol oynamağa başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemondla birlikdə əsir düşdü və bu dövrdə qraflıq knyazın qohumu Tankred tərəfindən idarə olundu. 4 illik əsarətin ardından azadlığa buraxılan Burklu Baldvin qraflığı əldə etmək üçün mübarizə aparmalı oldu. Bu mübarizədə bəzi yerli müsəlman əmirləriylə ittifaq quran Burklu Baldvin, bunun qarşılığında Fərat çayının şərq sahilindəki mühüm torpaqları Mosul əmirlərinə qaytarmalı oldu. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi.
I Baldvin (Qüds kralı)
I Baldvin (fr. Baudouin Ier) və ya Bulonlu Baldvin (fr. Baudouin de Boulogne) (1 yanvar 1058 – 2 aprel 1118[…]) — ilk Edessa qrafı və Qüds kralı. Bulon qrafı II Evstaxın oğludur. Böyük qardaşı olan Bulonlu Qodfreylə birlikdə Birinci Səlib yürüşünə qatıldı və qısa zamanda ən uğurlu komandirlərindən birinə çevrildi. 1098-ci ildə Bulonlu Baldvin Qüdsü və Antakyanı hədəf seçən əsas səlibçi qüvvələrindən ayrılaraq öncə Kilikiyaya, ardından Edessaya gəldi. Bölgənin Bizans imperatoruna tabe olan erməni əsilli hakimi Torosla yaxın münasibət quran Baldvin onun qızıyla evləndi və özünü onun yeganə varisi elan etdi. Edessalı Toros əslən erməni olsa da, Yunan Provaslov dininə mənsub idi və bu səbəblə, yerli ermənilər tərəfindən sevilmirdi. Bu da onun 1098-ci ilin martında ermənilər tərəfindən sui-qəsdlə öldürülməsinə səbəb oldu. Bu sui-qəsddə nə qədər rolu olduğu bilinməsə də, Bulonlu Baldvin hadisənin ardından dərhal hakimiyyəti ələ aldı və özünü müstəqil Edessa qrafı elan etdi.
Alexandro Balde
Alexandro Balde (18 oktyabr 2003, Barselona) — ispaniyalı futbolçu, sol cinah müdafiəçisi. İspaniya milli komandasının və Barselona FK-nın oyunçusu.
Baldomero Espartero
Baldomero Espartero (27 fevral 1793[…], Qranatula-de-Kalatrava[d], Kastiliya-La-Mança – 8 yanvar 1879[…], Loqrono[d]) — İspaniya hərbi və dövlət xadimi, general. 1808-ci ildən fransız işğalçılarına qarşı hərbi əməliyyatlarda iştirak etmiş, 1815–23-cü illərdə İspaniyanın Cənubi Amerika müstəmləkələrində üsyançılara qarşı ispan ordusunun tərkibində döyüşmüşdür. 1833–44-cü illərdə Birinci Karlist müharibәsi zamanı hökumət birləşmələrinə komandanlıq etmişdir. Siyasi mübarizədə proqressistlərin lideri kimi çıxış edirdi. 1840-cı ilin sentyabrında inqilabi xuntanın dəstəyi ilə hökumət başçısı olub, 1841-ci ilin mayında isə korteslər tərəfindən krallığın vahid regenti seçilib. 1843-cü ilin iyulunda Narvaesin rəhbərlik etdiyi üsyan nəticəsində devrilmiş və Böyük Britaniyada mühacir həyatı yaşamışdır.
Amerina balduiniana
Salix nigra (lat. Salix nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amerina nigra (Marshall) Raf.
Baldza
Baldza ( yun. Μπάλτζα) və ya Sivri Təpə — Yunanıstanda Qalikosun sol sahilində, Oreokastron və Salonikidən şimalda, Pikrolimni gölünün cənub-şərqində alçaq silsilələr. Ən yüksək zirvəsi Baldzadır, dəniz səviyyəsindən 561 m hündürlükdədir. == İstinadlar == == Xarici keçidlər == "εργασία: Νεοχωρούδα Θεσσαλονίκης". 2012-01-11 tarixində arxivləşdirilib. Το σύγχρονο Ωραιόκαστρο, Δρ.
Tommazo Baldantsi
Tommazo Baldanzi (it. Tommaso Baldanzi, 23 mart 2003, Podjibonsi[d], Toskana) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın Roma klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Poccibonsidə anadan olub Kastelfiorentinoda böyüyən Baldanzi ilk dəfə altı yaşında yerli yerli klubda futbol oynamağa başlayır. İki il sonra isə, Empoli klubunun gənclər sektoruna qoşulur. Burada "Empoli"nin müxtəlif aşağı yaş komandalarında oynayır və 2019-cu ildə klubun 16 yaşlılardan ibarət komandasıyla İtaliya çempionu olur. 28 oktyabr 2020-ci ildə yarımmüdafiəçi Beneventoya qarşı İtaliya kubokunda, "Empoli"nin 4–2 hesabı ilə qalib gəldiyi oyunda sonradan meydana çıxaraq "Empoli"də peşəkar debüt edir. Oyun zamanı Leonardo Mankusonun son qolunda qol ötürməsi ilə yadda qalır. Eyni mövsümdə o, "Empoli"nin 19 yaşadək futbolçulardan ibarət komandasına İtaliya Gənclər Liqasının qalibi olmağa kömək edir və liqanın ən yaxşı oyunçusu seçilir. Növbəti mövsümdə UEFA Gənclər Liqasında çıxış etdikdən sonra Baldanzi komanda yoldaşları Yakobo Fatsini və Duçço Deli İnnoçenti ilə birlikdə, rəsmi olaraq "Empoli"nin əsas komandasına yüksəlıir.
Trillium balduinianum
Trillium catesbaei (lat. Trillium catesbaei) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Baldadaş Əliyev
Əliyev Baldadaş Məhəmməd oğlu — həkim, Lənkəran səhiyyəsinin təşkilatçılarından biri, səmərələşdirici. 1936-cı ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. Lüvəsər kənd orta məktəbində ibtidai məktəbi bitirmiş, daha sonra Bakı şəhər 165, 194 saylı və Lənkəran şəhər 4 saylı rus məktəblərində təhsilini davam etdirmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin rus sektorunu bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında diş həkimi kimi başlamışdır. 1966-cı ildə ixtisasartırma kursu keçərək qulaq-boğaz-burun həkimi ixtisasına yiyələnmiş və həmin ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında "Qulaq-boğaz-burun" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İxtisasını təkmilləşdirmək məqsədilə dəfələrlə SSRİ-nin müxtəlif şəhərlərində — Bakı, Tbilisi və Kiyevdə ixtisasartırma kurslarında olmuşdur. 1972-ci ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında səhiyyə üzrə partiya təşkilat katibi, 1974–80-ci illərdə isə Lənkəran MRX-nın baş həkimi vəzifələrində çalışmışdır. Baş həkim vəzifəsində işləyərkən Lənkəranda yeni xəstəxana kompleksinin tikilməsinin təşəbbüskarı olmuş, qısa müddətdə müasir tipli xəstəxana, poliklinika, dispanser və s. tibb obyektlərinin tikilib istifadə verilməsinə nail olmuş, əyalət səhiyyəsini paytax səviyyəsinə qaldırmışdır.
Əliyev Baldadaş Məhəmməd oğlu
Əliyev Baldadaş Məhəmməd oğlu — həkim, Lənkəran səhiyyəsinin təşkilatçılarından biri, səmərələşdirici. 1936-cı ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. Lüvəsər kənd orta məktəbində ibtidai məktəbi bitirmiş, daha sonra Bakı şəhər 165, 194 saylı və Lənkəran şəhər 4 saylı rus məktəblərində təhsilini davam etdirmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin rus sektorunu bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında diş həkimi kimi başlamışdır. 1966-cı ildə ixtisasartırma kursu keçərək qulaq-boğaz-burun həkimi ixtisasına yiyələnmiş və həmin ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında "Qulaq-boğaz-burun" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İxtisasını təkmilləşdirmək məqsədilə dəfələrlə SSRİ-nin müxtəlif şəhərlərində — Bakı, Tbilisi və Kiyevdə ixtisasartırma kurslarında olmuşdur. 1972-ci ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında səhiyyə üzrə partiya təşkilat katibi, 1974–80-ci illərdə isə Lənkəran MRX-nın baş həkimi vəzifələrində çalışmışdır. Baş həkim vəzifəsində işləyərkən Lənkəranda yeni xəstəxana kompleksinin tikilməsinin təşəbbüskarı olmuş, qısa müddətdə müasir tipli xəstəxana, poliklinika, dispanser və s. tibb obyektlərinin tikilib istifadə verilməsinə nail olmuş, əyalət səhiyyəsini paytax səviyyəsinə qaldırmışdır.

Digər lüğətlərdə