batan

(günəş haqq.) couchant m

◊ get ay ~dan sonra gəl attendez-moi sous l’orme

batalyon
batareya
OBASTAN VİKİ
Batan adası
Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır. == Coğrafiyası == Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.
Batankənd yaşayış yeri
Batankənd yaşayış yeri — AR NMR Kəngərli rayonunun Xıncab kəndindən cənubda, düzənlik sahədə arxeoloji abidə. Yaşayış yerinin ərazisi ətraf yerlərə nisbətən bir qədər çökəkdədir. Yaşayış yerində dördkünc formalı evlərin qalıqlarına rast gəlinir. Bəzi evlərin bünövrəsi daşdan, divarları isə çiy kərpicdən hörülmüşdür. Uzunsov möhrə bloklardan tikilən divar qalıqlarına da rast gəlinir. Lakin tikintilər təbii eroziya nəticəsində dağıntıya məruz qalmışdır. Yaşayış yerinin ərazisində inşaat işlərinin aparılması onun daha da dağılmasına səbəb olmuşdur. Aşkar olunan tapıntıların əksəriyyəti Antik və Orta əsrlər dövrünə aiddir. Keramika nümunələri başlıca olaraq çəhrayı rəngdə yaxşı bişirilmiş, xaricdən cilalanmışdır. Keramika nümunələri içərisində Orta Tunc dövrünə aid bir neçə boyalı qab parçalarına da rastlanmışdır.
Batanta
Batanta (ind. Pulau Batanta) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Misool, Salavati və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 455,9 km²-dir. Ən yüksək nöqtəsi 1183 metr; sahil xəttinin uzunluğu 226,6 km-dir.