beş adamın biri

to be conspicuous / to draw attention / to be prominent / to be in the public eye / to stand in the limelight не последняя спица в колеснице (известный, заметный, пользующийся популярностью)
beret və mantiya
beş barmağı(m) kimi bilmək
OBASTAN VİKİ
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Artıq adamın gündəliyi
Artıq adamın gündəliyi (rus. «Дневник лишнего человека») — rus yazıçısı İvan Turgenevin 1850-ci ildə yazdığı novelladır. Cəmi 31 yaşı olsa da, naməlum xəstəlikdən dünyasını dəyişən və həyatında baş verən hadisələri danışarkən ömrünə sayılı günlər qalan Tçulkaturin adlı şəxs tərəfindən gündəlik şəklində birinci şəxs tərəfindən yazılmışdır. Hekayə rus ədəbi anlayışının arxetipinə çevrildi. İlk dəfə 1850-ci ildə " Oteçestvennıe Zapiski " də çap olunub. Turgenev hekayə üzərində işi 1850-ci ildə Parisdə tamamladı. "Gündəlik" və yazıçının yaradıcılığında “əlavə adam” mövzusuna başlayır. Müəllif bundan əvvəl də müraciət etmişdi, lakin əvvəlki əsərlər istehza və polemikaya bürünmüşdüsə, “Gündəlik”in əsasını daha obyektiv və dərin psixoloji təhlil təşkil edir. Yazıçı xüsusilə xarakterin hərtərəfli təsviri problemi ilə maraqlanır, Turgenevin psixologizmi burada yerləşir, amma romantik deyil, real əsasda. Müəllifin özü də “Gündəlik”i uğurlu əsər hesab edirdi.
Sarışın biri
Sarışın biri (ing. The blonde one) - bir-birinə qarşı çox güclü cinsi istək bəsləyən iki oğlanın həyatından bəhs edən 2019-cu il məhsulu Argentina filmi. Qızlarla yaxşı münasibəti olan Cuanın otaq yoldaşı evdən ayrılır. Buna görə də Cuan iş yoldaşı Qabrielə bir yerdə yaşamağı təklif edir. Sakit təbiətli Qabrielin arvadı öləndən sonra onunla birlikdə yaşamayan balaca qızı da var. Birlikdə yaşana Cuan və Qabrielin arasında qısa zamanda güclü hislər yaranır. Münasibətləri həssas baxış və toxunuşlardan nizamlı cinsi münasibətə çevrilir. Qabriel eşq macərasına hazırdır, ancaq Cuan buna Qabriel qədər həvəsli deyil. Buna görə də münasibətləri qarışıq hal alır.
Altmış beş
Altmış beş — say sistemində ədədlərdən biridir. Altmış dörddən sonra, altmış altıdən əvvəl gəlir. Altmış beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 5, 13 və 65 ədədlərinə qalıqsız bölünür. Quranda "İnsan" sözü 65 dəfə işlənir. Maraqlısı odur ki, insanın yaradılış mərhələlərini ifadə edən sözlərin də birlikdə cəmi 65 dəfə səslənir. İnsanın yaradılış mərhələlərini ifadə edən sözlər isə bunlardır: "torpaq" (17 dəfə), "Nütfə" (12 dəfə), "Embrion" (6 dəfə), "Bir Tikə Ət" ifadəsi (3 dəfə), "Sümük" (15 dəfə), "Ət" (12 dəfə).
Beş Aqal
Beş Aqal - İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Bakugöl Kari gölü Göyçə gölü == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Beş kurqan
Doxsan beş
Doxsan beş — say sistemində ədədlərdən biridir. Doxsan dörddən sonra, doxsan altıdən əvvəl gəlir. Doxsan beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On beş
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz beş
Otuz beş — say sistemində ədədlərdən biridir. Otuz dörddən sonra, otuz altıdan əvvəl gəlir. Otuz beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx beş
Qırx beş — say sistemində ədədlərdən biridir. Qırx dörddən sonra, qırx altıdan əvvəl gəlir. Qırx beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qızılı beş
Qızılı beş (ing. The Figure 5 in Gold) və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir. Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir. Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir. Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır. ABŞ Metropoliten muzeyinin katoloqunda rəsm əsəri.
Səksən beş
Səksən beş — say sistemində ədədlərdən biridir. Səksən dörddən sonra, səksən altıdən əvvəl gəlir. Səksən beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş beş
Yetmiş beş — say sistemində ədədlərdən biridir. Yetmiş dörddən sonra, yetmiş altıdan əvvəl gəlir. Yetmiş beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi beş
İyiirmi beş — say sistemində ədədlərdən biridir. İyiirmi dörddən sonra, İyiirmi altıdan əvvəl gəlir. İyirmi beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli beş
Əlli beş — say sistemində ədədlərdən biridir. Əlli dörddən sonra, əlli altıdan əvvəl gəlir. Əlli beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Beş barmaq
Beşbarmaq — barmaqlara taxılaraq əl içində sıxılaraq tətbiq edilən metal barmaqlıq şəklində alət; soyuq silah. Konstruksiyanın sadəliyinə baxmayaraq, olduqca təhlükəlidir: beşbarmaqla güclü zərbə endirərək ağır və ya ölümcül zədə yetirmək olar. Beşbarmağı metal və ya bərk plastmasdan hazırlanır. Zavod istehsalı ilə yanaşı kustar üsulu ilə də hazırlanır. Əldəqayrılma beşbarmaqlar sadələşdirilmiş konstruksiyaya malikdir. Beşbarmaq şəklində bıçaqlarda da mövcuddur (məsələn, Birinci dünya müharibəsi zamanı amerikan süngər bıçaqları (ing. knuckle knife).
Biri vardı, biri yoxdu... (film, 1967)
Biri vardı, biri yoxdu... qısametrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi ilə qarının niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Əsas rolları Sədayə Mustafayeva və Sadıq Həsənzadə ifa edirlər. == Məzmun == Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi (Sadıq Həsənzadə) ilə qarının (Sədayə Mustafayeva) niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. == Film haqqında == Film yazıçı Salam Qədirzadənin "Xəzan yarpaqları" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Gülünc adamın yuxusu (hekayə)
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir. Hekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır. Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi.
Afrikanın beş böyükləri
Afrikanın beş böyükləri — Afrika qitəsinə xas böyük heyvanların ən təhlükəliləri. Bu heyvanlar bir zamanlar çox qiymətli ovlar idi. İndi isə safarinin məqsədi onları tüfəng yerinə fotoaparatla tutmaq. Beş böyüklərdən kərgədan xaric heç birinin nəsili təhlükədə deyil (aslan və afrika fili savunmasızdır). Bu qrupdakı beş heyvan sırasıyla; Adi Afrika kəli (lat. Synceferus caffer) Bəbir (lat. Panthera pardus) Aslan (lat. Panthera leo) Afrika savanna fili (lat. Loxodonta africana) Qara kərgədan (lat. Diceros bicornis) 5-ci sırada bəzən suayqırı (lat.
Beş qardaş (abidə)
Beş qardaş – tarixi abidə və mineral su mənbəyi. İranın Şimali Xorasan əyalətinin Bocnurd bölgəsində yerləşir. Bu abidə istirahət və tarixi turizm mərkəzi kimi fəaliyyət göstərir və Əl işləri və Turizm Təşkilatı tərəfindən milli irs siyahısına salınmışdır. == Yeri == Beş qardaş abidəsi Bocnurd-İsfərayen yolu üzərində, Bocnurddan 7 km məsafədə yerləşir. Abidə Qeri Canlu, Mehnan və Əsədli kəndlərinə yaxındır. == Tarixi == Abidənin adının kökü Xorasan Türklərinin mifologiyası ilə bağlıdır. Əfsanəyə görə zülmkar hökmdara qarşı üsyan edən 5 qardaş abidənin yerləşdiyi dağa sığınmış və sonradan yoxa çıxmışdır. Bndan sonra isə, bu yerdən 5 bulaq peydə olmuşdur. Qacarlar dövründə Nəsrəddin şah buranı ziyarət etmiş və Yar Məhəmməd xan Şadlıya əmr etmişdir ki, bulaqların üstündə abidə tiksin. Bundan sonra abidənin yanında tac formasında hovuz da tikilmişdir.
Beş yaxşı imperator
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Milanın beş günü
Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi. 17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı. Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Beş dəqiqəlik konsert
Beş dəqiqəlik konsert qısametrajlı sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. Xüsusi buraxılışdır. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək. Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir. Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur.