Vüqar Biləcəri
Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; 24 avqust 1988, Bakı – 29 avqust 2020, Bakı) — Azərbaycan meyxanaçısı.
Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. Atası yük maşını sürücüsü olub. Uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü bir yaş kiçildib. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi.
Sağlığında xeyli qəzəl və şeir müəllifi olan Vuqarın kitabları o, dünyasını dəyişdikdən sonra dostları və yaxınları tərəfindən işıq üzü görmüşdür.
"Qərib Xəyal"
"XIV əsr sonra"
Bir bacısı, bir qardaşı olub.
2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra öldü. Hökməli qəbiristanlığında dəfn edilib.