bilərzik
bilxassə
OBASTAN VİKİ
Azərbaycan Yurd Bilgisi (jurnal)
Azərbaycan Yurd Bilgisi (türk. Azerbaycan Yurt Bilgisi) Türkiyə Respublikasında qurulmuş olan jurnal. İlk sayı 1932-ci ilin yanvarında işıq üzü görən “Azərbaycan Yurd Bilgisi”nin məqsədi bu ilk nömrədə vurğulanır. "Bir neçə söz" başlıqlı bu bölmədə bildirilir ki, jurnalın məqsədi təkcə Azərbaycanı yaxından tanıyanlarla araşdırma qrupu yaratmaq və mədəniyyətşünaslıq aparmaq deyil, həm də onu həmvətənlərinə, dostlarına tanıtmaqdır. Bunun da kifayət etməyəcəyi, ortaq türk mədəniyyətinin öyrənilməmiş tərəflərini işıqlandırmaq məqsədinin güdüldüyü də əlavə edilir. "Azərbaycan Yurd Bilgisi" jurnalının Mühacirət mətbuatı tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasında olmuşdur. == Tarixi == İlk nömrəsi 1932-ci ilin yanvarında çıxan jurnalın bütün nömrələri İstanbuldakı Bürhanəddin mətbəəsində çap olunurdu. Son çıxan nömrələr 35-36-cı nömrələrdir. Anlaşıldığı kimi, 1932-ci ilin ilk ayında nəşrə başlayan jurnal 1934-cü ilin noyabr-dekabr aylarında nəşrini dayandırdı. Üç il ərzində 12 sayı çıxan jurnalın ümumi səhifəsi 1344 (I cild üçün 456 səhifə, II cild üçün 472 səhifə, III cild üçün 416 səhifə) təşkil edirdi.
Bilgin Özçalkan
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Bilgisayar
Kompüter (əvvəlki yazılışı: kompyuter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Haluk Bilginer
Nihat Haluk Bilginer (5 iyun 1954, İzmir), Türk aktyor ve teatr direktoru.
Həyat bilgisi
Həyat bilgisi – Azərbaycan Respublikasının təhsil sistemində ibtidai (I-IV) və ümumi orta təhsil (V-IX) pillərində tədris olunan inteqrativ fənn. Həyat bilgisi – şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir. == Tarixi == Fənn ibtidai təhsil pilləsində 2004/2005-ci tədris ilindən başlayaraq tətbiq olunmağa başlanmışdır. İlk "Həyat bilgisi" fənn proqramları, dərs vəsaitləri və dərslikləri 2004-2007-ci illərdə nəşr olunmuşdur. Elə həmin illərdə dərsliklər ölkənin digər təlim dillərinə – rus və gürcü dillərinə də tərcümə olunmuşdur. == Məqsəd və vəzifələri == 2008/2009-cu tədris ilindən başlayaraq ölkədə tətbiq olunan yeni Milli Kurikuluma uyğun olaraq "Həyat bilgisi" fənninin tədrisinə I-II siniflərdə həftədə 1 saat, V-IX siniflərdə 1 saat vaxt ayrılır. Başqa fənlərdən fərqli olaraq bu fənni konkret bir elmin əsaslarını öyrətmir, ümumtəhsil məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Bu cür geniş əhatə dairəsinə malik olan fənn şagirdlərin həyati əhəmiyyət kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin həyata keçirilməsinə istiqamətləndirir, milli və bəşəri dəyərlərə yiyələnmələrinə, şəxsiyyət kimi formalaşmalarına kömək edir. Fənnin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, onları arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu var. Müəyyən olunmuş məzmun xəttinin (təbiət və biz, fərd və cəmiyyət, mənəviyyat, sağlamlıq və təhlükəsizlik) köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları canlı və cansız aləmin vahid, bütöv və bölünməz obrazı yaradılır.
Esra Bilgiç
Esra Bilgiç (14 oktyabr 1992, Ankara)- Türk aktrisa və modeldir. == Həyatı == Esra Bilgiç 2014-cü ildən birlikdə olduğu türkiyəli futbolçu Gökhan Töre ilə 21 oktyabr 2017-ci ildə ailə həyatı qurub. 17 iyun 2019-cu ildə cütlük tək seansda boşandı. Bilgiç Bilkent Universitetində təhsil alıb. Hazırda Marmara Universitetinin Hüquq fakültəsində təhsil alır. Onun bir qardaşı var. == Kariyerası == === 2014-2018: Diriliş Ertuğrul === 2014-2019-cu illər arasında TRT 1-də 5 mövsüm yayımlanan Diriliş Ertuğrul adlı serialla aktyorluq karyerasına qədəm qoyan Bilgiç, Engin Altan Düzyatan və Hülya Darcan kimi adlarla serialda baş rol alıb. 4 mövsümdür serialda Halime Hatun obrazını canlandıran aktrisa dünyanın bir çox ölkəsindən pərəstişkar kütləsi qazanıb və "Sosial Farkındalık" Mükafatları: Ən Yaxşı Qadın Televiziya Serialı Aktyoru və Anadolu Media Mükafatları: İlin Televiziya Serialı Aktrisası mükafatını alıb. === 2018-2021-2022: Bir Umut Yeter, Ramo ve Kanunsuz Topraklar === Diriliş Ertuğrul serialından sonra erkən finala çıxan Bir Umut Yeter serialında 6 bölümdə Derya Akar rolunu canlandırıb. O, bir illik fasilədən sonra ekranlara qayıdıb və 2020-2021-ci illər arasında Show TV-də yayımlanan Ramo serialında baş rolda Sibel Kaya obrazını canlandırıb.

Digər lüğətlərdə

дефибрилля́ция куде́лька опломбиро́вывание переда́ть подчеркну́ть пропадать холо́пство ча́вкающий шевеле́ние горовосходи́тельница простова́тость сейсмоме́трия боронь гривна маштак тарара cosmonautic inkshed Knoxville leap year shoplifting Zenonic брусника задёргаться освобождение