BİRƏ-ÜÇ

нареч. садаз-пуд, пуд къат артух, гьар са гьисабдиз къарши пуд.
BİRƏ-İKİ
BİRƏ-YÜZ
OBASTAN VİKİ
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
On üç
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. == Ümumi məlumat == Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
Otuz üç
Otuz üç — say sistemində ədədlərdən biridir. Otuz ikidən sonra, otuz dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz üç ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx üç
Qırx üç — say sistemində ədədlərdən biridir. Qırx ikidən sonra, qırx dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən üç
Səksən üç — say sistemində ədədlərdən biridir. Səksən ikidən sonra, Səksən dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş üç
Yetmiş üç — say sistemində ədədlərdən biridir. Yetmiş ikidən sonra, yetmiş dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Üç Bela
Üç Bela — 1998-ci il Ozan Arifin Destanlar Konuşuyor albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Ozan Arifə aiddir. Mahnı ABŞ, Rusiya və Çinin işğalçı siyasətini tənqid edir.
Üç F
Üç F — (port. "Três F" (Futebol, Fado e Fátima) "Futbol, Fado və Fatima" mənalarını bildirən ifadə, sosial fenomen. Portuqaliyada "Yeni Dövlət" (Estado Novo) avtoriatar rejimi dövründə, xüsusiylə 1951-ci ildən etibarən prezident Antoniu di Oliveyra Salazar dövrünü nəzərədə tutan bu ifadə, ölkədə sabitliyi saxlamaq üçün dövlətin istifadə etdiyi vasitə kimi nəzərdə tutulur. Futbol — Böyük böhran sonrası Latın Amerika və bir sıra Avropa ölkələrində ortaya çıxan ideoloji-siyasi hərəkatlardan geniş kütlələri yayındırmaq üçün dövlət əhalini futbola cəlb etməyə çalışırdı. Belə ölkələrdə iki klub arasındakı rəqabət daim önplanda saxlanılır, əhalinin, xüsusiylə də gənclərin mühabisə, müzakirə mövzusuna çevrilirdi. Portuqaliyada Sporting və Benfika klubları arasındakı rəqabəto dövrdən bəri davam etməkdədir. Fado — Portuqal gitarası müşayətində bir nəfər tərəfindən ifadə edilən, mövzusu hüzunlu olan tipik portuqal xalq musiqisi. Fatima — Portuqaliyanın mərkəzində yerləşərən Fatima adlı tarixi qəsəbədə, 1917-ci ildə 3 uşağın Bakirə Məryəmi görmələri barədə iddiaları, və bu dövrdə baş verən bəzi təbiət hadisələrinin xalq arasında ajiotaj yaradır. Daha sonrakı illərdə Vatikan bu hadisəni möcüzə kimi qəbul edir və Fatima kəndində baş verənləri ilahi mesaj və müqəddəs hesab etdiyini elan edir. Bu konteksdə "Fatima" sözü dinə, dini fanatizmə işarə edir.
Üç Paşa
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Üç alov
Üç alov (rus. Три огня) — Azərbaycan rok qrupu. == Tarixi == 1967-ci ildə ADNA-nın tərkibində Çingiz Ədibin rəhbərliyi ilə yaradılıb. Qrup üzvləri "Beatles" qrupu tərzində bir qrup yaratmaq istəyirdilər. Lakin həmin dövrdə onların musiqi texnikası olmadığı üçün həmin qrupu təqlid etmək asan deyildi. Qrupa məşqlər üçün verilən yerin isə təmirə ehtiyacı var idi. Onlar çətinliklə olsa da, oranı təmir etdirdilər və demək olar ki, yenidən qurdular. Qrup Bakının üç alov simvolu ilə əlaqəli olaraq "Üç alov" ("Tri oqnya") adlandırıldı. Qrupun üzvləri Çingiz Ədib (solo gitara, vokal), Rüfət Kərimov (bass gitara), Pərviz Bayramov (orqanola), Pərviz Ədib (zərb alətləri) idi. Çingiz Ədib qrupun yeni fəaliyyət vaxtlarını belə xatırlayır: "Ansamblımızı təşkil edəndən sonra biz sakitcə işləməyə başladıq.
Üç bacı
3 bacı (film, 2012-2014) — teleserial. Üç bacı adından göründüyü kimi üç bacıdan bəhs edir. Üç bacı (pyes) — rus yazıçı Anton Çexovun pyesi. Üç bacı – Azərbaycanın milli mətbəxinə aid olan Badımcan dolmasının ikinci adı.
Üç dükan
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Üç musiqiçi
Üç musiqiçi (isp. Tres músicos) — Dieqo Velaskes tərəfindən çəkilmiş yağlı boya rəssamı. Dərinlik hifzi yaratmaq üçün işıqkölgə adlı barokkonun texniki işənilib.
Üç muşketyor
Üç muşketyor(fr. Les Trois Mousquetaires)— Aleksandr Düma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış roman. Bu romanda XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və Qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edilir. Dartanyan başlıqda göstərilən üç muşketyordan biri deyil, muşketyorlar onun dostları olan, hamı bir nəfər üçün, bir nəfər hamı üçün ("tous pour un, un pour tous") şüarı ilə yaşayan ayrılmaz dostlar Atos, Portos və Aramisdir. Dartanyanın hekayəsi İyirmi il sonra və Vikont de Brajelon:On il sonra romanlarında davam edir. Düma tərəfindən yazılmış bu üç roman birlikdə Dartanyanın romansları kimi tanınır. Üç muşketyor ilk dəfə 1844-cü ilin mart iyul ayları arasında Fransanın Əsr (fr. Le Siècle) qəzetində ardıcıl formada nəşr olunub. Aleksandr Düma Üç muşketyoru yazdığı vaxtlarda qılıncoynatma ilə məşğul olub və Cozef Çarlemont (fransız ordusunda ixtisaslı qılıncoynatma təlimçisi olub) Çarlz Lekour və Mişel Casseuxun Savate və Kan de Kombat dərslərində iştirak edib. == Məzmun == Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur.
Üç oxlar
Üç pəncə
Üç pəncə — iki hissəli yallı rəqsi. Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında "üç pəncə" yallısını qurur. "Üç pəncə" rəqsinə sonralar "Axsaq yallı" adını da vermişlər. Bəzi bölgələrdə yallı "Çolağı" adı ilə də tanınır. Bu yallı həm Naxçıvanda (Şərur rayonu və ətraf kəndlər), həm də İrəvan bölgəsində maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs sakit və yeyin hissələrdən ibarətdir.
Üç tenor
Üç tenor — ispan opera müğənniləri Plaçido Dominqo, Xose Karreras və italyan opera müğənnisi Luçano Pavarottinin birlikdə tarixi çıxışlarına verilən ad.
Üç Üqnum
Üç üqnum (ərəb. أقنوم‎; üqnum, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər. Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir. Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir.
İyirmi üç
İyirmi üç — say sistemində ədədlərdən biri. İyirmi ikidən sonra, İyirmi dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi üç ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli üç
Əlli üç — say sistemində ədədlərdən biri. Əlli ikidən sonra, əlli dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Üç-Ovlaq
Üç-Ovlaq (qum. Уьч-Авлакъ, rus. Уч-Авлак), indiki rusca rəsmi adı Первомайское (Bir may kəndi) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Qayakənd rayonunda yerləşən bir kənd. == Tarixi == Üç-Ovlaq kumıklar ovlağı kimi yaranmış yaşayış məntəqəsidir. 1928-1929 illərdə SSRİ hökuməti bu ovlağa darginləri köçürtdü, 1930 ildə isə özbaşına 10 böyük rus ailəsi də bura yaşamağa köçdülər. 1957-ci ildə çeçenləri bu kəndə köçürdərək kommunist bayramı olan 1 may şərəfinə Первомаское adını qoydular.
Üç Kuruş
Üç kuruş, rejissoru Sinan Öztürk olan, ssenari müəllifi Damla Serim və Eset Akçilad olan, ilk bölümü 1 noyabr 2021-ci ildə yayımlanan, Ay Yapım imzası ilə çəkilmiş, aksiyon, dram və detektiv janrında Türkiyə istehsalı olan televiziya serialıdır. Baş rolları Uraz Kaygılaroğlu, Ekin Koç və Necip Memili paylaşır. == Mövzusu == Çaka ailəsinin böyük oğlu Qartalın idarə etdiyi Çınqıraklı məhəlləsində İrfan adlı serial qatil tərəfindən bir-birinin ardınca qətllər törədilir. Qartal qatili tapmaq üçün Mütəşəkkil Şöbə Müvəkkili Efe ilə əməkdaşlıq edir və onlar qatili tutmağa çalışırlar. == Çəkilişlər == Serial İstanbul'un Fatih səmtinin Balat səmtində və Sarıyer mahalının Çayırbaşı səmtində çəkildiyi halda, bəzi səhnələr Beykozdakı köhnə ayaqqabı fabrikində cərəyan edir. == Aktyorlar və personajlar == Qartal Çaka (Uraz Kaygılaroğlu): Çıngıraklı məhəlləsinin lideridir. Efe Tekin (Ekin Koç): O, Mütəşəkkil Büronun üsyankar, idealist komissarıdır. Bahar Yöndel (Nəsrin Cavadzade): Nezih'in qızıdır. Leyla Çaka (Aslıhan Malbora): Qartal'ın bacısıdır. Oqtay Çaka (Civan Canova): Qartal'ın atasıdır.

Digər lüğətlərdə