biz və bizim taylarımız

we / our kind (sort) / the likes of us наш брат наша братия (мы и нам подобные)
biz sizi yaxşı tanıyırıq
bizdən arxayın ol
OBASTAN VİKİ
Biz və bizim dağlar
Biz və bizim dağlar (erm. Մենք ենք մեր սարերը, Menk enk, mer sarerı, hərf. Biz dağlarımızıq), həmçinin Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) və ya Qarabağlılar (erm. Ղարաբաղցիներ, Ğarabaghtsiner) — Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə. Abidə ermənilər arasında Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) kimi də tanınır. Heykəl Dağlıq Qarabağın erməni icmasının, hətta bütövlükdə erməni kimliyinin simvolu kimi qəbul edilir. Abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi. Heykəltəraşı Sarqis Bağdasaryan, memarı Səfi Qarayevdir. == Tarixi == "Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmışdır.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
Sənin, mənim və bizim
"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir. Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər.
Biz (roman)
Biz (rus. Мы) — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. == Məzmun == Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 "İnteqral"-ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur. "İnteqral" zəbt olunaraq öz qanunlarına tabe edilməmiş digər dünyaları ələ keçirmək üçün hazırlanan kosmik gəmidir. Romanda həmçinin, "Havadar" obrazı böyük maraq doğurur.
Biz qayıdacağıq
Biz qayıdacağıq — Rejissor Elxan Qasımov tərəfindən 2007-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 16 dekabr 2007-ci ildə Azərbaycan Televiziyasında yenicə ekranlara çıxmış "Biz qayıdacağıq" filmindən bəhs edən rejissoru Sənan Sultanov, ssenari müəllifi Sevda Ağazadə, operatoru Hüseynəli Bayramov olan 26 dəqiqəlik veriliş yayımlanıb. Verilişdə "Azərbaycanfilm" kinostudiyasında filmin ilk baxışının keçirilməsi əks etdirilir. == Məzmun == Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz. Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb. Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur.
Və sonra biz rəqs etdik
"Sonra biz rəqs etdik" (gürc. და ჩვენ ვიცეკვეთ) — 2019-cu ildə Levan Akinin rejissorluğu ilə çəkilmiş İsveç-Gürcüstan ortaq istehsalı olan dram filmidir. Filmdə əsas rolları Levan Gelbakiani, Baçi Valişvili və Ana Cavaxişvili canlandırmışlar. Film, Gürcüstan Milli Rəqslər Ansamblının solistləri olan Merab və İrakli arasındakı rəqib münasibətlərinin romantik sevgi hisslərinə çevrilməsindən bəhs edir. Filmin premyerası 2019-cu ildə Kann kinofestivalı çərçivəsində keçirilən Rejissor ikihəftəliyində baş tutmuşdur. İsveçdə filmin premyerası 13 sentyabr 2019-cu ildə, Gürcüstanda isə həmin ilin 9 noyabrında həyata keçirilmişdir. Gürcüstanda filmin premyerası homofobik qüvvələrin nümayişləri və asayişi pozmaq cəhdləri ilə müşayət olunmuşdur. Film 92-ci Oskar mükafatlarında "Ən yaxşı xarici film" nominasiyasında İsveçi təmsil etmək üçün seçilmişdir. Merab (Levan Gelbakiani) partnyoru Mari (Ana Cavaxişvili) ilə birlikdə Gürcüstan Milli Rəqslər Ansamblında çalışır. İraklinin (Baçi Valişvili) ansambl heyətinə qoşulmasından sonra onlar arasında güclü rəqabət yaranır və sonradan bu rəqabət romantik sevgi hisslərinə çevrilir.
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.
Bizim era
Bizim era və ya b. e. — Yulian və Qriqorian təqvimi ilə 1-ci ildən indiki dövrə qədər olan zaman. 1-ci ildə qurtaran dövr bizim eraya qədər olan dövr adlanır. == İstinadlar == == Ədəbiyyat == Аноприенко А.Я. Археомоделирование: Модели и инструменты докомпьютерной эпохи. Донецк, УНИТЕХ, 2007, s. 202.
Bizim yol
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2003-cü ildə Məhəmməd Ərsoy təsis edib, 2005-ci ilə qədər baş redaktor olub. Parlament seçkilərindn sonra 2005-ci ilin noyabrında Məhəmməd Ərsoy Bahəddin Həziyei baş redaktor təyin edir. Yalnız 2007-ci ildə təsisciliyi Bahəddin Həziyevə notarial qaydada ötürür... Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. == Əlaqə == tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] == Xarici keçidlər == www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo == İstinadlar == == Mənbə == "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Biz adi ayılarıq
Biz adi ayılarıq (ing. We Bare Bears) — Cartoon Network Telekanalında yayımlanan ABŞ cizgi serialıdır. Cizgi serialın müəllifi Deniyl Çonqdur. Cizgi serialda üç qardaş ayı — Qrizli, Panda və Ağ haqqında bəhs edilir. Onlar cəmiyyətə qoşularaq dost qazanmağa çalışırlar. Cizgi serial "The Three Bare Bears" adlanan komiks əsasında yaradılmışdır. Premyera 27 iyul 2015-ci il tarixində baş tutmuşdur. 2015-ci ilin avqust ayında Cartoon Network cizgi serialın 2-ci mövsümünün istehsal edilməsinə icazə verdi. Bu serial Cartoon Networkda yayımlanan, komiks, əsasında, hazırlanmış, ilk, serialdır. == Məzmun == Üç qardaş olan ayılar Qrizli(Grizz), Panda(Pan-Man) və Ağ (Ice Bear) insanlar arasında məşhurlaşmaq istəyirlər.
Sənin, mənim və bizim (film, 2005)
"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir. Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər.
Bizim Azərbaycan (blok)
Bizim Azərbaycan bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. == Haqqında == Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub. Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14 %-lə II yeri tutmuşdur. Lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15–16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur. 19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.
Bizim Milis (1967)
Bizim milis filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film ictimai asayişin keşiyində durmuş milis işçilərindən söhbət açır. == Məzmun == Kinolent ictimai asayişin keşiyində durmuş milis işçilərinin çətin, lakin şərəfli işlərindən söhbət açır.
Bizim Opera (1960)
Bizim opera qısametrajlı sənədli televiziya filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1960-cı ildə çəkilmişdir. Bakı Telestudiyasında istehsal edilmişdir. Film M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 50 illiyinə həsr olunmuşdur. == Məzmun == Film M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 50 illiyinə həsr olunmuşdur.
Bizim Qadınlar (1965)
Bizim qadınlar — rejissor Nazim Yüzbaşovun 1965-ci ildə çəkdiyi film. == Məzmun == Film Azərbaycanın tanınmış qadınlarına həsr olunmuşdur. Kinolent dörd novelladan ibarətdir: Texnika elmləri doktoru İzzət Oruczadə, rəssam Maral Rəhmanzadə, rəssamın əsərinin qəhrəmanlarından biri, kolxozçu Sürəyya Kərimova və kar oğluna tanınmış heykəltaraş olmaqda kömək edən ana Ceyran Mirqasımova.
Bizim Qayğılarımız (1979)
Bizim qayğılarımız qısametrajlı sənədli filmi rejissor Teyyub Axundov tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Şamaxı rayon partiya komitəsinin I katibi F. Mustafayevin gündəlik fəaliyyətindən və rayon zəhmətkeşlərinin fədakar əməyindən danışılır. == Məzmun == Filmdə Şamaxı rayon partiya komitəsinin I katibi F. Mustafayevin gündəlik fəaliyyətindən və rayon zəhmətkeşlərinin fədakar əməyindən danışılır.
Bizim Sərhədçilər (1971)
Bizim sərhədçilər qısametrajlı sənədli televiziya filmi rejissor Gavə Həsənov tərəfindən 1971-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film sərhəd zastavalarından birinin həyatı haqqındadır. == Məzmun == Film sərhəd zastavalarından birinin həyatı haqqındadır.
Bizim Universitet (1969)
Bizim universitet qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə həsr olunmuşdur. == Məzmun == Film S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə, onun tarixinə və müasir həyatına həsr olunmuşdur.
Bizim Yol (qəzet)
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2003-cü ildə Məhəmməd Ərsoy təsis edib, 2005-ci ilə qədər baş redaktor olub. Parlament seçkilərindn sonra 2005-ci ilin noyabrında Məhəmməd Ərsoy Bahəddin Həziyei baş redaktor təyin edir. Yalnız 2007-ci ildə təsisciliyi Bahəddin Həziyevə notarial qaydada ötürür... Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. == Əlaqə == tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] == Xarici keçidlər == www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo == İstinadlar == == Mənbə == "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Bizim inqilabımız (Trotski)
"Bizim inqilabımız" (rus. Наша революция) — Lev Trotskinin 1906-cı ildə N. Trotski təxəllüsü altında yazdığı kitab. Kitab 1904—1906-cı illər ərzində yazılan məqalələr toplusundan ibarətdir. Məqalələr içərisində ən mühüm və məşhuru axırıncı olan "Yekunlar və perspektivlər" oldu. O, XX əsrin əvvəlində inqilabçıların mühitində böyük əks-səda doğurmuşdur; məqalədə iddia edilir ki, Rusiya İmperiyası kapitalizmin "ikinci eşelon"unun geridə qalmış ölkəsidir və nəticə olaraq dövlət və hökmdardan hərtərəfli asılı olan Rusiya burjuaziyası "zəif" adlandırılmışdır. Kitabda Trotski "permanent inqilab" konsepsiyası və A. Parvus, K. Kautski və P. Milyukovun əsərlərinə əsaslanan "qeyri-bərabər və qarışıq inkişaf qanunu" anlayışının formalaşmasını başa çatdırdı; Trotskinin təsəvvürlərinə görə, Rusiya İmperiyasının iqtisadiyyatını sənaye-ticarət təbəqəsi deyil məhz proletariat iflic edə bilər və onun payına gələcək inqilabda mühüm rol oynamaq nəsib olub. Trotskinin planlarına görə, bu inqilab milli zəminində başlamalı, internasional çərçivəsində inkişaf etməli və ümümdünya səviyyəsində bitməlidir. Beləliklə, Rusiya dövlətinə Rusiya və Avropanı birləşdirə biləcək inqilabi yüksəlişinin "detonator"u rolu düşürdü. O illərdə Leninin siyasi mövqesindən bir az daha solcu olan və sonrakı tənqidçilərin xeyli təhrif etdiyi Trotskinin baxışları 1920—1930-cu illərdə Sovet Rusiyasında Trotskinin leninizmə qarşı olan əsas "cəfəngiyatı" hesab edilməyə başlandı. Kitab və sonuncu məqalə bir çox dillərə tərcümə edilmişdir və dəfələrlə nəşr edilirdi; 1922-ci ildə SSRİ-də "Bizim inqilabımız"ın fraqmentlərinin olduğu Trotskinin "1905" kitabı nəşr olunmuşdur.
Bizim Əsr (qəzet)
Bizim Əsr — İctimai-siyasi qəzet. 1999-cu il may ayının 5-də yaradılıb. Təsisçisi Media Holdinq şirkəti idi. == Haqqında == “Bizim əsr” qəzeti Media Holdinq şirkətinin təsis etdiyi həftəlik ictimai-siyasi qəzet idi. 1999-cu il may ayının 5-də yaradılmışdı. Media Holdinq şirkəti həm də “Lider” TV-nin təsisçisi idi. “Bizim əsr” qəzeti burada çalışan bəzi jurnalistlər üçün “Lider” TV-yə keçmək üçün bir tramplin rolunu oynadı.
Bizim Əsr qəzeti
Bizim Əsr — İctimai-siyasi qəzet. 1999-cu il may ayının 5-də yaradılıb. Təsisçisi Media Holdinq şirkəti idi. == Haqqında == “Bizim əsr” qəzeti Media Holdinq şirkətinin təsis etdiyi həftəlik ictimai-siyasi qəzet idi. 1999-cu il may ayının 5-də yaradılmışdı. Media Holdinq şirkəti həm də “Lider” TV-nin təsisçisi idi. “Bizim əsr” qəzeti burada çalışan bəzi jurnalistlər üçün “Lider” TV-yə keçmək üçün bir tramplin rolunu oynadı.
Bizim Cəbiş müəllim
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
Bizim Azərbaycan (film)
Bizim Azərbaycan tametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1959-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikasının xalq təsərrüfatı və mədəniyyətin bütün sahələrində əldə etdiyi nailiyyətlərdən bəhs edir. == Məzmun == Film Azərbaycan Respublikasının xalq təsərrüfatı və mədəniyyətin bütün sahələrində əldə etdiyi nailiyyətlərdən bəhs edir. Kinolentdə neft sənayesinin inkişafından, əməyin qabaqcıl üsullarından, ixtiraçıların və yenilikçilərin fəaliyyətindən bəhs edilir. Filmdə məşhur neftçi Gülbala Əliyev, tanınmış rəssam Mikayıl Abdullayev, Mingəçevir SES-in mühəndisi Sərvan Salmanov və başqaları haqqında söhbət gedir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Bizim sirlərimiz (film)
Bizim sirlərimiz və ya Hörmətlə (ing. Faithfully Yours) — rejissor Andre van Duren tərəfindən çəkilmiş 2022-ci il istehsalı olan Hollandiya triller filmidir. Film 100.000 bilet satdıqdan sonra Qızıl Film mükafatına layiq görülmüşdür. Filmdə baş rolları Braxa van Dozburq və Elis Şap ifa etmişdir. == Süjet xətti == Bir-birindən alib kimi istifadə edən iki rəfiqə qadın gizli işlərlə məşğul olmaq üçün qaçırlar — lakin onlardan biri itəndən sonra onların mürəkkəb yalan şəbəkələri üzə çıxır. == Rollarda == == Çəkilişlər == Filmin əsas çəkilişləri 2022-ci ilin aprel ayından etibarən başlamışdır. == Nümayiş == Film 22 dekabr 2022-ci ildə Hollandiya kinoteatrlarında, 17 may 2023-cü ildə isə Netflix platformasında nümayiş olunmuşdur. == Qəbulu == === Kassa gəliri === Bizim sirlərimiz filmi Hollandiyada 1,8 milyon dollar gəlir əldə etmişdir.