Köməkçi enerji blokları
Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir.
Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər:
Elektrik
Təyyarənin motorunu işə salmaq üçün lazım olan ilk elektrik enerjisini təmin etmək.
Uçuş zamanı təyyarəyə elektrik enerjisi verən mühərriklərə qoşulmuş elektrik generatorlarının sıradan çıxması halında təyyarə üçün tələb olunan maksimum elektrik enerjisinin verilməsi.
Hava
Reaktiv mühərriklərin işləməsi, daha doğrusu ilk hərəkəti əldə etməsi üçün sıxılmış hava axınına ehtiyacı vardır. Köməkçi Enerji Blokları bu sıxılmış havanı yaradır və təyyarə mühərrikinin işləməsini təmin edirlər. Köməkçi Enerji Blokları olmadığı və ya qüsurlu olduğu hallarda, reaktiv mühərriki işə salmaq üçün mütləq lazımi sıxılmış havanı təmin edəcək başqa bir vasitə əldə edilir və mühərrik bu vasitə ilə işə salınır.
Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır.