bonapartizm

is. tar. bonapartise m

bonapartist
Bonn
OBASTAN VİKİ
Bonapartizm
Bonapartizm yaxud napoleonizm – Fransada parlament demokratiyasını rədd edən, güclü icraedici hakimiyyətin, mühüm dövlət işlərində kütlələrə müraciət etmənin (plebissit keçirilməsi vasitəsilə) tərəfdarı olan avtoritar rejimləri və siyasi cərəyanı bildirmək üçün işlədilən termin. == Ümumi məlumat == Sinfi mübarizənin kəskinləşdiyi vaxtda, əksinqilabi iri burjua dikaturasının bir növü. Sözdə siniflərdən və partiyalardan üstün olduğunu göstərməyə çalışaraq, bu diktatura işdə, hərbiyə, polis - bürokratiya aparatına və kilsəyə arxalanaraq istismarçıların marağını ifadə edir. XVII-ci əsrin sonunda, Fransada, Napoleon Bonapartın diktaturası vaxtı yaranıb. Bonapartizm üçün əksinqilabi siyasət, islahatların keçirilməsi vədləri və kütlələrin aldadılması səciyəvidir. Bütün bunlar xarici siyasətdə aqressiya, daxili işlərdə isə demokratiyanın üzərinə yerimək siyasətinin kombinasiyasını təşkil edir. == Tarixi == İlk bonapartçı rejim 1799-cu ildə I Napoleon Bonapartın həyata keçirdiyi dövlət çevrilişi nəticəsində bərqərar olmuşdur; ikinci rejim İkinci imperiya (1852–70) dövründə Lui Napoleon (III Napoleon) tərəfindən qurulmuşdur. III Napoleonun hakimiyyəti illərində Bonapartizm “tamamlanmış” forma almışdır. Fransızların “milli birliyi”nin bərpası və “qayda-qanun”a qayıdış şüarları altında formalaşan bonapartçı rejimlər 1789-cu və 1848-ci illərdə baş vermiş inqilabların doğurduğu sosial təlatümlər dövrünə son qoymuşdur. Bonapartizm kəskin sosial ziddiyyətlərin aradan qaldırılmasına, “köhnə qayda-qanunun” müəyyən elementlərinin inqilabi nailiyyətlər (yeni mülkiyyətçilərin hüquqlarının, şəxsi azadlıqların tanınması, siyasi bərabərliyin bəyan edilməsi və s.) ilə sintezinə səy göstərmişdir.

Digər lüğətlərdə