Bonni Hant
Bonnie Lynn Hunt (22 sentyabr 1961, Çikaqo, İllinoys) Emmy, Golden Globe namizədlikləri olan, Amerikalı aktrisa, rejissor, komediyaçı və yazıçıdır.
== Bioqrafiyası ==
=== İlk illəri ===
Bob və Alice Huntun qızıdır. Valideynlərinin adları, Hantın qurduğu şirkətin adını (Bob & Alice) ilhamlandırmışdır. 3 böyük qardaşı (Patrick, Kevin, Tom) 2 böyük bacısı (Cathy və Carol) və Helen adlı kiçik qardaşı var. Hunt Katolik məktəblərində təhsil almışdır. Bunlar St. Ferdinand və Notre Dame Liseyidir.
1982-ci ildə Chicago-Nortwestern Memoroial Xəstəxanasında xərçəng tibb bacısı olaraq işləmişdir. 1986-cı ildə "İkinci şəhər" (The Second City) tamaşasında "İmpulsiv bir şey" (An Impulsive Thing) cəmiyyətinin tərkibində çıxış edərək öz qabiliyyətlərini nümayiş etdirdi.
=== Şəxsi həyatı ===
1988-ci ildə Hunt bir bankir olam John Murphy ilə evlənmişdir, lakin 6 iyun 2006-cı ildə David Lettermanın şou proqramında yenidən tək olduğunu bildirmişdir.