Bronxospazm
Bronxospazm — müxtəlif ağciyər və tənəffüs yolu xəstəlikləri zamanı təcili tibbi müdaxilə tələb edən vəziyyətlərdən biri bronxların reaktivliyinin yüksəlməsinin nəticəsi kimi meydana çıxan haldır. Əksər tənəffüs yolu patologiyaları zamanı, bronxospazm, özünü mövcud xəstəliyin nəticəsi kimi meydana çıxan klinik əlamətlərdən biri kimi göstərsə də, bronxial astma xəstəliyində o çox vaxt yeganə və əsas klinik əlamət olur. Müşahidələr göstərir ki, bronxial astma digər tənəffüs sistemi xəstəliklərilə müqayisədə, yayılması, gedişi, müalicəyə yatımsızlığı, eləcə də proqnozuna münasibətdə, ən arzuolunmaz patologiyalardan biridir (bronx əzələlərinin birincili hiperreaktivliyinin nəticəsi kimi meydana çıxan bronxial astma ümumi tənəffüs sistemi xəstəliklərinin 5-7%-ni təşkil edir).
== Ümümi məlumat ==
İstər bronxial astma, istərsə də bronxların digər spastik vəziyyətlərində həlledici amil "bronxobstruktiv simptom" olduğuna görə, aparılacaq dərman müalicəsinin effektivliyi də ilk növbədə bu simptomun aradan qaldırılması dərəcəsindən asılıdır. Odur ki, bronxial astma və digər bronxospastik halların farmakoloji korreksiyasmda əsas müalicə vasitəsi ”bronx ağacını” genişləndirən bronxolitik təsirli dərman maddələri hesab olunur. Bronxolitiklər tənəffüs yollarında törənən spastik halı, əsasən, iki yolla ya birbaşa bronx saya əzələlərinə, ya da bu sistemin efferent sinir tənziminə təsir göstərməklə aradan qaldırırlar. Bronxial astmanm müalicə və profılaktikasında üstünlük daha çox hallarda bronxların efferent sinir tənziminə təsir göstərən maddələrə verilir. Məlumdur ki, bronx əzələlərinin tonusu adi halda parasimpatik innervasiya ilə tənzim olunur. Bronxlar praktik olaraq simpatik innervasiya almırlar. Odur ki, xolinergik innervasiyanın güclənməsi bronxospastik əlamətlərlə müşahidə olunur.