Brute force password attack

Kobud güclə parol hücumu – ədədi və ya simvol-rəqəm parolların çoxsaylı kombinasiyalarını sınamaqla giriş əldə etmək metodu.
BRP
BS 7799
OBASTAN VİKİ
Brute-Force hücumu
Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur. == Haqqında == Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır.
DoS-attack
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Massive Attack
Massive Attack - Bristol, İngiltərədən olan trip-hop qrupudur. Qrup 1987-ci ildə dağılmış "The Wild Bunch" qrupunun üzvləri tərəfindən qurulub. 1988-ci ildə "Any Love" adlı ilk sinqlı satışa çıxardan qrup bir çox məşhurlarla əməkdaşlıq etmiş və bir çox film üçün saundtrek hazırlamışdır. 2011-ci ilə qədər 5 studiya albomu hazırlayan qrupun kompozisiyaları bir çox televiziya proqramlarında və filmlərdə səsləndirilib («Şakal (film)»), («Betmen (film)»), («Mulen Ruj! (film, 2001)»), («Blade II)»), («Doktor Haus (teleserial, 2004)»), («Matriça (film)»), («Qapışma (film, 2000)»), («Həbsxanadan qaçış»), («187 (film)»), («Qal (film)»), («Pi (film)»), («Luck (teleserial)») və s.). Həmçinin qrupun doğma Bristol'da Tube adlı kiçik gecə klubunda da maliyyə payı var. Robert Del Nadja (Robert Del Naja) ("3D") Qrant Marşall (Grant Marshall) ("Daddy G") Nil Devidj (Neil Davidge) Endrü Vaulz (Andrew Vowles) ("Mushroom") Albomların yazılışı vaxtı qrup çox vaxt vokalistlərlə aməkdaşlıq edir.
İstanbul Attack
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir. Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.
Force India
Force India-Formula-1 komandası. Hindistanlı iş adamı Vijay Mally Spiker komandasını satın aldıqdan sonra 2007-ci ilin oktyabr ayında yaradılıb.2009-cu ildə Belçika Grand Prix'inde Giancarlo Fisichella komandanın ilk polunu qazandı və yarışda Ferrari'den yalnız Kimi Raikkonenin gerisində ikinci sırada iştirak etdi. Monako Qran Prisində Force India 2008-ci ilin mövsümündə xal qazana biləcək yeganə şansa sahib idi. Yarışın başlamasına qədər yağış yağdı. Yarışın gedişində bir çox sürücü səhv edilərkən, çoxları qəzaya düşdü və ya yanlış strategiyanı seçdi.Adrian Sutil yarışa demək olar ki, qüsursuz qalmışdı və yarışın sonunda dördüncü yerdədir və ciddi üstünlüklərə sahib idi. Ancaq kazadan sonra Niko Rosberq yolda təhlükəsizlik avtomobilini buraxdı. Yarışların yenidən başlamasından əvvəl yarışçılar arasında boşluqlar azaldı, Adrian Sutil Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen arasında idi.Adrian Sutil yarisi boksda tamamladi. Oktyabrın 17-də təşkil edilən mətbuat konfransında Vijay Malia, komandanın ortağı olan Adrian Sutil və Giancarlo Fisichella ilə 2009 mövsümündə müqavilələrin uzadılması mövzusunda razılaşdı. 2008-ci ilin sentyabrında ilk məlumata görə, Hindistan komandası gələn mövsümdə motorların təchizatçısını dəyişə bilərdi, Ferrari xidmətindən imtina etdi [10]. Bunun səbəbi gələn ildən etibarən komandalara KERS kinetik enerji bərpa sistemlərini istifadə etməsi təlimatlandırıldığı halda, Force Hindistan bu sistemləri təmin etmək üçün İtalyan qrupu ilə müqavilə yox idi.
Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Tiger Force
"Tayger Fors" (ing. Tiger Force; hərf. "Pələng" dəstəsi) — ABŞ ordusunun xüsusi hərbi hissəsi. Vyetnam müharibəsi zamanı mövcud olmuşdur. Partizanlar ilə mübarizə aparmaq üzrə ixtisaslaşmışdır. 1967-ci ildə bir sıra hərbi cinayətlərdə iştirakı ilə şöhrət qazanmışdır. ABŞ jurnalistləri Maykl D. Sallah və Mitç Vayss hərbi birləşmənin törətdiyi müharibə cinayətlərini tədqiq etmişdir. Vyetnam Xarici İşlər Nazirliyi Sallah və Vayssin tədqiqatının dərcindən dərhal sonra ona cavab vermək niyyətində olmadığını bildirmişdi. 2006-cı ildə Sallah və Veyssin araşdırmaları haqqında «Tiger Force: A True Story of Men and War» adında kitab buraxılmışdır. Статьи о «Тайгер Форс» в «Толедо Блэйд» (ing.) John Kifner.
Et tu, Brute?
Et tu, Brute? (pronounced [ɛt ˈtuː ˈbruːtɛ]) — azərbaycanca "Sən də mi Brut?" və ya "Hətta sən də, Brut?" kimi tərcümə olunan məşhur latın sözü. Əfsanəyə görə bu, Yuli Sezarın son sözləridir. Sitat, Uilyam Şekspirin Yuli Sezar pyesinin 3-cü aktında 1-ci səhnəsində görünür, burada Roma diktatoru Yuli Sezar öldürülərkən dostu Mark Yuni Brutu sui-qəsdçilərdən biri kimi tanıdıqdan sonra səslənir. Deyilənə görə, bu ifadənin ilk məlum nümunələri Yelizaveta dövrünə aid iki qədim pyesdə görünür; Şekspirin VI Henri 3-cü fəsil və Riçard Edesin Sezar öldürüldü adlı daha qədim pyesi. Bu ifadə əsasən bir dostun gözlənilməz xəyanətini ifadə etmək üçün istifadə olunur. Tarixi Sezarın bu sözləri söyləməsinə dair heç bir dəlil yoxdur. Tarixi Sezarın son sözləri dəqiq bilinməsə də, hadisədən bir əsr yarım sonra Roma tarixçisi Svetoni qeyd edir ki, Sezar ölərkən heç nə deməyib, lakin başqaları Sezarın Bruta son sözlərinin "sən də, övlad" və ya "sən də, gənc adam" anlamına gələn yunanca Kai su, teknon (Και συ τέκνον) ifadəsi olduğunu bildirirlər. Populyar inancın əksinə olaraq, bu sözlər Sezarın tamaşadakı son sözləri deyil, çünki dərhal sonra "O zaman Sezar yıxılsın!" deyir. E.ə 44-cü il martın 15-də (Mart İdesi) tarixi Sezar, dostu və çırağı olan Brutus da daxil olmaqla bir qrup senatorun hücumuna məruz qaldı.
Attack on Titan
Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng‎) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Heart Attack (dəqiqləşdirmə)
Heart Attack — One Directionun mahnısı. Heart Attack (Demi Lovato) — Demi Lovatonun mahnısı.
Half-Life: Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Special Force (videooyun, 2003)
Special Force (azərb. Xüsusi qüvvələr‎) — Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir. "Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir. "Special Force" hadisələrin İsrail və "Hizbullah" arasında baş tutmuş Cənubi Livan münaqişəsində cərəyan etdiyi birinci şəxs atıcıdır. "Hizbullah" bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livan silahlı qruplaşmasıdır.
Internet Engineering Task Force
IETF(Internet Engineering Task Force; azərb. İnternet mühəndisliyi üzrə xüsusi komissiya‎) – İnternetin arxitekturası və protokolların inkişafı ilə məşğul olan layihəçilərin, şəbəkə operatorlarının və provayderlərin açıq beynəlxalq cəmiyyəti. 1986-cı ildə IAB (Internet Architecture Board) tərəfindən yaradılıb. Bütün texniki işlər IETF-in konkret mövzularla (məsələn, marşrutlama, verilənlərin nəqli, təhlükəsizlik və s. məsələlərlə) məşğul olan işçi qruplarında həyata keçirilir. Əsas işlər poçt göndərişləri vasitəsilə aparılır, ancaq ildə üç dəfə IETF-in toplantısı keçirilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Attack on Titan: No Regrets
Attack on Titan: No Regrets (yap. 進撃の巨人 悔いなき選択) eyni adlı vizual roman əsasında Gun Snark tərəfindən yazılmış və Hikaru Suruqa tərəfindən illüstrasiya edilmiş Yapon manqa seriyasıdır. Serial Hajime İsayamanın məşhur Attack on Titan (進撃の巨人, Shingeki no Kyojin) manqası əsasında yazılmışdır. Hekayədə Levi Akkaman-ın Kəşfiyyat Birliyinə qoşulmazdan əvvəl başına gələnlərdən danışılır. Serial Yaponiyada "Kodansha" və ABŞ-də "Kodansha Comics" tərəfindən nəşr olunur. İki hissəli OVA 2014 və 2015-ci illərdə buraxıldı. Hekayə Attack on Titan əsasında yazılmışdır və Levinin yeraltı şəhərdə cinayətkar olduğu günlərdə, Ervin Smit-in onu Kəşfiyyat Birliyinə işə götürməzdən əvvəl iki ən yaxşı dostu İzabel Maqnoliya və Farlan Çurç ilə birlikdə olduğu zamanları izləyir. Suruqa manqaya başlamazdan əvvəl onun baş redaktoru hekayənin əvvəlində Levinin və başqalarının yaşadığı Yeraltını daha yaxşı təsəvvür edə bilməsi üçün Metropolitan Ərazisinin Xarici Yeraltı Boşaltma Kanalına baş çəkməyi təklif etdi. Elə orada olarkən Suruqa ilk dəfə 18 metr hündürlüyündə Titanın nə qədər böyük olacağını təsəvvür edə bildi. Suruqa Levini çəkərkən onu Titana Hücumda olduğundan daha gənc göstərməyə çalışdı.
Attack on Titan personajlarının siyahısı
Attack on Titan manqası və anime seriyası Hacime İsayamanın yaratdığı geniş bədii personajlardan ibarətdir. Hekayə bəşəriyyətin nəhəng divarlarla əhatə olunmuş şəhərlərdə yaşadığı bir dünyada qurulur; insanların onları səbəbsiz yeyən nəhəng humanoid titanlara qarşı müdafiəsindən bəhs olunur. Hekayədə ilkin olaraq Eren Yeqa öz uşaqlıq dostları Mikasa Akkaman (ing. Mikasa Ackerman) və Armin Arlerto (ing. Armin Arlert) ilə birlikdə şəhərləri işğal edildikdən və Erenin anası titan tərəfindən yeyildikdən sonra titanlara qarşı döyüşmək üçün orduya qoşulur. Onlar 104-cü Təlim Korpusunun bir hissəsidir, məzunları Qarnizon Alayı (ing. Stationary Guard), Kəşfiyyat Birliyi (ing. Survey Corps) və Hərbi Polis Briqadası (ing. Military Police) da daxil olmaqla hərbi hissədə müxtəlif vəzifələr tuturlar. Sonradan məlum olur ki, divarların yerləşdiyi ərazi Paradis (パラディ, Paradi) adlanır və bura Eldiyanın (エルディア,Erudia) sonuncu ərazisidir.
Ben 10 Alien Force : Vilgax Attacks
Ben 10: Alien Force – Vilgax Attacks — Ben 10 videooyun seriyasında üçüncü oyunudur, və Ben 10: Alien Force nəşrinə əsaslanan ikinci oyundur. Birinci videooyun cizgi serialının ilk iki mövsümünə əsaslanır; Vilgax Attacks isə serialın üçüncü və final mövsümlərinə əsaslanır. 27 oktyabr 2009-cu il buraxılmışdır.