Busch

der; -(e)s, -¨e 1. kol, kolluq, çalı; 2. (Gehölz) balaca meşə, ağaclıq, meşəcik; auf den ~ klopfen sirr almaq, söz almaq; mit et. hinterm ~ halten bir şeyi gizlətmək
Bus
buschig
OBASTAN VİKİ
Delphinium buschianum
Pyrethrum buschianum
Tanacetum partheniifolium (lat. Tanacetum partheniifolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum partheniifolium (Willd.) Pers. Matricaria partheniifolia (Willd.) Poir. Pyrethrum partheniifolium Willd.
Rubus buschii
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Rubus vulgatus subsp. buschii

Sorbus buschiana
Buş quşarmudu (lat. Sorbus buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Rusiyada və Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 4-6 m-ə çatan alçaqboylu ağac və ya koldur. 10-11 sm uzunluqda olan yarpaqları ikili olub, bar verən zoğlarda enli və ya yumurtavarı- ellipsvarı, meyvəsiz zoğlarda isə neştərvaridir. Yan damarlarının sayı 10-11 cütdür, kənarları ikiqat itidişlidir. Alt səthi boz yaşılımtıl keçəvari tükcüklüdür. Qaidədən pazvarıdır. Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2200 m hündürlüklərdə, daşlı qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır. Naxçıvan MR florasına ilk dəfə tərəfimizdən daxil edilmişdir.
Rosa buschiana
Buz itburnusu (lat. Rosa buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır. Böyük Qafqazda Quba rayonu ərazisində və Naxçıvan MR –də rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU A2c+3c. Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır. Böyük Qafqazda-Quba rayonu ərazisində və Naxçıvan MR-də rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.