Bus

der; -ses, -se avtobus; mit dem ~ fahren avtobusla getmək
burschikos
Busch
OBASTAN VİKİ
Magic Bus (studiya)
Magic Bus (株式会社マジックバス, Kabushiki Kaishi Magic Bus) — 1977-ci ildə Satoşi Dezaki tərəfindən qurulmuş Yaponiya animasiya studiyası. Studiyanın baş qərargahı Yaponiyanın Tokio şəhərində yerləşir. Studiyanı Satoşi Dezaki Shin Kyojin no Hoshi anme serialını istehsal etmək məqsədilə yaratmışdır. 1983-cü ildə Dezakinin rejissorluğu ilə Magic Bus Kapitan animasiya serialı ilə əməkdaşlıq etmişdir. Bu baxımdan Magic Bus Eiken və TMS Entertainment şirkətləri ilə birlikdə anime serialların və OVAların çəkilişində iştirak edir. 1990: Carol 1991–2000: Legend of the Galactic Heroes 1992: Boyfriend 1993: Big Wars 1996: Baketsu de Gohan 1996–1997: Kiko-chan's Smile 1997–1998: Burn-Up Excess 1997–1998: Gakkyu-oh Yamazaki 1998: Sexy Commando Gaiden: Sugoi yo!! Masaru-san 1998: Surf Side High-School 1998: Totsugeki! Pappara-tai 1998: Weiß Kreuz 1999: Happy Birthday, Inochi Kagayaku Toki 2001–2002: Go! Go!
Universal Serial Bus
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.
Delphinium buschianum
Dino Bussati
Dino Bussati (it. Dino Buzzati Traverso, Dino Bursati Traverso; 16 oktyabr 1906, San-Pelleqrino di Belluno, Veneto — 28 yanvar 1972, Milan) — İtaliya yazıçısı, jurnalisti, rəssamı. Dino Butsati 1906-cı ildə Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlib. Milanda təhsil alıb hüquq diplomuna yiyələnir, 22 yaşında ən nüfuzlu İtalyan qəzetində — Milanın "Korryere della Sera" qəzetində işə düzəlir. 30-cu illərin əvvəllərində Butsatinin "kafkasayağı" tərzdə qələmə aldığı ilk romanları meydana gəlir. İkinci dünya müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir. Dino Butsatinin "Sevgi" romanı 1963-cü ildə işıq üzü görür. Daha çox romançı və dramaturq kimi nüfuz qazanmışdır. Butsati nəsri fantastikaya meyil edir, bu mənada onu çox zaman Edqar Allan Po və Frans Kafka ilə müqayisə edirlər.
EMLYON Business School
EMLYON Business School (École de Management de Lyon ), Paris, Lion, Saint-Etienne, Bhubaneswar, Casablanca, və Shanghai da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1872-ci ildə qurulan məktəb. EMLYON, Financial Times tərəfindən 2021-cu ildə Avropa Biznes Məktəbləri arasında 19-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
ESCP Business School
ESCP Business School (École supérieure de commerce de Paris), Paris, Berlin, London, Madrid, Turin, və Varşava da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1819-cu ildə qurulan məktəb. ESCP, Financial Times tərəfindən 2021-ci ildə Avropa Biznes Məktəbləri arasında 14-cü yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
Fyodor Buslayev
Fyodor İvanoviç Buslayev (rus. Фёдор Ива́нович Бусла́ев) (25.4.1818, Penza vilayətinin indiki Vadinsk kəndi –12.8.1897, Moskva ətrafındakı Lublino qəsəbəsi) — rus filoloqu və incəsənət tarixçisi. Peterburq Elmlər Akademiyasının akademiki (1860). Moskva Universitetini bitirmiş (1838), həmin Universitetdə professor (1859–81), rus ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Rus dilinin tarixi, qədim rus ədəbiyyatı, şifahi xalq yaradıcılığına dair əsərlərin müəllifidir. Rus dilinin tədqiqində müqayisəli-tarixi metodun tərəfdarı kimi çıxış etmişdir. Qədim rus və slavyan əlyazmalarının filoloji tədqiqatını aparmış və onları nəşr etdirmişdir. Buslayev 1840–60-cı illərdə yazdığı elmi əsərlərində rus mifoloji məktəbinin ən görkəmli nümayəndəsi kimi mifdə xalq yaradıcılığının dərin köklərini görmüş, onun linqvistik bərpasına çalışmışdır ("Rus xalq ədəbiyyatı və incəsənətinin tarixi oçerkləri". ). 1870-ci illərdə bu baxışlardan uzaqlaşmış və alman sanskritoloqu T. Benfeyin ideyalarına əsaslanaraq Avropanın bir sıra folklor süjetinin Şərqdən qaynaqlandığını göstərmişdir ("Səyyah povestlər və hekayələr", 1874).
George Walker Bush
Corc Volker Buş (ing. George Walker Bush; 6 iyul 1946[…], Nyu-Heyven[d], Konnektikut) — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001–20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-nin ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-nin 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib. Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub.
International Business Machines
IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi. 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı. 1937-ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi. 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.
International Business School
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
International Business School, Budapest

Jan Batist Bussenqo
Jan Batist Bussenqo (fr. Jean-Baptiste Joseph Dieudonné Boussingault) (2.2.1801, Paris – 11.5.1887, Paris) — Fransız aqrokimyaçısı, Paris Elmlər Akademiyasının üzvü (1839-cu ildən). Sent-Etyendə Ali Mədən Məktəbini bitirmişdir. Lion Universitetinin (1832-ci ildən), Versal Aqrokimya İnstitutunun (1837-ci ildən) professoru olmuşdur; 1839-cu ildən İncəsənət və Peşə Konservatoriyasında (Paris) dərs demişdir. Əsas işləri bitkilərin kök qidalanmasına və təbiətdə maddələrin (başlıca olaraq, torpaqda azotun) dövranına həsr edilmişdir. Bitkilərin (paxlalılardan başqa) torpaqdan azot almasını müəyyənləşdirmişdir. Havadakı karbon-dioksidin yaşıl bitkilər üçün karbon mənbəyi olduğunu sübut etmişdir. Bitkilərin udduğu karbon-dioksidin həcminin ayrılan oksigenin həcminə bərabər olduğunu müəyyənləşdirmişdir (1864).
Leo Buskaliya
Leo Buskaliya (31 mart 1924, Los-Anceles, Kaliforniya – 12 iyun 1998, Qlenbruk[d], Nevada) — bir İtaliya mənşəli amerikalı müəllif və həvəsləndirici danışmacı(spiker) və Cənubi Kaliforniya Universitetinin Xüsusi Təhsil şöbəsinin professoru idi.
Lui Anri Bussenar
Lui Anri Bussenar (4 oktyabr 1847[…] – 11 sentyabr 1910[…] və ya 11 noyabr 1910, Orlean, Luare, Fransa) — Fransa yazıçısı. Paris Universitetinin tibb fakültəsini bitirmişdir (1870). Fransa-Prussiya müharibəsində (1870 –71) iştirak etmiş, yaralanmışdır. Afrika, Amerika və Avstraliyaya çoxsaylı səyahətləri zamanı topladığı etnoqrafik və tarixi materiallar əsasında "Parisli səfilin dünya səyahəti" (1880), "Qviana robinzonu" (1882), "Parisli səfilin şirlər ölkəsində sərgüzəştləri" (1886) və s. macəra romanlarını, J. Vernin yaradıcılığının təsiri altında "10000 il buzlar arasında" (1890) və s. elmi-fantastik romanlarını yazmışdır.
Ogier Ghiselin de Busbecq
Ogier Ghiselin de Busbecq (1522[…], Komines[d], Eno – 28 oktyabr 1592, Ruan) — Avstriya monarxiyasına xidmət etmiş holland diplomatı olmuşdur. Eyni zamanda, XVI əsr İstanbulu ilə bağlı ən mötəbər mənbələrdən biri olan “Türk məktubları”nı yazmış və bununla da ədəbiyyatda səyahət məktubları janrının öncüllərindən biri olmuşdur. Türk laləsini Avropaya tanıdan şəxs kimi də tanınır. O, indiki Fransanın şimalında yerləşən Busbek şəhərində anadan olub. Atası Georges Ghislain, anası Catherina Hespiel idi. O, indiki Cənubi Belçikanın Vervik və Komines şəhərlərindəki məktəblərdə və Leuven Universitetində təhsil almışdır. Daha sonra təhsilini o dövrün ən yaxşı təhsil ocaqlarının olduğu İtaliyanın Venesiya başda olmaqla bir neçə fərqli universitetində başa vuraraq dövlət qulluğuna qədəm qoymuşdur. 1552-ci ildə Avstriya knyazı I Ferdinandın rəhbərliyi altında vəzifəyə təyin edilmişdir. İki il sonra o, Avstriya adından İngiltərəyə göndərilmiş, orada İngiltərə kraliçası Mariya Tüdor və İspaniya şahzadəsi II Felipenin toy mərasimində iştirak etmişdir. Busbekin növbəti təyinatı Avstriyanın Osmanlıdakı səfiri olmaq olmuşdur.
Oje Qiselin de Busbek

Olimpiko Regional Arnaldo Busatto stadionu
Olimpiko Regional Arnaldo Busatto stadionu — Digər adı olan Ninyo das Kobras (mənası İlan yuvası) tanınan, Braziliyanın Parana ştatının Kaskavel şəhərində yerləşən stadiondur. Stadion hal-hazırda futbol oyunlarının keçirilməsi üçün istifadə olunur. Kaskavel FK, Kaskavel İdman Klubu və Kaskavel Rekreativo FK öz ev oyunlarını bu stadionda keçirir. Stadionun tamaşaçı tutumu 28125 nəfərə bərabərdir və 1982-ci ildə inşa edilmişdir. Stadionun sahibi Kaskavel Siti Holl şirkətidir. Stadion alderman (Portuqal dilində vereador), dövlət müavini və federal müavin olan Arnaldo Busattonun adını daşıyır. 1982-ci ildə stadionundakı işlər başa çatdırılmışdır. Stadionda ilk oyun həmin ilin 10 noyabr tarixində baş tutmuşdur. Həmin oyunda San-Paulu klubu Kaskaveli 1-0 hesabı ilə məğlub etmişdir. Stadionda ilk qolu isə San-Pauludan Paulo Sesar vurmuşdur.
Pleiotaxis buscalioni
Ochrocephala (lat. Ochrocephala) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Ochrocephala imatongensis (Philipson) Dittrich Sinonim Centaurea imatongensis Philipson Leuzea imatongensis (Philipson) Holub Pleiotaxis buscalioni Chiov.
Pyrethrum buschianum
Tanacetum partheniifolium (lat. Tanacetum partheniifolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum partheniifolium (Willd.) Pers. Matricaria partheniifolia (Willd.) Poir. Pyrethrum partheniifolium Willd.
Rubus buschii
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Rubus vulgatus subsp. buschii

Sementerio del Buseo (Montevideo)
Sementerio del Buseo (isp. Cementerio del Buceo) ― Uruqvayın paytaxtı Montevideo şəhərində yerləşən qəbiristanlıq. 1872-ci ildə salınmışdır. O, Rio-de-La-Plata çayının sahilinin yanında, şəhərin Buseo rayonunda yerləşir. Yaxınlığda Britaniya qəbirstanlığı yerləşir.
Senecio bustillosianus
Senecio bustillosianus (lat. Senecio bustillosianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Veritas Business Suite
Yamamay Busto Arsizio
Yamamay Busto Arsizio — Futura Volley Busto Arsizio olaraq da bilinir. Komanda hal-hazırda ev oyunlarını PalaYamamamay idman salonunda oynayır. İtaliya qadın voleybol çempionatında 1-ci dəstədə — SeriyaA1də mübarizə aparırır. Komandaya alt paltarları istehsalçısı olan şirkət sponsorluq edir. Yamamay 1998-ci ildə Unione Sportiva Cistellum Volley idman komandasının təşəbbüsü ilə yaradılmışdır. Fəaliyyətə başladığı illərdə o qədər də güclü çıxış etməyən komanda uzun illər "Seriya A2"-də mübarizə aparmışdı. Belə ki, klub 2003-cü ilə qədər bu liqada ilk onluğa belə girə bilməmişdi. Yalnız 2007–08 mövsümündə 2-ci liqanı qalib başa vura bilən yamamaylılar əsas liqaya vəsiqə qazana bilmişdi. Həmin mövsüm İtaliya kubokunun da yarımfinalına qədər irəliləyə bilən komanda yalnız burada Robursport Pesaroya 3–0 hesabı ilə yenilmişdi. 2009–10 mövsümü isə Busto Arsiziolular üçün ələmətdar olmuşdu.
Yamamay Busto Arsizio QVK

Digər lüğətlərdə