BUYNUZ (ŞİŞ)

dikyamaclı iti dağ zirvəsi. Buzlaşmanın intensiv inkişaf etdiyi dağlıq vilayətlər üçün səciyyəvidir. рог needle
BURUN
BUZ AXINI
OBASTAN VİKİ
Buynuz
Buynuz — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qalacıq turizm zonasında, İsmayıllı-Qəbələ şosesinin 20-ci km-dən 4 km sağ tərəfdə Göyçay çayının sol tərəfində yerləşir. Əhalisi 594 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kənddə yalnız yay mövsümündə fəaliyyət göstərən yeməkxana vardır. Kənddən Göyçay çayı boyunca istisu, Çayqovşan və Qalacıq kəndlərinə piyada və ya atla getmək üçün yol (cığır) vardır. == Əhalisi == Şair Musa Yaqub bu kənddəndir. Əhalisi 619 nəfərdir ki onunda 310 nəfəri kişi, 309 nəfəri qadındır. == İnfrastruktur == 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.
Buynuz ağacı
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.
Buynuz xalçaları
"Buynuz" xalçaları — Qarabağ tipinin Qarabağ qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır. == Ümumi məlumat == "Buynuz" xalçaları Qarabağ tipinə daxildir. Onlar Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz" xalçaları yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz" xalçaları "Tapança", "Gəncə" və s. adlarını daşımışdır. == Bədii analiz == Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha sonralar totemçiliklə, lap sonralar isə astronomik anlayışlarla əlaqədar olaraq, buynuzlu heyvanlar müxtəlif təsəvvür və rəmzlərə malik olmuşlar. Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir.
Buynuz xalçası

Şiş sinanxium
Cynanchum acutum L.,Hündürlüyü 20-150 sm olan çoxillik ot bitkisidir. Gövdəsi uzun, sarmaşandır. Yarpaqları ürəkşəkilli-üçkünc və ya yumurtaşəkilli-ürəkşəkillidir, uc hissəsi küt, qaidəsi dərin ürəkşəkillidir, çılpaq, tünd göy rəngdədir, saplağı 3-7 sm-dir. Çiçəkləri sıx və yaxud yumuşaq, sadə və ya budaqlanmış çətirəbənzər çiçək qrupundadır. Tacı çəhrayı və yaxud ağ rəngdədir, diametri 5–7 mm-dir, uzunluğu 4–5 mm olan uzunsov küt bölümlüdür. Toxumları yumurtaşəkilli, yastılaşmış uzunluğu 5–7 mm olub açıq qonur rəngdədir, uc hissədə uzun ipək kimi tüklər dəstəşəkillidir. İyun-Avqust (Sentyabr) Avqust-Oktyabr BQ (Quba),Samur-Şabran oval., Xəzəryanı, Abşeron, BQ şərq, Kür-Araz oval., Kür düz., Alazan-Əyriçay, Lənk. oval., KQ cənub, KQ şimal, Nax. düz. Ovalıqlarda və dağətəyi yerlərdə, nadir halda aşağı və orta dağ qurşağında.
Neyroendokrin şiş
Neyroendokrin şişlər (NET) endokrin (hormonal) və sinir sistemlərinin hüceyrələrindən yaranan yenitörəmələrdir. Onlar ən çox bağırsaqda baş verir, burada əsasən karsinoid şişlər kimi adlanır, lakin mədəaltı vəzi, ağciyər və bədənin qalan hissəsində də olur.
Bədxassəli şiş
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Şiş Quzey mağarası
Şiş Quzey — paleolit dövrünə aid olan Tovuz şəhərindən qərbdə yerləşən mağara. Mağara 1965-ci ildə М. М. Mansurovun rəhbərliyi ilə təşkil edilən arxeoloji ekspedisiya zamanı (1962-1965) aşkarlanmışdır. Tapıntılar Aşel mədəniyyəti dövrünə aid edilir. Tapıntılar sahəsi 60×20 m ərazini əhatə edir. Ümumilikdə isə burada 1075 tapıntı aşkarlanmışdır ki, onlarında 146 ədədi əmək alətləri idi. Burada o dövrün əhalisi mergeldən əmək aləti kimi yararlanırdılar. Yaşayış məntəqəsi qayanın başında yerləşirdi. Paleolit dövrünə aid tapıntılar 80 m uzunluğa malik terrasda yayılmışdır. N. Şirinova görə terraslat Xəzər epoxasını əhatə edir. Azərbaycan Milli Elmlər Akademiyası.
Bəd xassəli şiş