bədii-tarixi

bədii-tarixi
bədii-siyasi
bədiilik
OBASTAN VİKİ
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu — Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qobustan adının minimal Jegkeheen və anlamı barədə müxtəlif tedqiqatçılar ferqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Bədii dil
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir.
Bədii film
Bədii film - kino sənəti növü. Bədii film ədəbi ssenari əsasında çəkilir. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir. Bədii filmin müxtəlif janrları var: komediya, nifrət filmi və s. Çəkilmiş bədii film kinoteatrlarda göstərilir. Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Azərbaycanda ilk bədii filmlər arasında - "Neft və Milyonlar Səltənətində" 1916-cı ildə, ilk Amerika bədii filmi "Oliver Tvist" 1912-ci ildə çəkilmişdir.
Bədii gimnastika
Bədii gimnastika — gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. İsveçdə yaranan idman növüdür. Aktyorluq, balet, musiqi və Pantomim ilə birlikdə edilir. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü il Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var. Bütün çıxışlar ölçüsü 13x13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir. Çoxnövçülükdən əlavə fərdi birincilikdə və qrup hərəkətləri komandalarının tərkibində çıxış edən gimnastlar ənənəvi olaraq ayrı-ayrı alətlər üzrə final yarışlarında da medallar uğrunda mübarizə aparırlar (Olimpiya Oyunlarından başqa).
Bədii metod
Bədii metod — yaradıcılıq metodu. Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının, tipikləşdirilməsinin əsas prinsiplərinin məcmusu. Bədii metod anlayışının estetik kateqoriya səviyyəsində təsbiti antik dövrdən məlumdur. Aristotel poeziyanı təqlid sənəti kimi səciyyələndirərək, təbiəti təqlidin müxtəlif imkanlarından danışarkən, əslində bədii təsvirin müxtəlif metodlarını nəzərdə tuturdu. Sənətkarlar bir-birinə təkcə əsərlərinin ideya istiqaməti və ruhu ilə deyil, həm də gerçəkliyi estetik təcəssümünün ümumi mahiyyətli xüsusiyyətləri və prinsipləri ilə də yaxın olurlar. Belə yaxınlıq ədəbiyyat və incəsənətdə bədii metod və ya yaradıcılıq metodu kateqoriyasını yaratmışdır. Bədii metod müəyyən sənətkarlara məxsus və bilavasitə onların yaradıcılığında əsas götürülən ideya-estetik prinsiplərin ümumiliyi və ardıcıl surətdə həyata keçirilən, tətbiq edilən inikas üsuludur. Bədii metod hər bir dövrün bədii yaradıcılığında gerçəkliyin müəyyən ideya-estetik, ictimai ideal movqelərindən obrazlı-emosional təcəsümü nəticəsində formalaşır. Sənətkarlar hər hansı bədii metoda, onu hazır şəkildə mənimsəməklə və ya modelini öyrənməklə yox, konkret həyat materialını, gerçəkliyin sosial-ictimai, mənəvi, fəlsəfi, etik, psixoloji, siyasi görüşlərini, tərbiyəsini öyrənmək, tədqiq, təhlil etmək və bunları müəyyən dünyagörüşü işığında, həyatın konkret ideya-estetik tələblərinə uyğun şəkildə yaradıcılıqlarında təcəssüm etdirməklə nail olurlar. Bədii metod sənətkarın yaradıcılığının yekunu, xülasəsi kimi başa düşülməlidir.
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Bədii təxəyyül
Bədii təxəyyül – yaşanmış duyğu, hiss və qavrayışların, təsəvvür və təəssüratların xəyalda canlandırılması və yenidən yaşanması əsasında bədii obrazlar yaratmaq prosesi və onun nəticəsi. B.t. yaradıcılıq prosesinin bütün mərhələləri (gerçəkliyin qavranılması, mövzu və ideya, məzmun və forma, xarakter və obrazlar, əsər üzərində iş və s.) üçün səciyyəvidir. B.t. sənətkarın fərdi-psixoloji tipindən, estetik zövqündən, şəxsi və ictimai təcrübəsindən, dünyagörüşü və yaradıcılıq metodundan, bilik və intuisiyasından asılıdır. Belə ki, romantik sənətkarla realist sənətkarın B.t-ü bir-birindən fərqlənir: M.Ə. Sabir və C. Məmmədquluzadənin B.t.-ü H. Cavid və M.Hadi təxəyülündən seçilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011.
Bədii şüşə
Bədii şüşə — dekorativ əşyaların, vitrajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
Bədii ədəbiyyat
Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər: Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır. Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır. Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır. Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür: Lirik növ Epik növ Dramatik növ Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384–322) olmuşdur.
Bədii çoxvariantlılıq
Variantlılıq — şifahi ədəbiyyatda hər hansı əsərin (məsələn bayatının, nağılın, dastanın və ya aşıq şeirinin) ayrı-ayrı şəxslər tərəfindən söylənirkən mətnindəki müxtəliflik. Çoxvariantlılıq şifahi xalq ədəbiyyatını yazılı ədəbiyyatdan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Məsələn, Aşıq Ələsgərin "Düşdü" rədifli qoşmasında möhürbənd iki variantda mövcuddur. Ələsgərəm, hər elmidən halıyam, Gözəl, sən dərdlisən, mən yaralıyam Ələsgər, hər elmidən halıyam, Dedim, sən təbibsən, mən yaralıyam. Variantlılığa yazılı ədəbiyyatda da rast gəlinir. Məsələn, Süleyman Rəhimov "Şamo" romanının çox yığcam I varinatını 1931 ci ildə çap etdirib. Sonralar bu əsəri yenidən işləyib, 5 cildlik variantını hazırlamışdır. Epopeyanın I cildi 1952 və 1955- ci illərdə, II cildi 1953 və 1956- cı illərdə , III cildi 1964-cü ildə, IV cildi 1977- ci ildə, nəhayət V cildi isə 1978-ci ildə çap olunmuşdur. Səməd Vurğun "Vaqif" dramının ilk variantını Vaqifin toyu ilə başlayır. Müxtəlif variantlar tərcümə işində də olur.
Tarixi
Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.
Azərbaycanda bədii gimnastika
Azərbaycanda bədii gimnastikaının yaranma və inkişaf tarixi XX əsrin 40-cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadecda Merkulova Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıblar. Larisa Zebina, Lina Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır. 1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak edib. Bu, Azərbaycjan gimnastlarının dünya arenasında ilk çıxışı idi. Lina 1965-ci ildə Bolqarıstanda keçirilən tələbələrin Ümumdünya Spartakiadasında çempion adını qazanıb. "Burevestnik" idman cəmiyyətinin komandası tərkibində bir neçə dəfə SSRİ çempionu titulunu əldə edən Lina Vinnikova 3 dəfə "Miss Qrase" seçilib. 1984-cü il Olimpiya Oyunlarından sonra Azərbaycanda bədii gimnastikaya güclü axın müşayiət olunub. Həmin dövrdə gimnastikamızın parlayan ulduzu Yana Saplina (məşqçisi V. Ukleyina) hesab olunurdu.
Bədii Keramika sənəti
Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər. İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur. Tunc və dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar mədəniyyəti təşkil edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir.
Bədii filmlərin siyahısı
== 0-9 == 12 stul (film, 1971) 13-cü döyüşçü (film, 1999) 16 arzu (film, 2010) 1900-ün əfsanəsi (film, 1998) 2012 (film, 2009) 300 spartalı (film, 2007) == I-X == == A == Ada (film, 2005) Ada (film, 2006) Addams ailəsi (film, 1991) Ağ saray (film, 1990) Alatoran (film, 2008) Alisa artıq burada yaşamır (film, 1974) Alisa möcüzələr ölkəsində (film, 1915) Allahın elçisi Məhəmməd (film, 1976) Amerika piroqu (film, 1999) Amerikansayağı gözəllik (film, 1999) Avara (film, 1951) Avatar (film, 2009) Avqustun 5 günü (film, 2011) Avtomobildən qorun (film, 1966) == B == Babil (film, 2006) Bağışlanmamış (film, 1960) Barri Lindon (film, 1975) Baskervillərin iti (film, 1959) Ben-Hur (film, 1959) Beovulf (film, 2007) Berni (film, 1996) Binqo Bonqo (film, 1982) Bir, iki, üç (film, 1961) Bitlcus (film, 1988) Bleyd (film, 1998) Boleyn qızı (film, 2008) Boşboğaz (film, 1978) Böyük boss (film, 1971) Böyük diktator (film, 1940) Böyük manevrlər (film, 1955) Böyük şəhərin işıqları (film, 1931) Brilyant əl (film, 1968) Bruklin (film, 2015) Bu cütlüyü Tanrı yaradıb (film, 2008) == C == Cangüdən (film, 1961) Cəsur ürək (film, 1990) Cəsur ürək (film, 1995) Cincer və Fred (film, 1986) Cümə, ayın 13-ü. İkinci hissə (film, 1981) == Ç == Çapıqlı üz (film, 1983) Çətin hədəf (film, 1993) == D == Da Vinçi şifrəsi (film, 2006) Dağ novellası (film, 1979) Davaçı (film, 1986) Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992) Devdas (film, 2002) Diksinmə (film, 2004) Dirijor (film, 1980) Don (film, 2006) Don 2 (film, 2011) Dönüklər (film, 2006) Dünən, bu gün, sabah (film, 1963) == E == Embrion gizli ov edir (film, 1966) Emili Rouzun altı ekzorsizmi (film, 2005) Eşq təsadüfləri sevər (film, 2011) Etiraf (film, 2011) Ev (film, 1986) == Ə == Əjdahanın çıxışı (film, 1973) Əlvida, Bafana (film, 2007) Ən yüksək ölçü (film, 1991) Əndəlüs köpəyi (film, 1929) Əsgər atası (film, 1964) Əsgər haqqında ballada (film, 1959) Əvəz qatilləri (film, 1998) == F == Filadelfiya əhvalatı (film, 1940) Forrest Qamp (film, 1994) Fransız öpüşü (film, 1995) == G == Gecə uçuşu (film, 2005) Geniş bağlanmış gözlərlə (film, 1999) Gənc qvardiya (film, 1948) Gizli qalada üç əclaf (film, 1958) G.O.R.A. Götür mənim ruhumu (film, 2010) Günəşli vadinin serenadası (film, 1941) Günortadan sonra məhəbbət (film, 1957) Güzgülər (film, 2008) == H == Harri Potter və Azkaban Məhbusu (film, 2004) Hellovin (film, 1978) Həkim Nou (film, 1962) Həyat üçün təhlükəlidir! (film, 1985) Həyatda hər şey olur (film, 1998) Hörümçək-adam (film, 2002) == X == Xaç atası (film, 1972) Xaç atası 2 (film, 1974) Xaç atası 3 (film, 1990) Xarabalıqdan çıxmış milyonçu == I == "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965) == İ == İblisin qəsri (film, 1896) İdman lotosu-82 (film, 1982) İki kapitan (film, 1976) İki nəfər yolda (film, 1967) İki nəfərlik vağzal (film, 1982) İmmiqrant (film, 1917) İnadkarın ram edilməsi (film, 1967) İnadkarın ram edilməsi (film, 1980) İrəli, Hindistan (film, 2007) İşdə məhəbbət macərası (film, 1977) İşgüzar adamlar (film, 1962) İt həyatı (film, 1918) İtirilmiş həftəsonu (film, 1945) İtləri sevməli (film, 2005) İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973) == J == == K == Kabiriyanın gecələri (film, 1957) Kanal (film, 1956) Karnaval gecəsi (film, 1956) Kiborq (film, 1989) Kikboksçu (film, 1989) Kişi və qadın (film, 1966) Kolleksiyaçı (film, 1965) Köpək Barbos və qeyri-adi qaçış (film, 1961) Körpə gəzintidə (film, 1994) Kraliça (film, 2006) Kral Lir (film, 1970) Kriminal qiraət (film, 1994) Küp (film, 1970) == Q == Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966) Qapışma (film, 2000) Qan ovçusu (film, 2007) Qara qağayı (film, 1962) Qara qu quşu (film, 2010) Qaraqulaq ağ Bim (film, 1977) Qaz işığı (film, 1944) Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975) Qətl! (film, 1930) Qəzəbin yumruğu (film, 1972) Qırmızı günəş (film, 1971) Qırmızı səhra (film, 1964) Qızıl hərisliyi (film, 1925) Qisasçılar (film, 2012) Qladiator (film, 2000) Qoca və dəniz (film, 1958) Qocalara burada yer yoxdur (film, 2007) Qorxulu gecə (film, 1896) Qoy danışsınlar!
Göz (bədii film)
Göz (ing. The Eye) — amerika istehsalı olan və 2008-ci ildə ekranlara çıxan mistik triller janrında olan film. Film Sinqapur,Tailand və Honkonqun 2002-ci ildə birgə istehsal etdiyi eyniadlı filmin remeyki hesab edilir. Baş rolu aktrisa Cessika Alba ifa etmişdir. == Süjet == Sidney Vells uşaqlıqdan kordur. Bir gün ona digər bir qadının gözləri əməliyyat nəticəsində transplantasiya edilir və Sidney görməyə başlayır, lakin o donor qadının gözləri ilə gördüyündən həmin qadının qorxunc həyatı və faciələri Sidneyə aman vermir. Ruhlar və digrə qorxunc varlıqlar onun gözünə görünməyə başlayır… == Maraqlı faktlar == Film 12 milyon dollara başa gəlsə də, istehsalçılara 56.309.766 dollar gəlir gətirir.
Ontario bədii qalereyası
Ontario İncəsənət Qalereyası (ing. Art Gallery of Ontario) – Torontoda muzey, 45 min kv. metrlik sərgi sahəsi ilə Şimali Amerikada ən iri bədii muzeylərdən biridir. Muzeydə kolleksiyalar üç bölməyə ayrılır: Kanada incəsənəti, Avropa incəsənəti və Henri Murun heykəltəraşlıq əsərləri. Ontario bədii qalereyasının əsası 1900-cü ildə Toronto bədii muzeyi adı ilə yaranmışdır. 1919-cu ildə muzeyin adı dəyişdirilərək Toronto bədii qalereyası adlandırılmışdır. 1966-cı iədən muzey indiki adını almışdır. Muzeydə hazırda 68 mindən çox eksponat nümayiş etdirilir. Avropa incəsənəti bölməsində Rembrantın, Kiçik Piter Breyqelin, Tintorettonun, Frans Xalsın, Van Qoqun, Klod Monenin, Pol Qoqenin, Edqar Deqanın, Renuarın və Pikassonun da əsərlər də vardır.
Dünya tarixi
Dünya tarixi və ya insanlıq tarixi — bütövlükdə bəşər cəmiyyətinin inkişaf prosesi, bütün xalqların tarixində özünü göstərən qanunauyğunluqlar ilə səciyyələnir. Dünya tarixi prosesi bəşər cəmiyyətinin yaranması ilə başlayır və ümumi fərqləndirici xüsusiyyətlərdən asılı olaraq şərti olaraq xronoloji dövrlərə bölünür Bəzən dünya tarixi ayrı-ayrı ölkələrin tarixinin və ya özünəməxsus və nisbətən qapalı mədəniyyətlərin tarixlərinin məcmusu kimi başa düşülür. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən keyfiyyətli sıçrayışlar və ya inqilablar yolu ilə. Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Səpələnmiş yaşayış məntəqələri həyatı dəstəkləyən mənbələr — münbit təbii suvarılan torpaqlar, su (çaylar və göllər) və heyvandarlıq üçün bol otlaqlar ətrafında cəmləşmişdir. Nəqliyyat vasitələrinin təkmilləşdirilməsi də buna kömək etdi. Qədim icmaların bu təbii inkişaf prosesləri, min illər boyu inkişaf edən qonşu icmalar arasındakı rəqabət və qarşıdurmalarla müşayiət olunan vəziyyət dövlətlərin və daha sonra super güclərin (imperiyaların) yaranmasına səbəb oldu. Qədim dövrün sonunda Roma İmperiyasının Avropada süqutu orta əsrlərin başlanğıcı oldu.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.
Ermənistan tarixi
Filippin tarixi
Filippin tarixi — Filippinin tarixi == Erkən dövr və orta əsrlər == Cənub-Şərqi Asiyada, Sakit Okeanın qərbində yerləşən Filippinin tarixi zəif öyrənilmişdir. Əhalinin 90%-dən çoxu yerli xalqlardır. Onlardan vissaylar, taqalar, iloklar, morolar, luson, neqros, aetalar yerli xalqlardan hesab olunur. Filippində dindarların əksəriyyəti, yəni 90%-dən çoxu xristianlardır, lakin sonralar, yəni ərəb istilasından sonra Filippində yalnız XIV–XV əsrlərdə islam dini yayılmağa başlamışdı. Luson və Sebu adalarında, o cümlədən Sulu arxipelaqında kiçik knyazlıqlar yaranmışdı. Dəniz yollarının açılması, yeni coğrafi kəşflər nəticəsində avropalılar Cənub-Şərqi Asiyada işğalçılıq yürüşünə başlayanda Filippin də bu işğala məruz qaldı. XVI əsrin ikinci yarısında ispanlar Filippini işğal etdilər. İspan müstəmləkəçilərinin işğalından sonra Filippində milli azadlıq hərəkatı formalaşmağa və təşkilatlanmağa başladı. XVII əsrdə Filippin xalqları fasilələrlə ispan qəsbkarlarına, hərbi ekspansionistlərə və digər Avropa dövlətlərinin erkən müstəmləkəçilərinə qarşı silahlı mübarizə aparmalı olmuşdur. 1639, 1649–1650-ci illər, 1660–1661-ci illər silahlı müqavimət hərəkatı Filippin xalqlarının milli azadlıq hərəkatı tarixində mühüm mərhələni təşkil edir.
Finlandiya tarixi
Finlandiya tarixi (fin Suomen historia) - Finlandiya Respublikasının yerləşdiyi ərazinin tarixindən ibarətdir. Finlandiyada yaşayan yerli xalq olan finlər eradan əvvəl Avropaya Sibirdən gəlmişdilər. Sonralar finlər Skandinaviyada yaşayan digər xalqlarla münasibətlərni güçləndirmiş və tarixən Sibirdə olan köklərini unutmuşlar. == Müharibə arası == Vətəndaş müharibəsindən sonra parlamenti idarə edən Ağlar Alman şahzadəsinə Kral rolunu verərək Finlandiya Krallığını təsis etmək üçün səs verib. Halbuki, 1918-ci ildə Almaniya uduzduğuna görə, bu mümkün olmayıb və əvəzinə Finlandiya 1919-cu ildə bir Respublika olub, Prezident şəkildə Kaarlo Yuho Toberqı seçib. == SSRİ-Finlandiya müharibəsi == SSRİ ilə Finlandiya arasında müharibə, 30 noyabr 1939-13 mart 1940-cı illərdə baş vermişdir. 1939-cu ildə Sovet hökuməti hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini 1932-ci ildə ləğv etdi. Noyabrın 30-da müharibə başladı. 1940-cı il fevralın 11-də sovet qoşunları "Mannerheym xətti"nin əsas zolağını yara bildi. Finlandiyanın Kareliya ordusunun əsas qüvvələri darmadağın edildi.
FİFA tarixi
FIFA (fr. Fédération Internationale de Football Association, azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — futbol ve futzalın dünya səviyyəsində ali idarəedici orqanıdır. Dünyanın ilk yaradılan və ən böyük QHT-ı olan FİFA 21 May 1904-cü ildə yaradılmışdır. Təşkilata hal-hazırda 209 üzv konfederasiyalar daxildir. == Yaradılışı == 1872-ci ildə Qlazqonun Hamilton Kresent meydanında İngiltərə və Şotlandiya yığmaları arasında keçən rəsmi görüş 0–0 hesabı ilə bitdi. Növbəti il Londonun Oval stadionunda keçirilən maçda isə İngiltərə Şotlandiya üzərində 4-2 hesabı ilə qələbə qazandı. Növbəti il 1873-cü ildə isə dünyanın sayca ikinci milli futbol assosiasiyası – Şotlandiya Milli Futbol Assosiasiyası yaradıldı. Buna qədər İngiltərə Milli Futboll Assosiasiyası dünyanın ilk və tək futbol təşkilatı idi, çünki o zamanlar futbol yalnız Birləşmiş Krallıqda oynanılırdı. Futbol geniş yayıldıqca və milli komandalar arasında keçirilən görüşlərin sayı arttıqca bu oyunlara qlobal səviyyədə nəzarət edəcək bir təşkilatın yaradılmasına ehtiyac duyuldu.