Bəkməz

Tut meyvələrinin sıxılmış suyunun qaynadılması yolu ilə əldə edilir. Azərbaycan dilində “doşab” mənasında da işlənir. Mahmud Kaşğarinin “Lüğət”ində “bəkməs//pəkməz “ formalarında qeydə alınmışdır. Mahmud Kaşğari göstərir ki, bəkməz sözü oğuzcadır. (8, 448) Prof. H.Mirzəyev bəhməzin hazırlanma qaydasını və müalicəvi əhəmiyyəti haqqında yazır ki, tutu yığıb, pörtlədib süzürlər. Tut şirəsini mis tiyanlarda qaynadırlar. Bəhməz hazır olana yaxın üzündə sarı köpük olur. Buna sarıköynək deyirlər. Sarı köynəyi tökməzlər. Ayrıca yığıb, qatıq bəhməz düzəldərlər. Bəhməz sinə ağrılarında, öd, qaraciyər xəstəliklərində təsirli dərmanlardan sayılır. Suya, yaxud inək südünə qatıb içərlər. (29, 325) Bəkməz sözü Türkiyə türkcəsində pekmez, başqırd türkcəsində sirop, şirbət hav, qazax türkcəsində yüzüm şırını, qırğız türkcəsində şerbet, özbək türkcəsində şərbət, tatar türkcəsində sirop, kuyı şirbət, türkmən türkcəsində sirop, şerbet, uyğur türkcəsində şərbət (33, 698-699) formalarında işlənir. Bu söz rus dilində bekmez şəklində işlənir və bu dilə türk dilindən keçmişdir.
Başəyax
Bəkni
OBASTAN VİKİ
Bəkməz
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.

Digər lüğətlərdə