1. Çox xırda adam.
Telli də boy atmayır; Cırtdandan balacadır; Yaşıdı Sənəm ondan; Həm sağlam, həm ucadır.
Bir də görürsən ki, dağ boyda insan; Bir cırtdan önündə cücədir, cücə.
[Güllü xanım:] …Eynşteyn deyib ki, cırtdanı nəhəngin başına mindirsən də ondan nəhəng çıxmaz…
// sif. mənasında. Çox kiçik, cılız, sısqa.
Əlləzoğlu cırtdan gövdəsini çəkib, bu iri qol-budaqlı adamın qarşısında özünü yığışdırdı.
2. məc. Naçiz, dəyərsiz, ləyaqətsiz adam haqqında.
[Kərəmov:] Adamlığı, qabiliyyəti etibarilə cırtdan olduğu halda, özünü aslan hesab edir.