CİNG

1. чиж; 2. динь-динь (звукоподражание);
CİNDAR
CİNG-CİNG
OBASTAN VİKİ
Cingirdağ
Cingirdağ — Səngəçal dəmiryol stansiyasından təxminən 10–15 km qərb tərəfdə uzunsov və düz zirvəli yastı dağ. == Coğrafiyası == Qobustan qayaüstü təsvirlərinin yığcam sahələrindən biri – Yazılıtəpə, o dağın şimal (buradan sağ tərəf) dibindədir. Cingirdağın arxasında, Qobustanda ən hündür palçıq vulkanı olan Torağay dağı görünür. Hündürlüyü 228 metrdir. Bəzi ehtimallara bu dağ Dingirdağ da adlandırılır. == Adının etimologiyası == Qobustanda Cingirdağı yerli camaatın Cingir Baba adlandırması da əsassız deyildir. Cingirdağ adının keçmişdə Dengir, Dengri kimi tələffüz olunması da maraq doğurur. Belə də Cingir adının Tenqri ilə bir bağlılığının olması ehtimal edilə bilər. == Dağın ətəyindəki abidələr == === Yazılıtəpə === 1966-cı il sentyabr ayının 9-da Qobustanda qədim qayaüstü təsvirlər saxlanmış və qədim arxeoloji abidələr, düşərgələr qeydə alınmış Cingirdağ dağı və Yazılıtəpə ərazisi Böyükdaş, Kiçikdaş dağları ilə birlikdə Respublika Nazirlər sovetinin 509 №-li qərarı ilə Dövlət tarixi-bədii qoruğu elan edildi və 1967-ci il fevralın 1-dən müəllifə mütəxəssis kimi Mədəniyyət Nazirliyi nəzdində yaradılmış bu qoruğu təşkil və rəhbərlik etmək işi tapşırıldı. Bundan sonra Qobustan ekspedisiyası Tarix İnstitutu və Qobustan qoruğu tərəfindən müştərək ekspedisiya kimi indiyə kimi də davam etməkdədir.
Cingulata
Armadillər (lat. Cingulata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Cingözqala
Çingizqala — Azərbaycanın Zaqatala rayonunun Car kəndi ərazisində qala, tarix-memarlıq abidəsi. Xarici görünüşü ilə unudulmaz sərtlik təəssüratı yaradan bu cür qüllələr onları yaratmış cəmiyyətin sərt yaşayış tərzini əks etdirir. Abidə düz yol kənarında inşa edilmişdir. Qala ətrafındakı ərazi müdafiə divarları ilə əhatə olunsa da, həmin divarların çox az hissəsi dövrümüzə çatmışdır. Lakin, müdafiə divarlarınən qalıqları Çingizqalanın tək dayanan qüllə yox, yaxşı möhkəmləndirilmiş geniş ərazili qala olduğunu göstərir. Qala divarlarının qərb küncü yol ayrıcına baxır. Divarların qismən dövrümüzə çatmış şimal-qərb hissəsi yol boyunca uzanır. Ehtimal ki, divarın yuxarı hissəsində dövrümüzə çatmamış mazqallar mövcud olmuşdur. Qüllə qalanın dövrümüzə ən yaxşı çatmış hissəsidir. Təəssüf ki, XX əsr boyunca qüllə və yanındakı evin məskunlaşmış olması onun memarlıq xüsusiyyətlərinin təhrik edilməsi və bəzi hissələrinin dağıdılmasına gətirib çıxarmışdır.
Pseudochazara cingovskii
Pseudochazara cingovskii — Nimfalidlər ailəsində bir kəpənək növüdür. Yalnız Makedoniyanın Pletvar kəndində rast gəlinir. Ekək fərdlər dişilərdən bir qədər kiçikdir. Solğun boz qəhvəyi rəngdədir, üstündəki zolaqlar xüsusilə nəzərə çarpır. Yaşayış yeri əsasən dağınıq ağ əhəng daşı qayalarıdır və nöz burada istirahət edərkən olduqca solğun bir rəngi olduğu üçün onu görmək çox çətindir. Bu endemik növ Avropada ən çox təhlükə altına alınan kəpənək növüdür və aktiv qorunma səyləri sağlam bir populyasiya miqdarının qorunması üçün vacibdir. Növ hündürlüyündən asılı olaraq iyun ayının sonundan iyul ayına qədər qanadlıdır. Sürfələri otlar üzərində böyüyürlər.

Digər lüğətlərdə