Ciqandərəçay — Ordubad rayonu ərazisində çay. Düylünçayın sol qolu.
== Haqqında ==
Uzunluğu 10 km, hövzəsinin sahəsi 21 kv.km-dir. Əsasən qar suları və yeraltı sularla qidalanır. Təsərrüfata xeyli ziyan vuran struktur və qeyri-struktur sel hadisələri olur.