Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laləyarpaq çibançiçəyi
Çibançiçəyi
Çoban
Çiba
Çiba (yap. 千葉市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Çiba prefekturasının eyniadlı paytaxtı.
İBAN
IBAN (ing. International Bank Account Number) — Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan, maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir. Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və hal-hazırda tətbiq edilən bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq respublikada IBAN-ın tətbiqi qərara alınmışdır. Bu tədbirin həyata keçirilməsi üçün Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində İşçi Qrup (İQ) yaradılmışdır. Standart bank hesab nömrəsinin (IBAN) tətbiqi və istifadəsi ilə əlaqədar tez-tez verilən suallar 1. IBAN nədir? Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir. 2. Azərbaycanda IBAN-ın strukturu necədir? Azərbaycan Respublikasında IBAN-ın strukturu aşağıdakı formadadır: IBAN-ın strukturu: 3.
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış bəylərindən biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Kənan Çoban
Kənan Çoban (türk. Kenan Çoban; 22 yanvar 1975, Palu, Elazığ ili) ― Türkiyə aktyoru.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Xan Çoban
Xan Çoban - Azərbaycanın məşhur aşıqlarında olmuşdur. Xan Çoban təxəllüsü ilə məşhur olan Həkim Əbülqasım Nəbati 1799-сü cu ildə Azərbaycanda Qaradağin Uştəbin kəndində anadan olmuşdur. Onun "Xan Çoban" və "Sara" adlı nağılqoşmasi məşhur və çox oxunan dastanlardandır. Nəbatının ayrıca divanı da nəşr edilmişdir.
Çikan (Marağa)
Çikan (fars. ‎‎‎چكان‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 966 nəfər yaşayır (231 ailə). Əhalisi Azərbaycan türkləri və şiə inanclıdır.
Çilan (Marağa)
Yuxarı Çilan (Marağa)
Çiran (Miyanə)
Çiran (fars. چرن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (61 ailə).
Çoban (1971)
Film ömrünü dağlarda keçirən çobanların çətin əməyindən danışır. Filmin qəhrəmanı Azərbaycan Ali Sovetinin deputatı, çoban Boran Kərimovdur.
Çoban (bürc)
Çoban vəya Naxırçı (bürc) (lat. Boötes) — göyün şimal yarımkürəsində bürc. Çoban bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər fevral-iyun ayları olur.
Çoban Həsən
Həsən Kərimov (çoban)
Çoban Məhəmməd
Çoban Məhəmməd (1857, Ağkilsə, Yeni Bəyazid qəzası – 1937, Ağkilsə, Basarkeçər rayonu) — şair, ustad aşıq. Aşıq Məhəmməd Alməmməd oğlu 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur. Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb. Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış. Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, el-obada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir: Şair Məhəmməd "Məhəmməd və gürcü qızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.
Çoban Nurmətov
Çoban kilsəsi
Çoban kilsəsi - Türkiyə Cümhuriyyətində, Ani şəhər xarabalıqlarında yerləşən, qədim bir erməni kilsəsi. Kilsə, Ani qalasından kənarda, təxminən qalanın Şimal-Qərb tərəfində, Horomos monastırına gedən yolun üstündə yerləşir. XX əsrin əvvəllərində dağılmış bir vəziyyətdə olan kilsə, 1966-cı ildə baş verən bir zəlzələdən sonra tamamilə yerlə yeksan olmuşdur. Dövrümüzə kilsənin yalnız bir neçə divarının qalığı çatsa da, həmin qalıqların yerləşdiyi ərazi Türkiyə-Ermənistan sərhəddində - qadağan olunmuş zonada yerləşdiyinə görə oraya getmək mümkün deyildir. Kilsənin kitabəsi olmayıb və inşa tarixi haqqında heç nə məlum deyil. Çoban kilsəsi adı isə kilsəylə bağlı bir rəvayətdən qaynaqlanır. Belə ki, rəvayətə görə kilsə Anidəki kilsələrdə olan səs-küy səbəbindən, həmin kilsələrdə ibadət edə bilməyən bir çoban tərəfindən inşa etdirilmişdir. Çoban kilsəsi kiçik bir kilsə olsa da, çox qarışıq bir memarlıq layihəsinə malik olmuşdur. Kilsə binası iki mərtəbəli olmaqla on bir metr hündürlüyə malik olmuş, binəsinin qalınlığı isə yeddi metr olmuşdur. Birinci mərtəbə xüsusilə mürəkkəb bir plana sahib olub.
Çoban salatı
Çoban salatı — Azərbaycan və türk mətbəxinə aid salat növü. Bu salatın tərkibi təzə tərəvəzlərdən, göy-göyərti və əlavə dad üçün zeytun yağı və sıxılmış limon suyundan ibarət olur. Demək olar ki, hər növ əsas yeməyin yanında süfrəyə verilir. Xüsusiylə də kabab, müxtəlif ət yeməkləri, plovlarla yeyilməsi məqsədəuyğundur. Pəhriz salatı kimi də yeyilir.
Çoban Əfqan
Çoban Əfqan (Ələkbər Namazov, 1866–1924) — Azərbaycan aşığı. Ələkbər Namazov 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Çox yoxsul həyat keçirən Çoban Əfqan kiçik yaşlarından varlıların mal-qoyununu otarmış, onlara muzdurluq eləmişdir. Çoban Əfqan 1924-cü ildə vəfat edib. Şübhəsiz Qazax və Tovuz mahalının məclisləri, el şənlikləri, tanınmış ustad aşıqların – Şəmkirli Hüseynin, Ələsgərin, Bozalqanlı Hüseynin, Şikəstə Qəhrəmanın dərin məzmunlu şeirləri, ustadnamələri Çoban Əfqanın qəlbinə yol tapmış, könüldən keçən duyğuları söyləməyə sövq etmişdir. Fitri istedadı olan Çoban Əfqan dadlı-duzlu şeirləri ilə məzmunlu, yeni ruhlu şeirləri geniş yayılmışdır. Bu qəbil şeirlərindən o, həyatın çox ağır məqamlarını, özünün keçdiyi çətin, dözülməz muzdurluq həyatını, ehtiyac içərisində yaşadığı anları yeni-yeni bədii ifadələrlə qələmə almışdır. Çoban Əfqanın ikinci qism şeirləri ənənəvi məhəbbət lirikasıdır. Bu qəbil şeirlərində də şair özgün yeni ifadə formaları tapır. Həm də o, Kərəm və Məcnun yanğısından daha çox qarşılıqlı real həyat sevgisini təsvir və tərənnüm edir… Azərbaycan aşıqları və el şairləri II, Bakı, 1984, s.
Əmir Çoban
Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz və ya Əmir Çuban (1260-cı illər – noyabr 1327, Herat) — Elxanilər dövlətində fəaliyyət göstərmiş Çobanilər ailəsinə məxsus şəxs və nominal olaraq Böyük Monqol imperiyasının generalı. O, Çin monqolları olan Yuan sülaləsindən hökmdar Yesün Teymur tərəfindən titulla mükafatlandırılmışdı. Əmir Çobanın atası olan Məlik Bağdadın mühasirəsində iştirak etmişdi. Bundan başqa, onun əmisi Akrunçi 1818-ci ildə Gürcüstana edilən yürüşə qatılmışdı. Əmir Çobanın babası olan Tudaun Sulduz tayfasından idi. Tudaun Çingiz xanın əsas dörd yoldaşından biri olan Çilaunun soyundan gəlməkdə idi. Tudaun Hülakü xanın 1262-ci ildə olan Qızıl Ordaya qarşı yürüşündə iştirak etmiş, bundan sonra onun tərəfindən Diyarbəkir hakimi təyin edilmişdi. Abaqa xanın hakimiyyəti dövründə Xorasana, oradan isə Anadoluya hakimlik etməyə göndərilmişdir. O, Anadoludakı monqol hakimlərindən biri ikən 1277-ci ildə Əlbistan döyüşündə öldürüldü. Çobanın atası barədə qaynaqlarda çox az məlumt var.
Abdulhey Çoban
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib.
Əbdulhey Çoban
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib.
Çoban (dəqiqləşdirmə)
Çoban — heyvan otaran şəxs.
Çoban yastığı
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.
Kazuhiko Çiba
Kazuhiko Çiba (d. 21 iyun 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mamoru Çiba
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir. Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır. Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Məfatihul-cinan
Məfatihul-cinan (ərəb. مفاتیح‌الجنان‎) — Şeyx Abbas Quminin On dörd məsumdan nəql etdiyi duaları topladığı külliyat. Məfatihul-cinan azərbaycanca cənnətin açarları mənasını verir. Şeyx Abbas Qumi, Məfatihul-cinan, mütərcim: Zəfər Cəfərzadə, Daneşe hamedun, Bakı, 2006, 5000 tiraj, 1232 səh.