Aşıq Xaspolad Coşğun
Aşıq Xaspolad Gülablı (Coşqun) (21 mart 1919, Ağdam, Gəncə quberniyası – 3 iyul 2000, Xındırıstan, Ağdam rayonu) — XX əsr Azərbaycan aşığı.
== Həyatı ==
Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart (24 may) 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində almışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləmiş,
1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuşdur.
3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir.
== Yaradıcılığı ==
Aşıqlığa gənc yaşlarından başlamışdır. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənmişdir. Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur.