Coşğun Ənvər oğlu Bayramov (25 may 1991, Qəmərvan, Qəbələ rayonu – 8 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Coşğun Bayramov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qəmərvan, Qəbələ, AzSSR |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Qəmərvan, Qəbələ, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Coşğun Bayramov 1991-ci il mayın 25-də Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.[1] Ailəli idi. Bir oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Coşğun Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşğun Bayramov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunun Qəmərvan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşğun Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]