DIRNAQ ARASINDA
DIRNAQLA ƏTİN ARASINA GİRMƏK
OBASTAN VİKİ
Dırnaq
Dırnaq — insanların (bir çox onurğalıların) ayaq və əllərinin uclarında mövcud olan bərk lövhəciklər. Qaşıma, soyma, cızma kimi funksiyaları var. Ayaq dırnaqları əl dırnaqlarına nisbətən daha ləng uzanır. Dırnaqların uzunma sürəti şəxsin orqanizmdən və yaşından asılı olaraq fərqlənə bilər. Uzanmış dırnaqların altında bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır. ABŞ-nin Florida ştatındakı Klivlend klinikasının dermatoloqu Tamar Lior öz araşdırmaları nəticəsində belə bir nəticəyə gəlmişdir ki, insanın dırnaqlarının rəngi vasitəsi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür. O dırnaqlardakı rəng dəyişikliklərinin bədəndəki hər hansı bir sağlamlıq problemi ilə əlaqədar olduğunu bildirmiş və rənglərə görə xəstəlikləri aşağıdakı kimi sıralamışır: Dırnaqlarda ağ rəng - Qara ciyərdə hepatit. Sarımtıl rəng - Ağciyərdə emfizema. Sarımtıl və azca qızartılı rəng - Diabet. Yarı ağ, yarı çəhrayı - Böyrək xəstəlikləri.
Dırnaq göbələyi
Onixomikoz (onychomycosis) — dırnağın göbələk xəstəliyinə tutulması (infeksiyası). Trichophyton rubrum, Trichophyton interdigitale, Trichophyton tonsurans və digər göbələklər tərəfindən törədilir. Xəstəlik törədicisi Epidermophyton floccosum və Microsporum canis də ola bilir. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb ola bilər. Risk faktorlarına atletin ayağı, digər dırnaq xəstəlikləri, bu xəstəliyə məruz qalma, periferik damar xəstəliyi və zəif immun funksiyası daxildir. Diaqnoz ümumiyyətlə görünüşə görə və laboratoriya testləri ilə təsdiqlənir. Onikomikoz yetkin əhalinin təxminən 10 faizində baş verir, yaşlı insanlar daha tez-tez təsirlənir. Kişilər qadınlardan daha çox təsirlənir.
Dırnaq işarəsi
Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi. == Dırnaqların əsas növləri == Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər: == Rusca yazıda istifadə edilən dırnaqlar == === Qoşa dırnaqlar === Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman „lapka“sından istifadə edilir. == Azərbaycanca yazıda istifadə edilən dırnaqlar == Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır.
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dırnaq törpüsü
Dırnaq törpüsü, Savand və ya Sohan — yüngülcə dırnaqların kənarlarını yumşaltmaq və şəkilləndirmək üçün istifadə edilən vasitədir. Manikür və pedikürdə də istifadə edilir. == Mənbə == "A History of Nail Care" (ingilis). Nails Magazine. 2004. 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-07.
Dırnaq boyası
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dırnaq (dəqiqləşdirmə)
Dırnaq — barmaqların ucunun üst tərəfində sümük kimi maddədən ibarət örtü.
Dırnaq tutan
Dırnaqtutan — əl və ayaq dırnaqlarını düzəltmək üçün istifadə edilən alət. Dırnaqtutanlar adətən paslanmayan poladdan, həmçinin plastik və alüminiumdan hazırlanır.
Qaraquş (dırnaq mayası)
Qaraquş (lat. reduvial)- dırnaq büküşünün dərisinin cırılması. Adətən yan (lateral) büküşdə görünür, çünki bu yerdə dəri tez-tez mexaniki təsirə məruz qalır, lakin, arxa büküşdə də baş verə bilər. == Səbəblər == Əllərinizin dərisi nə qədər qurudursa, qaraquşun əmələ gəlmə ehtimalı da o qədər yüksəkdir. Quruluq səbəbdən çox incə dırnaq büküşü elastikliyi itirir və mexaniki təsir zamanı asanlıqla yırtılır. Əlbəttə, barmaqlara intensiv təsir həmçinin qaraquşun yaranmasının riskini artırır. Qaraquş altına infeksiya düşə bilər, hansı kı dırnaq büküşünün irinli iltihabına gətirib çıxara bilər. == Müalicə == Qaraquşlar manikürlü qayçı və ya dırnaqtutan ilə diqqətlə kəsilməlidir, sonra zədələnmiş dırnaq büküşünü dezinfeksiya maddələri ilə təmizlənməlidir. Qaraquşu qopartmaq lazım deyil, çünki tez-tez o zamanda dərinin böyük bir hissəsi ayrılır və yaranın yoluxma riskini artırır.
Bəylərin yeri yaşayış yeri
Bəylərin yеri yаşаyış yеri — Tumаslı kəndinin cənubundа yеrləşir. Yаşаyış yеrinin ərаzisi düzənlikdir. Düzənliyin mərkəzi hissəsində uzunsоv, çох dа hündür оlmаyаn təpə vаrdır. Təpənin üzərində "Sеyid qəbri" аdlаndırılаn tək bir məzаr vаr. Həmin məzаr kənd sаkinləri tərəfindən tеz-tеz ziyаrət еdilir. Tədqiqаt zаmаnı yаşаyış yеrinin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аbidədən tоplаnаn kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz qаb pаrçаlаrındаn ibаrətdir. Şirli qаb pаrçаlаrınа çох аz rаstlаnır. Kеrаmikа məmulаtı inkişаf еtmiş və Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI–XIX əsrlərə аid еtmək оlаr.
Dağar yeri
Dağar yeri- Ağcabədi rayonu ərazisində, Qaradolaq kəndi yaxınlığında oroqrafik obyektlərdən biri. == Toponimikası == Dağar sözü əski türklərdə "çəki", "ölçü" anlamı daşımışdır. Əvvəllər tərəkəmələr böyük ölçülü qaba dağar, kiçik ölçülü qaba isə dağarcıq deyərdilər.Orta çağda türk qurumlarında ordunu ərzaqla təmin etmək üçün rəiyyətdən yığılan natural vergi növünə dağar deyilmişdir.
Həbs yeri
Həbs yeri — tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və ya qarnizon hauptvaxtları. Böyük Britaniyada həbs yerləri əsasən polis məntəqələrində təşkil olunur. Əvvəllər bütün polis məntəqələrində cinayətkarların saxlanıla biləcəyi az sayda fərdi kameralar var idi. Hazırda isə əksər tutulmuş şəxslər məhbusların saxlanılması üçün nəzərdə tutulmuş böyük polis məntəqələrinə aparılırlar.
Kino yeri
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Tamaşa yeri
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. == Tarixi == Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Yurd yeri
Yurd yeri — 1994-cü il Azərbaycan istehsalı dram janrında film. == Məzmun == Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Albantəpə yaşayış yeri
Albantəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin qərbində yerləşən, antik dövrə aid qədim yaşayış yeri. == Haqqında == Yaşayış yeri hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Abidədə 1979-cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində 1,5 m dərinlikdə mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6-7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab qırıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı və ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqlar), şüşə qab parçaları və sair əldə edilmişdir.
Almalı yaşayış yeri
Аlmаlı yаşаyış yеri — Хаrаbаlıqlаrı еyniаdlı kəndin yахınlığındа yеrləşir. Еvlər dаş təməl üzərində çiy kərpic və möhrədən inşа еdilmişdir. Bəzi еvlərin divаrlаrınа аğаc tirlər аtılmışdır. Uçub-tökülmüş binаlаrın içərisində dördkünc tахçаlаrа və buхаrılаrа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə yахşı bişirilmiş şirli qаblаrdаn və qаrа rəngli çölməklərdən ibаrətdir. Yаşаyış yеrindən аşkаr еdilmiş sахsı məmulаtı XIX-XV əsrlərə аiddir.
Alovtəpə yaşayış yeri
Alovtəpə — Kəngərli rayonunda Yurdçu kəndindən şərqdə orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Sahəsi 2 hektardır. Qərb tərəfdən dərə ilə məhdudlaşır. Mədəni təbəqə olduqca az qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində dördkünc formalı evlərə aid daş təməl qalıqları mövcuddur. Tikinti qalıqlarına əsasən demək olar ki, evlər daş təməl üzərində çiy kərpicdən və möhrədən inşa olunmuşdur. Yerüstü materiallar şirli və şirsiz saxsı məmulatından ibarət olub əsasən çəhrayı rəngdədir. Gil məmulatı içərisində küpə tipli qabların oturacaq hissəsinin və onların gövdəsinin sınıqları üstünlük təşkil edir. Tapıntıların əksəriyyəti forma verməyən parçalardan ibarətdir. Bəzi qabların gilinə iri qum qatılaraq qeyri-bərabər bişirilmiş, içəri tərəfinə qırmızı boya çəkilərək yaxşı hamarlanmışdır.Digərləri iri qum və Bitki qarışığı olan gildən hazırlanmış çəhrayı rəngdə bişirilmişdir.
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Anazağa yaşayış yeri
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir. == Tədqiqi == Ana zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir. Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur. Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir. Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir.
Billava yaşayış yeri
Billava yaşayış yeri — Şərur rayonunda, Axura kəndinin cənub-şərqində, hər tərəfdən dağlarla əhatələnmiş dərədə son orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri XX əsrin ortalarınadək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Yerüstü tədqiqatlar nəticəsində Billava kəndi yaxınlığında şirli gil qab parçaları əldə edilmişdir. Abidəni IX-XX əsrlərə aid etmək olar. Hündür təpənin üzərində aşkar edilən nekropolda qəbirlərin hamısı qiblə istiqamətindədir. Başdaşıları yonulmamış, yastı daşlardan qoyulmuşdur. Bəzi qəbirlərin ətrafı dördkünc formada çaydaşıları ilə əhatələnmiş, bəzilərinin isə üstü tamamilə daşla örtülmüşdür. Nekropolun ərazisindən orta əsrlərin inkişaf etmiş dövrünə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.45.
Billаvа yaşayış yeri
Billava yaşayış yeri — xarabalıqları Axura kəndinin cənub-şərq istiqamətində hər tərəfdən dağlarla əhatə edilmiş dərədə yerləşir. Billava orta əsr yaşayış yeri son dövrlərədək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Tədqiqatlar nəticəsində yaşayış yerlərindən aşkar olunan arxeoloji materiallar başlıca olaraq şirli və şirsiz keramika məmulatlarından ibarətdir. Yaşayış evləri daş təməl üzərində möhrədən və çiy kərpicdən inşa edilmişdir. Divarların seysmik davamlılığını artırmaq üçün hörgünün arasına ağac tirlər atılmışdır. Bu materiallar əsasında yaşayış yerini 9–20 əsrlərə aid etmək olar.
Bülövqaya yaşayış yeri
Bülövqaya — Babək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri. == Əhəmiyyəti == Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir.
Bəndovan yaşayış yeri
Şimali Azərbaycanda orta əsrlərə aid yaşayış yeridir. Qalıqları Bəndovan burnu və Xəzər dənizində aşkar edilib (1970). Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı covustan tipli tikililər, dulus kürələri, orijinal şirli vəşirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s. tapılıb. Arxeoloji nateriallar Bəndovanın IX-XIII əsrlərə aid olduğunu göstərir. Tapılmış mis və gümüş sikkələr Şirvanşahlar dövrünə aiddir. Şəhər haqqında Abbasqulu ağa Bakıxanov məlumat verib.