daşdələn

daşdələn
daşçılıq
daşdələnkimi
OBASTAN VİKİ
Daşdələn
Daşdələn (lat. Saxifraga) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə daxil olan bitkilər qayalıqlar arasında bitdiyinə görə daşdələn adlandırılmışdır (yunanca "saxum" — qaya deməkdir. Məlum olan 370 növdən gülçülükdə təxminən 80 növündən istifadə edilir. Onlardan ən geniş yayılanları aşağıdakılardır: Çimli daşdələn (S. caespitosa) hündürlüyü 20 sm-ə çatan, ağ gülləri süpürgə çiçək qrupuna toplanmış bitkidir. Daşdələnin vətəni tundradır. Əsasən bitkinin hibrid formalarından istifadə olunur. Dənəvər daşdələn (S. granulata) vegetativ çoxalma üçün rozetin bünövrəsində əmələ gələn xırda kök yumrularından istifadə edilir. Qığırdaqlı daşdələnin (S. cartilaginea) yarpaqları ağ, əhəngli dənəciklərlə örtülü olan bitkidir. Daşdələnin toxumlarını apreldə torpağa səpməklə çoxaltmaq olar.
Tilli daşdələn
Tilli daşdələn — (lat. Saxifraga cymbalaria) Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır. BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır.
Vəsli daşdələn
Saxifraga exarata (lat. Saxifraga exarata) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i, ii, iii, iv). Böyük Qafqzın Quba hissəsi və Kiçik Qafqazın şimal hissəsində yayılmışdır. Çoxillik ot bitkisidir. Gövdə zoğları sıx, kirəmitli yarpaqcıqlı, çiçəkli, düz vəziciklidir. Budaqlı zoğların yarpaqları 3 bölümlü, küt hissəciklərlə, aydın görünən damarlı, çılpaq, kənardan vəzciklidir. Çiçək qrupu azçiçəklidir. Kasacıq vəzicikli, 5 yumurtavari küt hissəiklidir. Ləçəklər ağ, tərs-yumurtavari, 3 damarlı, kasacığın hissəciklərindən 2 dəfə uzundur.
Üçbarmaq daşdələn
Üçbarmaq daşdələn (lat. Saxifraga tridactylites) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü.
Daşdələn (Uludərə)
Daşdələn — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində Nirve kimi istinad edilir. Köhnə kənd boşaldılıb, magistral yolun kənarında yeni yaşayış məntəqəsi salınıb. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Daşdələn (dəqiqləşdirmə)
Daşdələn — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. Daşdələn (Uludərə) — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd.
Daşdələnkimilər
Daşdələnkimilər (lat. Saxifragaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Daşdələnçiçəklilər
Daşdələnçiçəklilər (lat. Saxifragales) — bitkilər aləminə aid bitki dəstəsi.

Digər lüğətlərdə