Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soliva
Soliva (lat. Soliva) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Anderson Silva
Anderson da Silva - UFC-nin braziliyalı döyüşçüsü, peşəkar boksçu. 1975-ci ildə Braziliyanın San Paulo şəhərində anadan olmuşdur. Peşəkar boksda cəmi iki döyüş keçirən Silva bu döyüşlərin birində qalib gəlmiş, o birində isə rinqi məğlub tərk etmişdir. Buna baxmayaraq Silva MMA yarışlarında daha yüksək nəticə əldə edərək 129 döyüşdən cəmi 8-da məğlub olmuşdur. Dayane adlı xanımla ailəlidir və 5 uşaq atasıdır. Hal-hazırda Amerikanın Los Anceles şəhərində yaşayır.
Bernardo Silva
Bernardo Mota Veyqa de Karvalyo e Silva (10 avqust 1994, Lissabon) — Portuqaliyalı futbolçu. İngiltərənin Mançester Siti klubunda və Portuqaliya milli futbol komandasının yarımmüdafiəçisi. 1 iyul 2017-ci ildən Premyer liqa təmsilçilərindən olan Mançester Siti klubunda çıxış edəcək. == Klub karyerası == === Benfika === Silva Benfika akademiyasının yetirməsidir. Silva klub ilə birlikdə 2013-cü ildə 2012–13 Portuqaliya Gənclər Çempionatının qalibi olmuşdur. O, Benfika B ilə debütünü 10 avqust 2013-cü ildə (1-ci oyun günü) 2013–14 Sequnda Liqasında Trofense klubuna qarşı oyunda etmişdir. Silva Benfika klubu ilə debütünü 19 oktyabr 2013-cü ildə 19 yaşı olarkən 2013–14 Portuqaliya Kubokunun üçüncü mərhələsində Kampeonata de Portuqal təmsilçilərindən olan Desportivo de Kinfaeş klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə meydana daxil olmuş və komandası 1–0 hesabı ilə qalib gəlmişdir. O, Benfika B-dəki yaxşı performansına görə 2013–14 Sequnda Liqa mövsümündə İlin Tapıntısı mükafatına layiq görülmüşdür. O, 2013–14 mövsümündə Benfika klubu ilə daxili trebl-qələbənin şahidi olmuşdur.
David Silva
David Xose Ximez Silva (8 yanvar 1986) — Real Sosyedadın yarımmüdafiəçisi . David Silva 8 yanvar 1986-cı ildə İspaniyada doğulub. = Erkən yaşları = Silva Arquinequin şəhərində Valensiya stadionunun təhlükəsizliyinə cavabdeh olan keçmiş bələdiyyə polisi Fernando Jimenesin ailəsində anadan olub.Onun atası Fernando İspan (Kanar), anası Eva isə Yapon əsillidir, Kanar mediası belə iddia edir Silva Maspalomas yaxınlığındakı UD San ​​Fernandonun gənclər komandasında futbol oynamağa başladı.Qanad oyunçusu olmamışdan və ətrafındakılar tərəfindən onun idolu olan Mikel Laudrupa bənzədilirməmişdən əvvəl o,qapıçı kimi oynamışdı. 14 yaşı olanda Valensiya FK da gənc oyunçu olmaq təklifi aldı və o,bunu qəbul etdi.O, 17 yaşına qədər Valensiyanın gənclik heyətində qatıldı. == Klub Karyerası == === Valensiya === Valensiyanın gənclik sisteminin məhsulu olan Silva peşəkar debütünü 2004–05-ci illərdə Segunda División-un "Eibar" klubunda, Valensiyadan icarədə olarkən edib, 35 liqa oyununda oynadı və 5 dəfə də qol vurdu. Növbəti mövsümdə yenidən icarəyə götürüldü. bu dəfə Celta de Vigo-da 34 oyun keçirərək, dörd qol vurdu. İki gec əvəzedici matçdan sonra, 28 avqust 2005-ci ildə Malaqa üzərində 2–0 evdə qalib gələn Silva, mübahisəsiz başlanğıc kimi bitirdi. UEFA Kubokunu birbaşa ikinci pillədən aldı. 2006-cı ilin yayında Valensiyaya qayıtdı və 20 yaşında gənc olmasına baxmayaraq, avtomatik olaraq Valensiyanın ilk seçimi oldu.
Denis Silva
Adətən Denis Silva və ya Denis kimi tanınan Denis Silva Kruz (28 dekabr 1985-ci il təvəllüdlü) — Rio Branko-ES-də müdafiəçi mövqeyində oynayan Braziliyalı peşəkar futbolçudur. == Karyerası == Denis peşəkar karyerasına 2006-cı ildə "İmperatriz" klubunda başladı. Bir mövsüm bu klubda forma geyinən Denis, 2007/08 mövsümü üçün "Qama" futbol klubuna transfer olundu. 2008-ci ildə klubla yollarını ayırdı və Lənkəranın Xəzər klubuna transfer olundu. 2010-cu ilə qədər Azərbaycan klubunda forma geyinən Denis, komandası üçün keçirdiyi 42 oyunda 3 qolla yadda qaldı. 2010-cu ildə komandadan ayrılaraq "Qremio Barueri" klubuna keçdi və klubda 12 oyun keçirdi. Qısa müddət ərzində Braziliyadan yenidən Azərbaycana qayıdan Denis, bu dəfə "Neftçi" klubunda forma geyindi. "Neftçi" ilə UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün təsnifat mərhələsində, Dinamo Zaqreb klubuna qarşı keçirilən ilk matçda start heyətində yer aldı. Ardıcıl 2 mövsüm ərzində Bakı klubunda forma geyinən Denis, 59 oyunda iştirak etdi və 2 qol vurmağı bacardı. 2012-ci ildə klub onu, Braziliyaya icarəyə göndərdi, bu 2010-cu ildə Denisin formasını geyindiyi "Qremio Barueri" klubu idi.
Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).
Nikole Oliva
Silva Kaputikyan
Silva Kaputikyan (erm. Սիլվա Կապուտիկյան; 20 yanvar 1919, İrəvan[…] – 25 avqust 2006, İrəvan) - erməni şairəsi, erməni millətçilərinin Qarabağın Azərbaycandan qoparılması üçün başladığı "Qarabağ hərəkatının" aktiv nümayəndəsi. == Həyatı == 5 yanvar 1919 cu ildə İrəvanda anadan olub. 1933 – cü ildən mətbuatda şeirləri nəşr olunub 1941 – ci ildən Ermənistan SSR – nın Yazıçılar ittifaqının üzvü olub. 80 – ci illərin sonundan etibarən Miatsum ideyasının ardınca düşərək, nümayişlərdə və mətbuatda Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi tələbi ilə aktiv çıxışlara başlayır. Onun çıxışları bir qayda olaraq Azərbaycana və azərbaycanlılara qarşı nifrət və düşmənçilik ilə dolu idi. Mətbuatda və əhali qarşısında irqçi çıxışlarına baxmayaraq, rus hüquq müdafiəçiləri və inteleqensiyası arasında özünə geniş dəstək əldə edə bilir. 26 fevral 1988 – ci ildə Zori Balayanla birlikdə Moskvada Mixail Qorbaçovun şəxsi müşaviri Georgi Şahnazarovun "Qarabağ nümayəndə heyəti" ilə təşkil etdiyi görüşdə iştrak edir, bu görüşdə Silva Kaputikyan Qorbaçovu Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməyə çağırır. Yuri Pompeyev öz kitabında (Krovaviy omut karabaxa) Silva Kaputikyanın "türklərə və azərbaycanlılara qarşı zooloji nifrət bəslədiyini" yazır. Bütün münaqişə dövrü ərzində Kaputikyan azərbaycanlılara qarşı törədilən cinayətlərə bəraət qazandıran çıxışlar edərək erməniləri müharibəyə səsləyirdi.
Slava Sihanuvonq
Slava Ukraini
Ukraynaya eşq olsun! və ya Slava Ukraini! (Ukraynaca: Слава Україні!, Rom: Slava Ukraini!) Ukraynanın suverenliyi və müqavimətinin simvolu kimi tanınan, 2018-ci ildən isə Ukrayna Silahlı Qüvvələrinin rəsmi salamı kimi tanınan Ukrayna milli salamıdır. Salamlamaya adətən "Qəhrəmanlara eşq olsun!" (Ukraynaca: Героям слава! Rom: Geroyam slava!) sözü də müşayiət edir. Şüar ilk dəfə XX əsrin əvvəllərində, 1917-ci ildən 1921-ci ilə qədər davam etmiş Ukraynanın Müstəqillik Müharibəsi zamanı ukraynalılar arasında çox populyarlaşdığı zaman müxtəlif formalarda ortaya çıxmışdır. 1930-cu illərdən, xüsusilə İkinci Dünya Müharibəsində Stepan Banderanın Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna Üsyan Ordusu başda olmaqla müxtəlif Ukrayna millətçi qrupları, daha sonra isə Soyuq müharibə dövründə Qərbdəki Ukrayna diaspor qrupları və qaçqın icmaları tərəfindən istifadə edilmişdir. Sovet İttifaqında bu ifadənin nasistlərlə əməkdaşlıq edən şəxslərin şüarı olduğu əsas gətirilərək qadağan edilmiş, sovet və daha sonra isə Rusiya hakimiyyəti tərəfindən nüfuzdan salınmağa çalışılmışdır. Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq yenidən gündəmə gəlmiş və xüsusilə 2014-cü ildən sonra Rusiya-Ukrayna müharibəsi zamanı demokratiya və Ukraynanın müstəqilliyini vurğulamaq üçün yenidən istifadə edilmişdir. Ukrayna Futbol Federasiyasının məlumatına görə, "Ukraynaya eşq olsun!" Ukraynada geniş yayılmış bir salamlaşma formasıdır.
Velisson Silva
Velisson Rosa da Silva (22 noyabr 1983 Viçosa) — Braziliyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Braziliyanı təmsil edir. O, 2008 Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində çıxış etmişdir. Birdən qaldırmada 135 kq, təkanla qaldırmada 155 kq, ümumilikdə isə 290 kq qaldıraraq ümumilikdə 8-ci olmuşdur. Velisson Silva dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Matheus Silva
Matteus Silva (port. Matheus de Barros da Silva, 3 oktyabr 1997, Marituba[d], Para) — Braziliyalı futbolçu. Azərbaycan Premyer Liqasında yarışan "Qarabağ" klubunda sağ cinah müdafiəçisi kimi çıxış edir.
Tiaqo Silva
Tiaqo Fernando Penela Silva (28 mart 2000) — Portuqaliyalı futbolçu. Azərbaycan Premyer Liqasında "Zirə" klubunda qapıçı mövqeyində çıxış edir. == Klub karyerası == Tiaqo Silva Seyşalda anadan olub. Gənclik karyerasının böyük hissəsini "SL Benfika B" klubunda keçirib. Daha sonra "Vitoriya Quimaraeş B" klubunda inkişafını davam etdirib. 2018-ci ilin oktyabr ayında klubla müqavilə bağlayıb və 23 yaşadək komandasının heyətinə daxil edilib. 18 may 2019-cu ildə o, klubun əvəzedici komandasında "Portu B" komandasına qarşı oyunda debüt edib. 2023-cü ilin iyul ayında Tiaqo Silva "Zirə" ilə müqavilə imzalayıb.
Mateus Silva
Matteus Silva (port. Matheus de Barros da Silva, 3 oktyabr 1997, Marituba[d], Para) — Braziliyalı futbolçu. Azərbaycan Premyer Liqasında yarışan "Qarabağ" klubunda sağ cinah müdafiəçisi kimi çıxış edir.
Siva (oazis)
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Andre Silva (futbolçu)
Andre Migel Valente da Silva (6 noyabr 1995) — Portuqaliyalı futbolçu. Almaniyanın RB Leypsiq klubunda və Portuqaliya milli futbol komandasında hücumçu kimi çıxış edir. == Həyatı == Andre Silva 6 noyabr 1995-ci ildə anadan olub.
Anibal Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).
Aylton Ferreyra Silva
Aylton Ferreyra Silva (16 mart 1995 və ya 16 may 1995) — Aylton kimi də tanınan, Braziliyalı peşəkar futbolçu. == Karyerası == Aylton futbolçu karyerasına Braziliyanın Fluminense klubunda start vermişdir. O, 2015-ci ilin iyun ayında Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi Bakı klubuna bir mövsümlük icarəyə verilmişdir. Həmin mövsümün sonunda Aylton Primeyra Liqa təmsilçilərindən olan Eştoril klubuna icarəyə verilmişdir. 2017-ci ilin iyul ayında Aylton Ştutqart klubu ilə dörd illik müqavilə imzalamışdır. Transferdən Eştoril Praya klubu €1 milyona yaxın pul əldə etmişdir. 25 yanvar 2018-ci ildə Aylton mövsüm sonuna qədər Eştoril Praya klubuna icarəyə verilmişdir.
Neydson da Silva
Meydson da Silva (28 oktyabr 1996, Maseyo[d]) — Neydson kimi də tanınan, Molde klubundan icarə əsasında Eliteserien təmsilçilərindən olan Elverum klubunda qapıçı kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Molde === Neydson Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Neydson öz peşəkar karyerasında debütünü 8 noyabr 2015-ci ildə İK Start klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Etan Horvatı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 19 iyul 2017-ci ildə Neydson 2017-ci ilin sonuna qədər Elverum klubuna icarəyə verilmişdir. === Brattvaq === 29 dekabr 2017-ci ildə Neydson Molde klubundan ayrıldıqdan sonra Brattvaq klubu ilə müqavilə imzalamışdır.
Oliva donanma müharibəsi
Oliva donanma müharibəsi — Polşa-İsveç müharibəsi zamanı 28 noyabr 1627-ci ildə Oliva kəndinin yaxınlığında Qdansk limanının şimalında baş vermişdi. Bu Polşa kral donanmasının ən böyük dəniz döyüşü idi və kiçik İsveç donanmasının məğlubiyyəti ilə nəticələndi.
Qabrielle da Silva
Qabrielle da Silva (4 mart 1997) — Braziliyanı təmsil edən bədii gimnast. Qabrielle da Silva 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qabrielle da Silva 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Cessika Mayer və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Tyaqu da Silva
Enrike Tyaqu (23 may 1985, Braziliya) — Braziliya futboçusu. == Həyatı == 23 may 1985-ci ildə Fernandopolisdə anadan olub. == Karyera == Çıxış etdiyi klublar: Fernandopolis (Braziliya) San Kaetano (Braziliya) Santista (Braziliya) Roma Apukarana (Braziliya) 2008-ci ildən Qəbələdə çıxış edir.
Çakreşvari-Siva məbədi
Çakreşvari-Siva (hind. चक्रेश्वरी शिव, oriya ଚକ୍ରେଶ୍ଵରୀ ଶିବ) — Hindistanın Orissa ştatının Bhubaneşvar şəhərində yerləşən hindu məbədi. Məbəd X–XI əsrlərdə tikilən məbəd, hindu tanrısı Şivaya həsr olunmuşdur. Məbud linqam məbədin içərisində, dairəvi bir yoni-pithada yerləşir. Məbəd şəxsi yaşayış tikililəri ilə əhatə olunmuşdur. Məbəd böyük əhəmiyyət kəsb edir. Buna görə də, Sivaratri, Divali və Sankranti kimi müxtəlif rituallar burada müşahidə olunur. Məbəd həmçinin, Rudrabhiseka və Çandrabhiseka mərasimləri üçün müqəddəs bir yerdir. == Memarlıq == Məbəd alçaq bir platformada yerləşir. Plana əsasən məbədin vimanası və rekonstruksiya edilmiş bir giriş eyvanı var.
Klivaj
Klivaj (ing. cleavage–parçalanma), Sedgwick, 1835 - süxurların kip paralel səthlər üzrə lövhəcik və prizma şəklində parçalanma xüsusiyyəti. Bu səthlər laylanmanı kəsir, ya da ona uyğun olur. Klivaj uzunsov mineralların bir-birinə nisbətən paralel səmtlənməsi və ya səmtlənmədən asılı olmayan paralel çatlar şəbəkəsinin hesabına əmələ gəlir və bir çox hallarda süxurların həqiqi təbəqəliliyini (laylanmanı) pərdələyir. Şarp (Sharpe, 1849) şistləşməni klivaj bir növü kimi qəbul edir və onu süxur hissəciklərinin sıxılma qüvvələrinə perpendikulyar istiqamətdə kipləşməsi ilə əlaqələndirir. Klivaj üçün müxtəlif təsnifatlar irəli sürülmüşdür (Foumarier, 1937; Belousov,1947 və b.). Hazırda axın klivaj, tektonik klivaj, qopma klivaj və başqa növlər məlumdur. Böyük Qafqazın cənub yamacında klivaj yura və təbaşirin filiş çöküntülərində geniş inkişaf etmişdir. == Həmçinin bax == Süxurlar Mineral Böyük Qafqaz Yura dövrü Təbaşir dövrü == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Seymdəki əsas siyasi partiyalar == Vətən Birliyi - Litva Xristian Demokratları Liberallar Hərəkatı Litva Kəndlilər və Yaşıllar İttifaqı Litva Sosial Demokrat Partiyası "Litva Uğrunda" Demokratlar İttifaqı Azadlıq Partiyası Litva Regionlar Partiyası Litvada polyakların seçki aksiyası – Xristian Ailələr Alyansı == Əhali == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Litva əhalisi 3199,8 min nəfər idi. Onlardan 2142,8 min nəfəri şəhərlərdə, 1057 min nəfəri isə kəndlərdə yaşayırdı. 1 mart 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən isə ölkə əhalisi 2 milyon 939 min 431 nəfər təşkil edir. === Din === 2011-ci ilin senzi göstərmiş ki, əhalinin 77,2%-i Roma katolikləridir.
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Lısva
Lısva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Pılva
Pılva (est. Põlva) — Estoniyaanın şərqində şəhər. Pılvamaa bölgəsinin inzibati mərkəzi. === Əhali === 2000-ci ilə əhalinin 96,4 %-i estonlar, 2,0 %-i ruslar, 0,6 %-i ukraynalılar, 0,3 %-ini isə finlər təşkil edirdi.
SAIPA
SAIPA — İranın iki böyük avtomaşın istehsal edən fabriklərindən biri.
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır: S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir. Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər: S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir == İstinadlar == == Ədəbiyyat == Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.