DARĞIN

“Hirsli” anlamında işlədilir. Qədim bir deyimdə oxuyuruq: “heç düşün­mür­sən ki, sevgilin arğınmı, darğınmı, yorğunmu?” Dar-ğın, dar-ıl-maq sözlərindəki –ğın-ıl şəkilçilərindən məlum olur ki, sözün kökü feildir, dar-t-maq kəlməsinin qədim kökü olan dar sözü də özünü feil kimi büruzə verir. İndi dar müstəqil olaraq feil kimi işlədilmir. M.Kaşğaridə tar sözü “разгонять”,”рассеивать”, tarıl feili isə onun məchul növü kimi açıqlanıb. Düşünmək olar ki, dağıl, darıl, darğın sözləri tarixən kökdaş olub. Darıxmaq sözü isə dar(узкий) sifəti ilə bağlıdır, qanıxmaq, otuxmaq, yadıxmaq, gecikmək sözlərinin qəlibi üzrə əmələ gəlib, “sıxılmaq” (darlaşmaq) deməkdir. Başqa ehtimal da mümkündür: dar sifətindən bərkimək, turşumaq, daşımaq, ləngimək qəlibi üzrə dar-ı-maq feili yaranıb, sonra dar-ı-ğın, dar-ı-ıl formasında düşüb. Birinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DARÇIN
DARI

Digər lüğətlərdə