Darıdağ (bulaq)
Darıdağ – Azərbaycan Respublikasının Culfa rayonunun Culfa şəhərindən şimal-şərqdə, Şorlu çay dərəsində mineral bulaq.
== Ümumi məlumat ==
Dəniz səviyyəsindən 800–900 metr hündürrlükdə, Darıdağ mərgümüş yatağı yaxınlığındadır. Yüksək minerallaşmış, karbon qazlı suyunda mərgümüş vardır. Əsəb, dəri və digər xəstəliklərin müalicəsində istifadə edilir. Hidronim ərazidə yerləşən eyniadlı dağın adından almışdır. Güman edilir ki, toponimiyada Darı qobusu (İmişli), Darı dərəsi (Füzuli), Darı düzü (Oğuz), Darı yeri (Bərdə, İmişli, Laçın, Yevlax, Göyçay, Şəki) və digər mikrotoponimlər də daxil olmaqla darı komponentli toponimlər dənli bitki adı ilə ələqədardır, lakin dilimizdə "qumdaşı" , "suayrıcı, su bölünən yer" mənasında da darı sözü işlənir ki, bu da xüsusilə oronimlərə xas xüsusiyyətlərdir
== Həmçinin bax ==
Darıdağ (içki)
== Mənbə ==
Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.150.