Darm

der; -(e)s, -¨e bağırsaq; (Zwölffingerdarm) onikibarmaq bağırsaq
Darlehenszins
Darmblutung
OBASTAN VİKİ
Darmstadtium
Darmştadtium (Ds) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 110-cu element. Elementin adı kəşf edildiyi Darmştadt elm şəhərinin adından götürülmüşdür. Şəhər Almaniyada yerləşir.
Darmştadt
Darmştat (alm. Darmstadt‎) — Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. == Elm şəhəri == Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Darmştadt Texniki Universiteti
Darmştadt Texniki Universiteti (alm. Technische Universität Darmstadt, TU Darmstadt‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Şüarı == "Biz öz nailiyyətlərimiz və məzunların köməyi ilə dünyanı dəyişdirdik" - universitet özünü məhz belə xarakterizə edir. == Tarixi == Darmştadt Texniki Universitetinin əsası 1877-ci ildə qoyulub. Ali təhsil ocağı 1882-1883-cü illərdə elektrotexnika sahəsində təhsil təklif edən ilk universitet olub. Ali məktəb Almaniyanın Hessen vilayətinin cənubundakı Darmştadt şəhərində yerləşir. Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Darmştat
Darmştat (alm. Darmstadt‎) — Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. == Elm şəhəri == Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Dviki Darmavan
Dviki Darmavan (ind. Dwiki Dharmawan; d. 19 avqust 1966, Bandunq, Qərbi Yava, İndoneziya) — Sunda əsilli İndoneziya cazmeni, pianinoçalanı, bəstəkarı və prodüseri. Dviki Darmavan Krakatau musiqi qrupunun qurucusudur. == Bioqrafiya == Dviki Darmavan 19 avqust 1966-cı ildə İndoneziyanın, Qərbi Yava əyalətində yerləşən Bandunq şəhərində bir sunda ailəsində anadan olmuşdur. Darmavan ilk klassik pianino təhsilini 6 yaşında ikən almışdır. Darmavan 1979-cu ildə caz pianinosu təhsilini bəstəkar Elfa Sekioriyadan almışdır. O, 1995-ci ilin oktyabr ayında aktrisa İta Purnamasari ilə evlənmişdir. Onların Məhəmməd Fernanda Darmavan (d. 1996) adlı bir övladları var.
Hessen-Darmştadt
Hessen-Darmştadt landqrafı (alm. Landgrafschaft Hessen-Darmstadt‎) — 1567-1806-cı illərdə mövcud olan Müqəddəs Roma İmperiyası daxilindəki Alman knyazlığı. Paytaxt Darmştadt şəhəri idi. == Tarixi == 1567-ci ildə Hessen landqrafının hökmdarı I Fillpin oğulları arasında vəfatından sonra irsi bölünməsi nəticəsində meydana gəldi. Hesse-Darmstadt onlardan ən kiçiyinə getdi - I. Georgi, 1583-cü ildə qardaşı Hessen-Reinfels II Filippinin ölümündən sonra mülklərinin əhəmiyyətli bir hissəsi də I Qeorqa keçdi. Oğlu V Lüdviq də əmisi Hessen-Marburq Landgrave IV Lüdviqin torpaqlarının bir hissəsini miras aldı. == İstinadlar == == Xarici keçidlər == Qessen. Гессен // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Matteo Darmian
Matteo Darmian (d. 2 dekabr 1989, Leqnano, İtaliya) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubu və İtaliya milli komandasının heyətində müdafiəçi mövqeyində çıxış edən italyan futbolçu. Peşəkar futbolçu karyerasına Milan klubunda başlamış, 17 yaşında İtaliya A Seriyasında debüt oyununa çıxmışdır. 2009-cu ildə Padovada icarə əsasında çıxış etmiş və klubun C seriyasına düşməsinin qarşısını almaqda komanda yoldaşlarına kömək etmişdir. O, 2010-cu ildə Palermo klubuna, bir ildən sonra isə Torinoya transfer olmuş və dörd sezon burada qalmışdır. 2015-ci ilin iyul ayında İngiltərə təmsilçisi Mançester Yunaytedə transfer olmuşdur. Darmian 2014-cü ilin may ayında milli komandanın heyətində debüt oyununa çıxmış, 2014 FİFA Dünya Kubokunda və UEFA Avro 2016 turnirlərində ölkəsini təmsil etmişdir.
Qessen-Darmştadt
Hessen-Darmştadt landqrafı (alm. Landgrafschaft Hessen-Darmstadt‎) — 1567-1806-cı illərdə mövcud olan Müqəddəs Roma İmperiyası daxilindəki Alman knyazlığı. Paytaxt Darmştadt şəhəri idi. 1567-ci ildə Hessen landqrafının hökmdarı I Fillpin oğulları arasında vəfatından sonra irsi bölünməsi nəticəsində meydana gəldi. Hesse-Darmstadt onlardan ən kiçiyinə getdi - I. Georgi, 1583-cü ildə qardaşı Hessen-Reinfels II Filippinin ölümündən sonra mülklərinin əhəmiyyətli bir hissəsi də I Qeorqa keçdi. Oğlu V Lüdviq də əmisi Hessen-Marburq Landgrave IV Lüdviqin torpaqlarının bir hissəsini miras aldı. Qessen. Гессен // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Darmadağın
Darmadağın (ing. Demolition) — Jan Mark-Vallenin 2015-ci ildə ekranlara çıxan komediya-dram janrındakı ABŞ filmi. == Süjet == Bankir işləyən Devis həyat yoldaşını itirməsinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Bu çətin müddət zamanı o, müştəri xidməti nümayəndəsi və onun problemli oğlu ilə tanış olur. Onlar Devisin həyatını müsbətə doğru dəyişirlər.
Ceyms Darmesteter
Ceyms Darmsteter (28 mart 1849[…] – 19 oktyabr 1894[…], Mezon-Laffit[d]) — fransız şərqşünası, filoloq. Kondorse liseyini, 1874-cü ildə isə Ali araşdırmalar məktəbini bitirmişdir. 1877-ci ildən Ali araşdırmalar məktəbində işləmiş, 1892-ci ildə bu məktəbin direktoru olmuşdur. "Ahura Mazda və Əhrimən: mənşəyi və tarixi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Avesta haqqında "İran etüdləri" (1883) əsəri var. Avesta və Zəndin tam tərcüməsini tarixi və filoloji şərh ilə birlikdə çap etdirmişdir. 1885-ci ildən Fransa kollecində fars dili və ədəbiyyatı kafedrasında professor işləyib. 1886-cı ildə Hindistana ezam olunmuş, səfər təəssüratları əsasında "Hindistan haqqında məktublar" (1888) əsərini yazmışdır. 1890-cı ildə əfqan xalq mahnılarının tərcüməsini, əfqan dili və ədəbiyyatı haqqında esseni nəşr etdirmişdir.