“Hövsələsiz” anlamını əks etdirir. Hövsələ sözünün bir mənası “çanaqlıq” (hövsələ sümüyü) deməkdir, digər mənası dənlik (çinədan) anlamı ilə bağlıdır. Darqursaq və hövsələsiz sözləri ona görə sinonim olub ki, hər ikisi yemin yığıldığı yeri bildirir. Qursaq dardırsa və yem çox yeyilibsə, təbii narahatlıq (partlamaya düşmək) yaradır. Məna belədir: xörəyi qursağın tutumuna uyğun yemir. Buradan da məcazi anlam meydana çıxıb: deyilən sözü həzm etməyi bacarmır və cırnamağa başlayır. Türk dillərində quymaqursaq, dürtməqursaq, darqursaq kimi bir neçə söz məhz qursaq kəlməsi ilə bağlıdır. Türkmənlərdə quymaqursaq sözü “təbii istedad” (anadangəlmə qabiliyyət) mənasında işlədilir. Dürtməqursaq isə “quyuya su tökməklə o, sulu olmaz” deyimi ilə bağlıdır, anadangəlmə məfhumunun əksini bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)