DARVAZA /KEÇİD/

geomorfologiyada müxtəlif mənşəli keçid: 1) dağ silsiləsini köndələn istiqamətdə başdan-başa kəsib keçən dərin dərə / misal: Qarabağ silsiləsində Turş-su aşırımı, Buxarada Dəmir darvaza/, dağlıq ölkələrdə antesedent dərə; 2) dağ massivlərini bir-birindən ayıran qrabenlər də nisbətən geniş /eni 10 km/ darvaza yaradırlar. Qazaxstanda Cunqraiya qapıları/. ворота gate
DARAN
DAŞ AXINI
OBASTAN VİKİ
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Keçid (2005)
== Məzmun == Filmdə Azərbaycanın ucqar bölgələrinin adət-ənənələrindən, dünya və bəşəriyyətin yaranmasından söhbət açılır. == Film haqqında == Film sözsüzdür. Rejissor öz filminin yaranmasını belə xatırlamışdı: == Festivallar və mükafatlar == 1)2006-cı ildə Kino Günündə "Qızıl Çıraq" nominasiyası Film "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı operator işi"nə görə Mükafatlara layiq görüldü. 2)2006-cı ildə Buxarestdə(Rumıniya) UNESCO-nun keçirdiyi "Eko-Etno" beynəlxalq film festivalı Film Baş mükafata layiq görülmüşdür. 3)2007-ci ildə Amsterdamda(Niderland) keçirilən "Şadof film" festivalı Film Azərbaycanı təmsil etmişdir. 4)2007-ci ildə Qırğızıstanda "Dağ İncisi" beynəlxalq film festivalı Film festivalın baş mükafatını-"Qran-pri"sini almışdır. 5)2007-ci ildə Qazaxıstanda keçirilən "Şakin Ulduzları" beynəlxalq film festivalı Film "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülmüşdür. 6)2007-ci ildə Kislovodskda(Rusiya) "Zolotoy vityaz" ("Qızıl Pəhləvan") festivalı Film "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə Xüsusi Mükafat almışdır. 7)2008-ci ildə "Novoye kino. XXI vek" ("Yeni kino.
Keçid dövrü
== Keçid dövrünün mahiyyəti və zəruriliyi == İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. Inkişafın bir mərhələsindən, digərinə keçir, cəmiyyətin bir forması başqasını, daha mütərəqqi formasını əvəz edir. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. Iqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə eyni vaxtda mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat, qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. == Keçid iqtisadiyyatı == Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər "Keçid iqtisadiyyatı" adlandırırlar.
Keçid komandası
Keçid komandası — Komandaların icra ardıcıllığını pozan prossesor komandası. Komanda yarı-proqramlarla əlaqəyə girmək üçün şərti bəyanatları, dövrələri təşkil edir. == Həmçinin bax == IF deyimi (şərt deyimi) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Keçid metallar
Keçid metalları — Bu elementləri kimyada keçid adlandırmalarını bir çox səbəbi var. Ən əsas səbəbi isə bu elementlərin d- yarımsəviyyəsində boş orbitallar (elektronların hərəkət etdiyi trayektoriya) var. Onlar reaksiyalarda bu boş orbitalların hesabına elektron qəbul edə və öz elektronlarını itirə bilir. Yəni metallar kimi reaksiyalarda ya elektron itirir, ya da qeyri-metallar kimi elektron qəbul edir. Bu xassələrinə görə onlara ikili təbiətli elementlər və ya amfoterlər (ikili xassəli) deyilir. == Keçid metalları == Keçid metalları 40 ədəddir; 21–30, 39–48, 71–80 və 103–112-ci elementlər. == Xassələri == Keçid metalları yüksək sıxlığa, qaynama və ərimə temperaturuna malikdir. Bu xassələr d- orbitallara görə olub.
Keçid qutusu
== Keçid qutusu == Keçid qutusu-iki qurğunun arasına (kompüterlə modem və ya kompüterlərlə printer arasına) siqnalları yoxlamaq və lazım gələrsə, kabelin ayrı-ayrı naqilləri ilə verilən siqnalları dəyişdirmək məqsədilə qoşulan kiçik cihazdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, Bakı nəşriyyatı, 996 s.
Keçid Şahmatı
Keçid şahmatı (həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir. == Qaydalar == Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır. Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur.
Zəif keçid
Zəif keçid — proqramlaşdırmada zəif istinad zibil toplanması və ya istinadların hesablanması ilə sistemlərdə dinamik şəkildə yaradılmış obyektlərə xüsusi istinad növüdür. Güclü istinadlardan onunla fərqlənir ki, zibil toplayıcı silinəcək obyektləri müəyyən edərkən istinadla obyektin əlaqəsini nəzərə almır. Beləliklə, zəif istinad güclü istinad kimi obyektlə işləməyə imkan verir, lakin lazım gələrsə, ona zəif istinad olsa belə, obyekt silinəcəkdir. Adi istinadlar bəzən zibil yığımı kontekstində "güclü" istinadlar adlandırılır. Zəif istinad anlayışı zibil yığılmasını dəstəkləyən sistemlərdə və proqramlaşdırma dillərində mövcuddur — istifadəsi dayandırılmış və artıq bərpa edilməyəcək obyektlərin yaddaşdan avtomatik çıxarılması. Zibilin toplanmasına məruz qalan obyektləri müəyyən etmək üçün əlçatanlıq alqoritminin bu və ya digər versiyası istifadə olunur — proqramda ən azı bir istinad olduqda obyekt əlçatan sayılır. Proqramda obyektə bir dənə də olsun istinad qalmadıqda, yəni obyektin istifadəsi dayandırıldıqda, belə obyekt növbəti uyğun anda silinə bilər. Yaddaşın boşaldılması üçün təsvir edilən mexanizm bəzi hallarda "unudulmuş" istinadlara görə yaddaş sızması yarada bilər, yaradılmış obyektlərə istinadlar bir neçə yerdə saxlandıqda və obyekt artıq istifadə edilmədikdə proqramçı onların hamısını silmir. Problemlərin qarşısını almaq üçün proqramçı bağlantıların istifadəsində kifayət qədər sərt nizam-intizama riayət etmək məcburiyyətində qalır ki, bu da həmişə əlverişli deyil. Belə problemlərin qarşısını almaq üçün proqramlaşdırma dili və ya mühiti zəif istinadlar adlandırılanları dəstəkləyə bilər.
Qızıl darvaza boğazı
Qızıl darvaza boğazı (ing. Golden Gate) Qızıl darvaza boğazı San-Fransisko körfəzini Sakit okeanını birləşdirir. Boğazın uzunluğu 8 km , eni isə 1,5 – 3 km arasında dəyişir. Boğazın şimal hissəsinin sahili Martin bölgəsinə ,cənub hissəsi isə San Fransisko şəhərinin ərasisinə düşür. 1937-ci ildə boğazın üzərində <<Qızıl darvaza>> körpüsü tikilmişdir. Körpünün uzunluğu 1281 m təşkil edir. Bu boğazdan çox sayda gəmilər üzərək keçirlər. Belə ki, ABŞ-nin qərb sahillərində yerləşən ən əsas liman Oklend limanıdır. Boğazın ətrafında ilk məskunlaşmalar hindular tərəfindən həyata keçirilmişdir. Bura ilk ayaq basan avropalılar isə 1776-cı ildə ispanlar olmuşdur.
Qızıl darvaza (Vladimir)
Qızıl darvaza — Vladimir şəhərində yerləşən qədim rus memarlığının abidəsi. YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Onlar 1164-cü ildə knyazlığın paytaxtını Suzdaldan Vladimirə köçürən Vladimir knyazı Andrey Boqolyubskinin rəhbərliyi altında tikilib. Qızıl darvaza müdafiə quruluşu və zəfər tağı kimi istifadə edilmişdir. Şəhərin ən zəngin knyazlıq-boyar hissəsinin (Noviy qorod) əsas girişini bəzədilər. == Tarixi == Alim N. N. Voronin və sənətşünas A. İ. Skvortsovun fikrincə, darvazalar knyazlıq sənətkarları tərəfindən tikilmişdir. Bunu xüsusilə ağ daş bloklardan birində inşaatçının qoyduğu knyazlıq işarəsi sübut edir. Bina Vladimir-Suzdal memarlığında geniş istifadə olunan yarımdaş hörgü texnikası ilə tikilmişdir. Güclü yarımdairəvi tonozla örtülmüş keçid tağının ciddi nisbətləri və yuxarıdakı kiçik kilsənin xüsusi zərifliyi binaya öz təyinatına uyğun əzəmətli bir xarakter verirdi. darvazanın qoyulma tarixi 1158-ci ilə təsadüf edir, tikintinin sonu 1164-cü ildə, Rizpojenskayanın darvazadan yuxarı kilsəsinin təqdis edildiyi vaxtdır.
Keçid (film, 2005)
== Məzmun == Filmdə Azərbaycanın ucqar bölgələrinin adət-ənənələrindən, dünya və bəşəriyyətin yaranmasından söhbət açılır. == Film haqqında == Film sözsüzdür. Rejissor öz filminin yaranmasını belə xatırlamışdı: == Festivallar və mükafatlar == 1)2006-cı ildə Kino Günündə "Qızıl Çıraq" nominasiyası Film "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı operator işi"nə görə Mükafatlara layiq görüldü. 2)2006-cı ildə Buxarestdə(Rumıniya) UNESCO-nun keçirdiyi "Eko-Etno" beynəlxalq film festivalı Film Baş mükafata layiq görülmüşdür. 3)2007-ci ildə Amsterdamda(Niderland) keçirilən "Şadof film" festivalı Film Azərbaycanı təmsil etmişdir. 4)2007-ci ildə Qırğızıstanda "Dağ İncisi" beynəlxalq film festivalı Film festivalın baş mükafatını-"Qran-pri"sini almışdır. 5)2007-ci ildə Qazaxıstanda keçirilən "Şakin Ulduzları" beynəlxalq film festivalı Film "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülmüşdür. 6)2007-ci ildə Kislovodskda(Rusiya) "Zolotoy vityaz" ("Qızıl Pəhləvan") festivalı Film "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə Xüsusi Mükafat almışdır. 7)2008-ci ildə "Novoye kino. XXI vek" ("Yeni kino.
Keçid piyadası (şahmat)
Keçid piyadası — Şahmat termini Qarşısında rəqibin maneə törədən piyadası olmayan piyada. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2. Af3 Af6 3.d4 ed 4.e5 Ke4 5. V:d4 d5 (diaqrama bax) 6.ed.
Kiril qrafikasına keçid
Kiril qrafikasına keçid (rus. Кириллизация) — 1930–1940-cı illərdə SSRİ, Monqolustan və Tuva xalq Respublikasında yaşayan xalqların əlifbalarının latın qrafikasında yenidən kiril qrafikalı əlifbaya keçid prosesi.
Dilucu sərhəd keçid məntəqəsi
Dilucu sərhəd keçid məntəqəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsi. Keçid məntəqəsinin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq ilçəsidir. Dilucu sərhəd keçid məntəqəsi İğdır vilayətində mövcud olan 3 keçid məntəqəsindən biri olsa da, hal-hazırda fəaliyyət göstərən yeganə məntəqədir, həmçinin bu məntəqə Türkiyə ilə Azərbaycan arasındakı yeganə sərhəd keçid nöqtəsidir. Məntəqə 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Bu məntəqənin də yardımı ilə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. == Haqqında == === Yaradılması === Keçid məntəqəsi 28 may 1992-ci ildə Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verildikdən sonra fəaliyyətə başlamışdır. Məntəqə Aralıq ilçə mərkəzinə 38 km, İğdır il mərkəzinə 85 km uzaqlıqda yerləşir və 36.857 m2'lik bir sahəyə sahibdir. === Fəaliyyəti === 2015-ci ildə məntəqə əsaslı təmir edilmişdir. təmirdən sonra məntəqədə piyadalar üçün 6 giriş və 3 çıxış yolu mövcuddur.
Liviya Milli Keçid Şurası
Liviya Milli Keçid Şurası (ərəb dilindən dəqiq tərcümə — Milli Keçid Şurası; ərəb. المجلس الوطني الانتقالي‎ — al-majlis al-waṭanī al-intiqālī); - Liviyada Müəmmər Qəzzafi rejiminin əleyhdarları tərəfindən 27 fevral 2011-ci ildə, vətəndaş muharibəsinin qızğın çağında yaradılıb.
Yeraltı keçid (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
Dövlət sərhəd keçid məntəqəsi
Dövlət sərhəd keçid məntəqəsi və ya gömrük buraxılış məntəqəsi əsasən iki ölkənin sərhəd məntəqələrində sərnişinlərin və malların keçidinə nəzarət etmək məqsədilə yaradılmış olan məntəqələrdirlər. Hər hansısa bir ölkənin dövlət sərhədlərinə daxil olmaq üçün adətən keçid icazəsi tələb edilir. Gömrük buraxılış məntəqələri sərhədlərin müəyyən ərazilərində və yaxud da az sayda məntəqələrdə yerləşdirilir. Keçid məntəqələrindəki nəzarət bir tərəfdən Şengen razılaşması kimi razılaşmalarla yumşaldıldığı halda, digər tərəfdən isə, gömrük və immiqrant hərəkətliliyi səbəbindən ağırlaşdırılır. Nəzarət-buraxılış məntəqələri əsasən iki məqsəd üçün yaradılır: Arzuolunmaz şəxslərin (cinayətkarların, dövlətin təhlükəsizliyini təhdid edən şəxslərin və s.) və ölkəyə girişinə qadağa qoyulmuş olan şəxslərin keçməsinin qarşısını almaq. Qeyri-qanuni, məhdudiyyətlərə məruz qalan və yaxud da keçirilməsi gömrük rüsumu tələb edən məhsulların keçirilməsinin qarşısının alınması.
Sovet İttifaqında kiril qrafikasına keçid
Kiril qrafikasına keçid (rus. Кириллизация) — 1930–1940-cı illərdə SSRİ, Monqolustan və Tuva xalq Respublikasında yaşayan xalqların əlifbalarının latın qrafikasında yenidən kiril qrafikalı əlifbaya keçid prosesi.