dass

konj. ki; üçün, ötrü, görə; er war so müde, ~ … o elə yorğun idi ki…; die Behauptung, ~ …bu iddia ki ; lerne, ~ du was wirst! adam olmaq üçün (ötrü) öyrən!
dasitzen
dasselbe
OBASTAN VİKİ
Adolf Dassler
Adolf "Adi" Dassler (3 noyabr 1900, Herzoqenaurax[d], Bavariya Krallığı – 6 sentyabr 1978, Herzoqenaurax[d], Bavariya) — alman idman geyimləri şirkəti Adidasın təsisçisi. Pinəçi kimi fəaliyyətə başlamış, Birinci dünya müharibəsindən dönəndən sonra isə özünün yeni idman ayaqqabılarını anasının çamaşırxanasında hazırlamağa başladı. Onun ayaqqabı fabrikində işləyən atası Kristof və Zehlein qardaşları, Dassleri öz biznesini qurmağında dəstəklədi. 1924-cü ilin 1 iyulunda böyük qardaşı Rudolf Dassler, "Dassler qardaşları" ayaqqabı fabrikinə qoşuldu. 1928 yay Olimpiya oyunlarında Dassler bir çox idmançıları öz şirkətinin məhsulları ilə təmin etdi. Berlində keçirilmiş 1936 yay Olimpiya oyunları ərzində, Dassler ABŞ idmançısı Cessi Ouensi idman ayaqqabıları ilə təmin etdi. Cessi Ouensin geyindiyi Adidas idman ayaqqabıları, onun 4 qızıl medal qazanmasında mühüm rol oynadı. 1930-cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə, Dassler qardaşları Nasist partiyasına üzv oldular, daha çox Rudolf qatı nasional-sosialist olması ilə tanınmışdı. Rudolf ayaqqabıların layihəsini hazırlayar, Adolf Vermaxt üçün ayaqqabılar istehsal edərdi, lakin sonralar Nasist partiyasından uzaqlaşdı. Müharibə, qardaşlar arasında fərqləri kəskinləşdirdi.
Co Dassen
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Co Dassin
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Dassault Aviation
Dassault Aviation SA, Fransa mərkəzli bir aviasiya və müdafiə sənayesi şirkətidir. Şirkət 1929-cu ildə Marcel Dassault tərəfindən qurulub və Dassault Qrupun bir hissəsidir. Şirkətin mərkəzi Parisdə yerləşir.
Dassault Mirage F1
Dasso "Miraj" F1 (Dassault Mirage F1) — 1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.
Dassault Mirage III
Dassault Mirage III, 1950-ci illərdə Fransada Dassault Aviation tərəfindən hazırlanmış və Fransa və bəzi digər ölkələrdə istehsal olunan səsdən sürətli bir qırıcı hərbi təyyarə modelidir. Rus ekvivalenti supersonik Mikoyan-Gurevich MiG-21-dir. Müvəffəqiyyətli bir qırıcıdır, bir çox ölkəyə satılmış və on ildən çox istehsal olunmuşdur. Bəzi kiçik hərbi hava qüvvələri tərəfindən hələ də dünyanın dörd bir tərəfində Mirage III uçurdulur. Bunlara Argentina, Çili, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan (ən böyük istifadəçi), Peru və Venesuela daxildir. İkinci Dünya Müharibəsindən sonra Fransız Hava Qüvvələri (FAF) ümumiyyətlə Amerika mənşəli təyyarələrdən istifadə etməyə başlamışdı. Fransızlar bunun digər ölkələrdən asılılıq yaradacağını və aviasiya sənayesinin ölkədə gerilədəcəyini düşündülər. Hind-Çin müharibəsi, Fransız aviasiya sənayesinin öz təyyarələrini inkişaf etdirməli olduğunu ortaya qoydu. Əllinci illərin ortalarında Generale Avions Marcel Dassault - GAMD, FAF şərtlərinə uyğun bir təyyarə hazırlamağa başladı. Bu təkcə FAF üçün lazımlı bir döyüş təyyarəsini təmin etməyəcək, həmçinin Fransanı yenidən əhəmiyyətli bir təyyarə ixracatçısına çevirəcəkdi.
Dassault Mirage IV
Dassault Mirage IV, Fransa istehsalı olan səsdən sürətli reaktiv mühərrikli strateji bombardmançı və kəşfiyyat təyyarəsidir. Bu hərbi təyyarə Soyuq müharibə boyunca Fransanın nüvə silahlarının qarşısının alınması proqramının əsas tərkib hissəsi olmuşdur. Mirage IV, Fransa hökumətinin zərbə qüvvəsi yaratmaq qərarı ilə hazırlanmış bir hücum bombardmançı təyyarədir. Bu təyyarənin baza modeli olaraq Mirage III təyyarəsi götürülmüşdür. Başlanğıcda Pratt & Whitney J-75-B turbojet mühərrikləri seçilsə də, daha sonra qərar Mirage III-ün mühərriki olan Fransa istehsalı SNECMA ATAR 9K-ya dəyişdirilmişdir. Mirage IV-in ilk prototipi 1958-ci ilin iyununda uçdu. Bunu daha üç prototip izlədi. Dalınca isə FAF sifarişi bunu izlədi və ilk 62 Mirage IV-nin çatdırılması 1964-cü ildə başladı. Hər bir təyyarədə Thompson CSF DRAA-8A radarı və qismən gövdənin altına yerləşdirilmiş bir AN-22 nüvə bombası var idi.
Dassault Mirage V
Dassault Mirage 5, Dassault Aviation tərəfindən buraxılmış Fransa istehsalı bir hücum təyyarəsidir. Təyyarə Dassaultun ən populyar təyyarəsi olan Mirage III təyyarəsinin baza modeli əsasında hazırlanıb. Mirage 5 nüvə silahı daşıya bilir. Mirage V Mirage III-ün yaxşı hava şəraitində işləyə bilən ixracat yönümlü qırıcı-hücum modelidir. Radonun çıxarılması və digər elektron avadanlıqların azaldılması təyyarənin qiymətini endirsə də, yanacaq sərfiyyatını artırmışdır. Əbu Dabi, Belçika, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan, Peru, Venesuela və Zairə ixrac olunmuşdur. İsrail də bu təyyarədən sifariş vermiş, lakin Fransa bu sifarişi qəbul etmədikdən sonra İsrail, Pratt & Whitney J-79 motoru ilə təchiz edilmiş və "Kfir" adını verdiyi öz modelini hazırlamışdır.
Dassault Rafale
Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı. İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub. 2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir. Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib.
Joe Dassin
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Rudolf Dassler
Rudolf Dassler (tam adı: Rudolf Christoph Dassler; 26 mart 1898, Herzoqenaurax[d], Bavariya – 27 oktyabr 1974, Herzoqenaurax[d], Bavariya) – Almaniyanın Puma idman şirkətinin qurucusu və Adidas şirkətinin qurucusu Adolf Dasslerin böyük qardaşıdır. Qardaşlar "Dassler Qardaşları Ayaqqabı Fabrikinin" ortaqları idi. Rudolf 1924-cü ildə bu şirkətə qatıldı. Ancaq qardaşlar İkinci Dünya müharibəsindən sonra rəqib oldu və 1948-ci ildə hərəsi öz şirkətini açdı. Rudolf həm də, İspan, Fransız, Rus, Rumın, Portuqal, İtalyan, Polyak, Çex, Bolqar, İsveç, Danimarka, Norveç, Fin, Bosniya Xorvat, Serb, Sloven və Macar dillərini də bilirdi. Rudolfun kiçik qardaşı Adolf Dassler, II Dünya Müharibəsindən döndükdən sonra anasının mətbəxində idman ayaqqabıları istehsal etməyə başladı. Atası Kristof ayaqqabı fabrikasında işləyirdi. Onların dəmirçi mağazasında Adolf öz işinə başlamışdır. 1924-cü ildə Rudolf Gebrüder Dassler Schuhfabrik (Dassler Brothers Ayaqqabı Fabriki) halına gələn biznesə qoşulmuşdur. 1930-cu illərdə Adolf Hitlerin göstəri ilə Dassler qardaşları Nazi Partiyasına qoşulublar.