Rudolf Dassler
Rudolf Dassler (tam adı: Rudolf Christoph Dassler; 26 mart 1898, Herzoqenaurax[d], Bavariya – 27 oktyabr 1974, Herzoqenaurax[d], Bavariya) – Almaniyanın Puma idman şirkətinin qurucusu və Adidas şirkətinin qurucusu Adolf Dasslerin böyük qardaşıdır. Qardaşlar "Dassler Qardaşları Ayaqqabı Fabrikinin" ortaqları idi. Rudolf 1924-cü ildə bu şirkətə qatıldı. Ancaq qardaşlar İkinci Dünya müharibəsindən sonra rəqib oldu və 1948-ci ildə hərəsi öz şirkətini açdı. Rudolf həm də, İspan, Fransız, Rus, Rumın, Portuqal, İtalyan, Polyak, Çex, Bolqar, İsveç, Danimarka, Norveç, Fin, Bosniya Xorvat, Serb, Sloven və Macar dillərini də bilirdi.
Rudolfun kiçik qardaşı Adolf Dassler, II Dünya Müharibəsindən döndükdən sonra anasının mətbəxində idman ayaqqabıları istehsal etməyə başladı. Atası Kristof ayaqqabı fabrikasında işləyirdi. Onların dəmirçi mağazasında Adolf öz işinə başlamışdır. 1924-cü ildə Rudolf Gebrüder Dassler Schuhfabrik (Dassler Brothers Ayaqqabı Fabriki) halına gələn biznesə qoşulmuşdur.
1930-cu illərdə Adolf Hitlerin göstəri ilə Dassler qardaşları Nazi Partiyasına qoşulublar.