DAVA-QALMAQAL

сущ. скандал, дебош. Dava-qalmaqal salmaq учинить скандал, устроить дебош
DAVA-DÖYÜŞ
DAVA-MƏRƏKƏ
OBASTAN VİKİ
Qalmaqal
Qalmaqal (I mövsüm) — Qalmaqal teleserialının birini mövsümü. Qalmaqal (II mövsüm) — Qalmaqal teleserialının ikinci mövsümü. Qalmaqal (III mövsüm) — Qalmaqal teleserialının üçüncü mövsümü.
Hür Dava Partiyası
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər. 20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.
Hürr Dava Partiyası
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər. 20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.
Qalmaqal (III mövsüm)
Qalmaqal teleserialının üçüncümövsümünün premyerası 3 oktyabr 2013-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 17 aprel 2014-cü ildə efirə verilmişdir. Mövsüm on səkkiz seriyadan ibarətdir. Üçüncü mövsümdə də, Şonda Rayms serialın şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios və ShondaLand Production Company birlikdə məşğul olmuşlar. Əvvəlki mövsümlər kimi də, üçüncü mövsümdə də seriyalar cümə axşamları 22.00-da efirə verilmişdir. Üçüncü mövsümdə də Oliviya Pouo və onun partyorları, həmçinin Ağ ev sakinlərinin süjet xəttləri inkişaf etdirilir. Üçüncü mövsümün əsas aktyor heyətinə on aktyor daxildir; bu rolların ifaçıları hamısı əvvəlki mövsümlərdə də çəkilmişdilər, yeddi aktyor isə ilk mövsümdən serialın aktyor heyətində qalmağa davam edir. Əsas rolun ifaçısı olan aktrisa Kerri Vaşinqton üçüncü mövsümdə aktyor işinə görə, Dram serialında ən yaxşı qadın rolu nominasiyasında NAACP Image Award mükafatına layiq görülmüş, Ekran Aktyorları Gildiyasının mükafatı, Qızıl qlobus mükafatı, Emmi mükafatına namizəd göstərilmişdir. 9 may 2014-cü ildə ABC telekanalı serialın dördüncü mövsümünün çəkiləcəyini açıqlamışdır. Üçüncü mövsümün əsas mövzuları Fitsin ikinci müddət üçün prezidentliyə seçilməsi, Atası İlay Poupun Oliviyanın həyatına qayıtmaq istəyi, anası Maya Lyuisin isə 20 il ərzində ölmüş hesab edilməsinə baxmayaraq sağ olması və terrorist kimi tanınmasıdır. Mətbuatın Oliviya və Fitsin münasibətlərindən xəbər tutmasından sonra bütün müştərilər Oliviyanın komandasından üz döndərirlər, şirkət ciddi maddi çətinlik qarşısında qalır və bu vəziyyətdən çıxış üçün komanda şübhəli nüfuza malik olan şəxslərlə işləməyə məcbur olur.
Qalmaqal (II mövsüm)
Qalmaqal teleserialının ikinci mövsümünün premyerası 27 sentyabr 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, mövsümün final seriyası isə 16 may 2013-cü ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Şonda Rayms ikinci mövsümdə də serialın şouranneri olmuşdur; ABC Studios mövsümün istehsalını ShondaLand Production Company ilə birgə həyata keçirmişdir. İkinci mövsümün seriyaları ABŞ və Kanadada eyni vaxtda efirə verilmişdir. İkinci mövsümdə Ağ ev sakinləri və Oliviya Poupun şirkət işçilərinin süjet xəttləri inkişaf etdirilir. Serialın on nəfərdən ibarət aktyor heyətində ikinci mövsümdə dəyişiklik baş verir. Henri Yan Küsik şounu tərk edir, birinci mövsümdə ikinci plan rolları fa etmiş Coşua Malina və Bellami Yanq isə əsas aktyor heyətinə qatılmışdır. 10 may 2013-cü ildə telekanal serialın üçüncü mövsümünün çəkiləcəyini elan etmişdir. "Qalmaqal" serialının ikinci mövsümü iki əsas süjet xəttinə malikdir. Birinci süjet xətti sonuncu prezident seçkilərində yol verilən saxtalaşdırma ilə bağlıdır.
Qalmaqal (IV mövsüm)
Qalmaqal teleserialının dördüncü mövsümünün premyerası 25 sentyabr 2014-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 14 may 2015-ci ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Dördüncü mövsümdə Şonda Rayms mövsümün şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios, ShondaLand Production Company və The Mark Gordon Company birlikdə məşğul olmuşdur. 7 may 2015-ci ildə ABC serialın beşinci mövsümünün çəkiləcəyini elan etmişdir. Bu mövsümdə əsas rolları canlandırmış doqquz aktyorun hamısı əvvəlki mövsümlərdə də rol almış, onlardan altısı isə birinci mövsümdən serialın səkkiz əsas aktyoru sırasına daxil olmuşdur. Serial cümə axşamları 9:00 pm-də efirə verilmişdir ki, bu da əvvəlki mövsümlərin efirə verildiyi saatdan bir saat sonradır. Yeni efir vaxtı ShondaLand Production Company tərəfindən istehsal olunan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” adlı yeni teleserial üçün efir vaxtı yaradılması təyin edilmişdir. Mövsümün istehsalına iyul ayında başlanılmış, Rayms yazdığı tvitdə ssenaristlərin birlikdə çalışaraq ideyaları birləşdirməyə çalışdığını və mövsümün xəritəsini hazırladığını bildirmişdir. Dördüncü mövsümün çəkilişlərinə 28 iyul 2014-cü ildə start verilmiş və çəkilişlər 28 aprel 2015-ci ildə tamamlanmışdır. Dördüncü mövsüm tənqidçilər tərəfindən ümumi alqışla qarşılanmış və bir çoxları “çirkli” adlandırılmış üçüncü mövsümdən sonra serialın irəli aparılmasını dəyərləndirmişlər.
Qalmaqal (I mövsüm)
Qalmaqal teleserialının birini mövsümünün premyerası 5 aprel 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuşdur; mövsümün final seriyası isə 17 may 2012-ci ildə efirə gedib. Ümumilikdə birinci mövsüm yeddi seriyadan ibarətdir. 11 may 2012-ci ildə ABC telekanalı serialın ikinci mövsümünün çıxacağını elan etmişdir. "Qalmaqal" teleserialının birinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binlə (Ceff Perri) tanış olur. Mövsum Oliviyanın firmasının işçilərinin həyatına; Oliviyanın prezidentlə əlaqələrinə; keçmiş Ağ ev işçisi Amanda Tannerlə (Layza Vayl) bağlı sirrlərə; firmanın apardığı müxtəlif işlərə həsr olunmuşdur. Serialın birinci mövsümü tənqidçilər tərəfindən müsbət qarşılanmış, baş rolların afroamerikan aktyorlara verilməsi qeyd edilmişdir. İlk seriyalar xüsusilə tənqidçilərdən müsbət rəylər almışdır. Rəy aqqreqatoru Rotten Tomatoes 28 tənqidçinin rəyi əsasında mövsümü 89% təravətli 6.59/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda deyilir ki, "Qalmaqal, sevgi və işin ön planda olduğu sabun şou olsa da, darıxdırıcı deyil." Metacritic 29 tənqidçinin rəyi əsasında mövsümə 64/100 bal vermişdir.
Qalmaqal (V mövsüm)
Qalmaqal teleserialının beşinci mövsümünün premyerası 24 sentyabr 2015-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 12 may 2016-cı ildə efirə verilmişdir. Beşinci mövsümdə də serialın şourenneri Şonda Rayms olmuş, mövsüm ABC Studios və ShondaLand Production tərəfindən istehsal edilmişdir. Beşinci mövsümdə Oliviya Poup və onun böhran menecmenti firmasının hekayəsi davam etdirilir, Ağ ev administrasiyasında çalışanlar və ABŞ prezidentinin fəaliyyəti ilə bağlı məlumat verilir. Beşinci mövsüm on bir daimi aktyora malikdir ki, onların da hamısı əvvəlki mövsümlərdə iştirak etmiş, səkkizi isə birinci mövsümdən əsas rolda olmuşdur. Beşinci mövsümdə ikinci plan aktyorlar sırasına üç yeni sima daxil edilmişdir. Beşinci mövsüm də ShondaLand Production Companynin başqa bir layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına yer açmaq üçün Cümə axşamı 9:00 pm-də yayımlanmışdır. 3 mart 2016-cı ildə ABC Qalmaqal serialının altıncı mövsümünün çəkiləcəyini elan etmişdir. "Qalmaqal" teleserialının beşinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binin (Ceff Perri) birgə və bir-birinə qarşı fəaliyyətini izləyir. Mövsum növbəti ABŞ Prezidentinin seçilməsi üçün namizədlərin irəli sürülməsi və seçkiqabağı kompaniyalara həsr olunmuşdur. ABC telekanalı Qalmaqal serialının beşinci mövsümünün çəkiləcəyini 7 may 2015-ci ildə elan etmişdir.
Qalmaqal (teleserial, 2012)
Qalmaqal (ing. Scandal) — əsas rolunu Kerri Vaşinqtonun canlandırdığı ABŞ siyasi triller teleserialı.
Bronksda qalmaqal (film, 1995)
Bronksda qalmaqal (ing.Rumble in the Bronx çin. 紅番區) — film Ceki Çan ilə Anita Muinin baş rolları ifa etdiyi, döyüş-komediya janrında 1995-ci ildə çəkilmişdir. == Məzmun == Çinli Kyeonq (Ceki Çan) New-Yorkdakı toyunda dayısı Bill gilə (Bill Tanq ) gəlir. Bill əmi şəhərin cinayətkar bölgəsində — Bronksda yaşayır. Kyeonq qonşu əlil oğlan Danni (Morqan Lam) ilə görüşür və onunla dostluq edir. Əmi supermarketini Elina (Anita Mui) adlı bir qıza satır. Əminin dostu, müdirindən alınan təmir bəhanəsi ilə ona toy üçün antik bahalı bir maşın verir. Gecələr, əmi və Kyeonqun yaşadığı evin yaxınlığında park edilmiş bu avtomobil, yerli xuliqanların təşkil etdiyi yarışda motosikletli bir qız Nensi (Frankoise Yiprude) idarə edirdi, amma Kyeonq onlara müdaxilə edir və qız yarışı itirir.Bullies bədbəxtdir, amma polis onları dağıdır. Bill əmi evlənir və bal ayına gedir və Keyonq Elinaya kömək etmək qərarına gəlir. Eyni xuliqanlar eyni supermarketə gələrək bir neçə şeyi oğurlayarlar.
Qalmaqal (teleserial 2012-2018)
Qalmaqal (ing. Scandal) — əsas rolunu Kerri Vaşinqtonun canlandırdığı ABŞ siyasi triller teleserialı.

Digər lüğətlərdə